Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar.
"Qafqazinfo" xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir.
Burada aparılan ilkin arxeoloji tədqiqatlar nəticəsində XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxılıya aid olduğunu təsdiqləyən artefaktlar tapılıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci ildə Şamaxıya səfərləri çərçivəsində ziyarətgahda olub və abidədə konservasiya işlərinin aparılmasına dair tapşırıqlar veriblər.
Ziyarətgahın çay və qaya daşlarından tikilmiş qalıqları ötən müddət ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə konservasiya edilib. Ziyarətgahın içərisində Pir Ömər Avaxılıya, kənarlarında isə başqa şəxslərə aid 8 qəbir aşkar edilərək səliqəyə salınıb. Ziyarətgahın və onun ətrafının konservasiya işlərindən sonra qorunması üçün eyni daş materialından divar hörülüb. Divarın üzərində 16 metr hündürlüyündə səkkizbucaqlı metal konstruksiyadan hazırlanmış çardaq qurulub. Ziyarətgah və onun ətrafında konservasiya olunan sahədə buraya gələnlər üçün gəzinti zolağı yaradılıb. Aparılan işlər zamanı təbiətə və ətrafdakı qəbirlərə ziyan dəyməməsinə xüsusi diqqət yetirilib.
Qeyd edək ki, bu ziyarətgahın bərpası dini-tarixi abidələrin qorunub saxlanılması istiqamətində dövlət tərəfindən həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsidir. Pir Ömər Sultan ziyarətgahının konservasiyasının Heydər Əliyev Fondunun dəstəyi ilə aparılması isə Fondun ölkəmizdə dövlət səviyyəsində icra edilən bu işlərə verdiyi böyük dəstəkdir.











BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 152 Tarix: 17 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Bədxahlarımızda yaradıcılıq çatışmır" - Prezident
"Bugünkü təhdidlərin təkcə fiziki deyil, həm də ideoloji xarakter daşımasına gəldikdə isə hesab edirəm ki, bu barədə danışmağa ehtiyac yoxdur, hamımız bunu çox yaxşı bilirik". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbə
16:53 128 ELVİN ABBASOV: "Rəqəmsal aləmdəki tanınma bəzən real nailiyyəti əvəz edən psixoloji illüziyaya çevrilir"
Bu gün sosial şəbəkələrdə məşhurlaşmaq bir çox insan üçün arzuya çevrilib. Bir video, paylaşım və ya fərqli fikir qısa zamanda milyonlarla insana çata bilir. Bəs sosial şəbəkədə məşhur olmaq həqiqətən uğur göstəricisidir? . Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən "Azərbaycan İnformasiya və Kommunikasiy
13:01 172 Roblox təhlükəsi Azərbaycanda da gündəmdə: Valideynlər övladlarını necə qoruya bilər? - PSİXOLOQDAN AÇIQLAMA
Uşaqların böyük maraq göstərdiyi "Roblox" platforması ilə bağlı təhlükəsizlik narahatlıqları Azərbaycanda da gündəmə gəlib. Bakıda yeniyetmənin intiharı ilə bağlı aparılan araşdırmada onun "Roblox" platformasında qarşılaşdığı məzmunun mümkün təsiri də araşdırılır. Hadisə bir dah
12:47 255 İnternetin qiyməti artırılır: Bərbad xidmət fonunda bahalaşma nə dərəcədə düzgündür? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda sabit internet tarifləri ilə bağlı yeni dəyişiklik internet istifadəçilərinin xərclərini yenidən gündəmə gətirib. Oktyabrın 1-dən qiyməti 18 manat və ya daha aşağı olan sabit genişzolaqlı internet tariflərinin minimum 25 manata çatdırılması nəzərdə tutulur. Bildirilir ki, dəyişiklik tarifləri
11:27 234 Prezident və xanımı "Meysari Grand Hotel & SPA"nın açılışında - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçik dövlət başçısına v
16:08 194 Rusiya Ukraynaya genişmiqyaslı hava zərbələri endirib
Rusiya gecə saatlarında Kiyev və digər Ukrayna şəhərlərinə raket və dronlarla kütləvi hücum həyata keçirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Ukrayna rəsmilərinin məlumatına görə, hücumlar nəticəsində Kiyevdə ən azı 18 nəfər, o cümlədən uşaqlar yaralanıb. Odesa və Zaporojye vilayətlərində də xəsarə
16:06 150 İlham Əliyev Türkiyə ilə bağlılığımızdan danışdı
"Türkiyə-Azərbaycan əlaqələrinin, təbii ki, xüsusi yeri, rolu var. Deyə bilərəm ki, dünya miqyasında buna oxşar əlaqələr yoxdur". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən bildirib. "Bir-birin
17:07 121 İnvestisiya, istehsal və məşğulluq: Azad iqtisadi zonalar nə vəd edir?
"Azad iqtisadi zonalar müasir iqtisadiyyatda investisiyaların cəlb edilməsi, istehsalın genişləndirilməsi və yeni iş yerlərinin yaradılması baxımından mühüm alətlərdən biri hesab olunur. Bu zonalarda sahibkarlar üçün vergi və gömrük güzəştlərinin, sadələşdirilmiş inzibati prosedurların və digə
12:46 155 "Burger King" maaşımızı vermir" - Şikayət
"Burger King" restoranlar şəbəkəsinin keçmiş əməkdaşları maaşlarının ödənilməməsi ilə bağlı -a müraciət ediblər. Şikayətçilərin sözlərinə görə, 2023-cü ildən etibarən 30-dan çox keçmiş əməkdaşın əməkhaqqı tam ödənilməyib. Onlar problemin pandemiya dövründə, restoranların fəaliyyətini onlay
17:37 126