El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Qışa hələ xeyli vaxt qalmasına baxmayaraq, 2026/2027-ci illərin qış mövsümü ilə bağlı ilk uzunmüddətli proqnozlar açıqlanıb. Mövcud hesablamalara görə, Avropanın bir çox bölgəsində qarın əvvəlki illərlə müqayisədə daha az yağacağı ehtimal olunur. Lakin bu, qar yağmasının tamamilə olmayacağı demək deyil: ayrı-ayrı güclü qar yağmaları mümkündür.
Qaynarinfo xəbər verir ki, mütəxəssislər əsas amillərdən biri kimi El-Nino iqlim hadisəsini göstərirlər. Hazırkı proqnozlara əsasən, bu hadisə payızın sonu və ya qışın əvvəlində maksimum gücünə çata bilər.
Güclü El-Nino atmosfer axınlarının, yüksək və aşağı təzyiq zonalarının yerləşməsinə təsir göstərə və bununla da tropik Sakit okean regionundan uzaq məsafələrdə hava şəraitini dəyişə bilər.
Bununla belə, mövsümi proqnozları konkret qar yağması və ya şaxtaların dəqiq proqnozu kimi qəbul etmək olmaz. Onlar əsasən uzun müddət ərzində orta göstəricilərdən ehtimal olunan kənarlaşmaları əks etdirir.
Qarın daha az yağacağı ərazilər
"Severe Weather Europe"un təhlili Avropanın böyük hissəsində daha az qarlı mövsüm ehtimalına işarə edir. Atlantik okeanından gələn daha mülayim qərb hava axınları temperaturun yüksəlməsinə daha tez-tez səbəb ola bilər. Nəticədə düzənlik ərazilərdə yağıntılar qar əvəzinə yağış şəklində düşə, qar örtüyü isə daha az davamlı ola bilər.
Bu vəziyyət xüsusilə Şimal-Qərbi, Cənubi və Mərkəzi Avropanın bəzi hissələrinə təsir göstərə bilər.
ECMWF-nin mövsümi modeli də oxşar tendensiya göstərir. Model qitənin böyük hissəsində qarın miqdarının normadan az olacağını proqnozlaşdırır. İstisna olaraq Avropanın şimal və şimal-şərq rayonları, həmçinin Alp dağlarının yüksək əraziləri göstərilir.
Dekabr ayında bir çox düzənlik ərazilərdə qar çatışmazlığı gözlənilir. Yanvarda Mərkəzi və Şərqi Avropanın bəzi hissələrində vəziyyət qar yağması üçün daha əlverişli ola bilər. Fevralda isə Mərkəzi, Qərbi və Cənubi Avropada qar çatışmazlığı ehtimalı yenidən artacaq. Şimal və şimal-şərqdə isə hava şəraiti daha qış xarakterli qala bilər.
Britaniyanın "UKMO" modeli də hələlik xüsusilə qarlı ssenari göstərmir. Model noyabr-yanvar aylarında Avropanın böyük hissəsində qarın miqdarının normadan aşağı olacağını, xüsusilə də düzənliklərdə bunun daha aydın müşahidə ediləcəyini proqnozlaşdırır.
Bununla belə, "qar normadan az olacaq" ifadəsi ümumiyyətlə qar yağmayacağı anlamına gəlmir. Mövsüm ərzində qarın ümumi miqdarı az olsa belə, ayrı-ayrı bölgələrdə güclü qar yağması və qısamüddətli soyuq hava dalğaları baş verə bilər.
Avropanı yeni isti hava dalğası gözləyir
Qışa hələ vaxt qalsa da, Avropada anomal isti hava şəraitinin yeni dalğası gözlənilir.
Yaxın günlərdə İspaniya və Portuqaliyanın bəzi ərazilərində temperatur +31…+37 dərəcəyədək yüksələ bilər. İsti hava Fransanın cənubuna da yayıla bilər və bəzi rayonlarda temperatur normadan 5-13 dərəcə yüksək olacaq. Polşada isə daha sərin hava gözlənilir - temperatur +17…+26 dərəcə təşkil edə bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 880 Tarix: 17 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179