İlham Əliyev Orta Dəhlizi "Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə bağlayan etibarlı və təhlükəsiz marşrut" kimi xarakterizə edib

İlham Əliyev Orta Dəhlizi "Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə bağlayan etibarlı və təhlükəsiz marşrut" kimi xarakterizə edib"Avropa ilə Asiyanı birləşdirən geniş coğrafiyada yerləşən Türk Dövlətləri Təşkilatına üzv ölkələr üçün nəqliyyat və enerji bağlantılarının inkişafı yeni iqtisadi imkanlarla yanaşı, uzunmüddətli strateji əhəmiyyət daşıyır. Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Türkiyənin müxtəlif nəqliyyat-enerji imkanları Xəzər hövzəsi ətrafında yeni iqtisadi əməkdaşlıq məkanı formalaşdırır. Bu baxımdan enerji və nəqliyyat məsələlərinə vahid strateji bağlantı sistemi kimi yanaşılır. Bu prosesdə Azərbaycanın mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Avropa arasında Xəzər üzərindən bağlantı yaradan əsas tranzit məkanlardan biridir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, avtomobil yolları, dəmir yolu şəbəkəsi və hava nəqliyyatı infrastrukturu ölkənin Şərq-Qərb istiqamətində mühüm logistika imkanlarına malik olmasını təmin edir". Bu sözləri BiG.AZ-a açıqlamasında millət vəkili Könül Nurullayeva bildirib.
İlham Əliyev Orta Dəhlizi "Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə bağlayan etibarlı və təhlükəsiz marşrut" kimi xarakterizə edibOnun sözlərinə görə, prezident İlham Əliyev də müxtəlif tribunalarda Orta Dəhlizi "Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə bağlayan etibarlı və təhlükəsiz marşrut" kimi xarakterizə edib: "Təsadüfi deyil ki, 2030-cu ilədək dəhlizin yükdaşıma qabiliyyətinin üç dəfə artması, tranzit müddətinin isə iki dəfə azalması nəzərdə tutulur. Bu göstəricilər Orta Dəhlizin həm Azərbaycan, həm də Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışı baxımından da əhəmiyyətini göstərir.

Yəni Azərbaycanın coğrafi üstünlüyünün real iqtisadi və strateji dəyərə çevrilməsi üçün infrastrukturun mövcudluğu həlledici əhəmiyyət daşıyır.
Nəqliyyat infrastrukturu baxımından TDT daxilində əməkdaşlığın növbəti mərhələsi ayrı-ayrı milli layihələrin vahid regional şəbəkədə birləşdirilməsidir. Bu baxımdan Zəngəzur istiqamətində formalaşan bağlantıların Orta Dəhlizlə əlaqələndirilməsi mühüm məsələdir.

Yeni bağlantılar sayəsində TDT ölkələri arasında iqtisadi əlaqələrin dərinləşməsi, yükdaşımaların sürətlənməsi və logistika xərclərinin azalması üçün əlavə imkanlar yaranır. Eyni zamanda, nəqliyyat dəhlizlərinin təhlükəsizliyi məsələsi də getdikcə daha çox ön plana çıxır. Qlobal təchizat zəncirlərində baş verən dəyişikliklər göstərir ki, marşrutların şaxələndirilməsi dövlətlər üçün iqtisadi məsələ olmaqla yanaşı, milli və regional təhlükəsizlik məsələsinə də çevrilib. Bir marşrutdan asılılığın azalması alternativ yolların yaradılması kimi strateji zərurət formalaşdırır.

TDT məkanının strateji əhəmiyyətini artıran digər mühüm amil enerji potensialıdır. Enerji dəhlizləri tədricən elektrik enerjisi, yaşıl enerji və rəqəmsal bağlantıları əhatə edən kompleks infrastruktura çevrilir.

Türk Dövlətləri Təşkilatının yerləşdiyi geniş coğrafiya enerji və nəqliyyat dəhlizlərinin inkişafı üçün mühüm imkanlar yaradır. Lakin bu imkanların strateji üstünlüyə çevrilməsi üçün ayrı-ayrı layihələrin vahid regional sistem daxilində əlaqələndirilməsi vacibdir.

Azərbaycan bu prosesdə Mərkəzi Asiya ilə Avropa arasında Xəzər üzərindən keçən əsas bağlantı məkanlarından biri kimi çıxış edir. Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt limanı, yeni avtomobil və dəmir yolu layihələri, enerji kəmərləri, yaşıl enerji dəhlizləri və fiber-optik bağlantılar bir-birini tamamlayan infrastrukturlar kimi nəzərdən keçirilə bilər.

Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan öz coğrafi mövqeyindən istifadə etməklə "həm öz maraqlarını təmin edir, həm də dünya üçün yeni nəqliyyat yollarını təqdim edir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 778   Tarix: 18 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.