Sağlam qidalanmanın əsas qaydası: Mövsümi məhsullar niyə vacibdir?

Sağlam qidalanmanın əsas qaydası: Mövsümi məhsullar niyə vacibdir?"Mövsümi qidalanma orqanizmin ilin müxtəlif dövrlərində dəyişən ehtiyaclarına uyğun qida seçimlərini nəzərdə tutur. Əsas prinsip mümkün qədər mövsümündə yetişən, təzə və müxtəlif məhsullara üstünlük verməkdir. Belə qidalanma rasionun çeşidliliyini artırmaqla yanaşı, təzə meyvə və tərəvəzlərin daha çox istehlakına şərait yaradır".

Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib.

O, qeyd edib ki, məsələn, payız və qış aylarında immun sisteminin normal fəaliyyətini dəstəkləyən vitamin və minerallarla zəngin tərəvəz və meyvələrə, paxlalılara, tam taxıllara, yumurta, balıq və digər zülal mənbələrinə üstünlük vermək olar. Soyuq havalarda kifayət qədər maye qəbul etmək də vacibdir. Yaz və yay aylarında isə mövsümi göyərti, xiyar, pomidor, giləmeyvə, ərik, şaftalı, gavalı və digər təzə məhsullar rasionda daha geniş yer ala bilər. İsti havalarda su qəbulunun artırılması, çox yağlı və ağır yeməklərin isə miqdarının azaldılması tövsiyə olunur:

"Mövsümi qidalanma yalnız meyvə və tərəvəzlərlə məhdudlaşmamalıdır. Gündəlik menyuda zülallar, sağlam yağlar, mürəkkəb karbohidratlar, vitamin və minerallar balanslı şəkildə təmin edilməlidir. Eyni zamanda, mövsümündən kənar məhsullardan tamamilə imtina etmək də vacib deyil. Dondurulmuş, düzgün qablaşdırılmış və təhlükəsiz şəraitdə saxlanılan məhsullardan da qidalanmada istifadə oluna bilər.

Ən vacib məqam məhsulun yalnız mövsümi olması deyil, onun mənşəyinin, təzəliyinin, saxlanma şəraitinin və qida təhlükəsizliyinin də nəzərə alınmasıdır. Meyvə və tərəvəzlər istehlakdan əvvəl axar su altında yaxşı yuyulmalı, tez xarab olan məhsullar isə uyğun temperaturda saxlanılmalıdır.

Beləliklə, mövsümi qidalanma müxtəlif, balanslı, təhlükəsiz və orqanizmin fərdi ehtiyaclarına uyğun qurulduqda sağlam qidalanma modelinə çevrilə bilər.

Sağlam qidalanaraq sağlam yaşayın!"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 777   Tarix: 18 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.