2027-ci ildə Bakının İslam Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Görüşünə ev sahibliyi etməsi əhəmiyyətli hadisə olacaq
"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın tarixi-mədəni irsi ilə müasir dünyada həyata keçirdiyi əməkdaşlıq siyasəti arasında mühüm bağlılığı bir daha göstərdi". Bu sözləri BiG.AZ-a açıqlamasında millət vəkili Ülviyyə Həmzəyeva bildirib.
Onun sözlərinə görə, Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş beynəlxalq konfransın eyni günlərdə keçirilməsi xüsusi məna daşıyır: "Azərbaycan yalnız coğrafi baxımdan deyil, əsrlər boyu formalaşdırdığı mədəni və mənəvi irslə də Türk dünyası, Qafqaz və İslam coğrafiyasının qovuşduğu məkanlardan biri olub. Dövlətimizin başçısının Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzulinin adlarını xüsusi vurğulaması təsadüfi deyil. Bu böyük şəxsiyyətlərin yaratdığı irs yalnız Azərbaycan mədəniyyətinin deyil, daha geniş mənada Şərq və dünya mədəniyyətinin zənginliyinin bir hissəsidir. Bu irsin öyrənilməsi, beynəlxalq miqyasda tanıdılması və yeni nəsillərə çatdırılması həm elmi, həm də mənəvi baxımdan mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm istiqamət İslam həmrəyliyinin yalnız çağırışlarla deyil, praktiki əməkdaşlıqla möhkəmləndirilməsi məsələsi idi. Dini liderlərin sülhə, qarşılıqlı anlaşmaya və dialoqa yönəlmiş fəaliyyəti xüsusilə mürəkkəb beynəlxalq şəraitdə cəmiyyətlər arasında etimadın qorunmasına töhfə verə bilər.
Bakıda keçirilən görüşün tərkibi də bunun əyani nümunəsidir. Türk dövlətləri ilə yanaşı, Qafqazdan və digər müsəlman ölkələrindən dini rəhbərlərin bir araya gəlməsi müxtəlif coğrafiyalar arasında dialoq üçün platforma yaradır. Azərbaycanın həm Türk dünyasına, həm Qafqaza, həm də İslam dünyasına bağlılığı belə təşəbbüslərin Bakıda keçirilməsinə əlavə məna verir.
2027-ci ildə Bakının İslam Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Görüşünə ev sahibliyi etməsi də bu baxımdan əhəmiyyətli hadisə olacaq. Bu toplantı müsəlman dövlətləri arasında dialoq, mövcud fikir ayrılıqlarının müzakirəsi və əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkan yarada bilər.
Bu gün dünyada qarşıdurmaların və dini dözümsüzlük hallarının narahatlıq doğurduğu bir vaxtda mədəniyyətin, mənəvi irsin və dinlərarası dialoqun insanları ayıran deyil, yaxınlaşdıran vasitəyə çevrilməsi xüsusilə vacibdir. Azərbaycanın zəngin tarixi irsi də göstərir ki, mənəvi dəyərləri qorumaqla müasirliyə açıq olmaq, milli kimliyi yaşatmaqla digər xalqlar və mədəniyyətlərlə dialoq qurmaq mümkündür.
Seyid Yəhya Bakuvinin əsrlər əvvəl yaratdığı mənəvi irsdən bu gün Bakıda müxtəlif ölkələrin dini rəhbərlərinin bir masa ətrafında görüşməsinə qədər uzanan xəttin əsas mənası da, məncə, budur: mədəniyyət və mənəviyyat bizi keçmişimizlə bağlayır, qarşılıqlı hörmət və həmrəylik isə ortaq gələcəyimizi qurmağa imkan verir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1012 Tarix: 18 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179