Daha yüksək tarif, eyni xidmət: İnternet istifadəçisini nə gözləyir?
"İnternet qiymətlərinin artması istifadəçi üçün təkcə aylıq ödənişin bir neçə manat yüksəlməsi məsələsi deyil. Bu gün internet artıq əlavə xidmət yox, gündəlik həyatın zəruri hissəsinə çevrilib. İnsanlar işləyir, dərs keçir, bank əməliyyatları aparır, dövlət xidmətlərindən istifadə edir, uşaqlar isə onlayn təhsil alırlar. Buna görə də qiymət dəyişikliyi birbaşa ailələrin gündəlik xərclərinə təsir göstərir".
Bunu BiG.AZ-a açıqlamasında İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib.
O, qeyd edib ki, burada əsas məsələ ondan ibarətdir ki, qiymət artırsa, istifadəçi bunun qarşılığında real fərq görməlidir. Məsələn, daha stabil internet, daha az kəsinti, vəd edilən sürətin həqiqətən təmin olunması və texniki dəstəyin daha operativ işləməsi gözləntilər sırasındadır. Əgər xidmətin keyfiyyəti əvvəlki səviyyədə qalır, amma qiymət artırsa, təbii olaraq istifadəçilər arasında narazılıq yaranır:
"Digər problem isə istifadəçinin aldığı internet sürətinin real göstəricilərini hər zaman dəqiq bilməməsidir. Müqavilədə 100 Mbit/s sürət göstərilə bilər. Lakin evdə Wi-Fi düzgün qurulmayıbsa, avadanlıq köhnədirsə və ya şəbəkədə yüklənmə varsa, istifadəçi bu sürətin yalnız bir hissəsini əldə edə bilər. Nəticədə daha yüksək tarif ödəyən şəxsin real istifadə təcrübəsi əvvəlki ilə müqayisədə ciddi şəkildə dəyişməyə bilər.
Bu baxımdan provayderlərin yalnız tarifləri deyil, xidmətin keyfiyyət göstəricilərini də daha şəffaf şəkildə təqdim etməsi vacibdir. İstifadəçi ödədiyi məbləğin qarşılığında hansı sürəti, hansı keyfiyyətdə və hansı şərtlərlə əldə etdiyini aydın bilməlidir.
Digər tərəfdən, son illərdə internet infrastrukturu da ciddi şəkildə genişlənib. Fiber-optik şəbəkələrin əhatə dairəsi artır, avadanlıqlar yenilənir, beynəlxalq trafik və digər texniki xərclər dəyişir. Bu baxımdan tariflərin müəyyən dövrlərdə yenilənməsi texniki və iqtisadi səbəblərlə izah oluna bilər.
Lakin istifadəçi üçün əsas sual dəyişmir: daha çox ödəniş edirəmsə, bunun qarşılığında daha yaxşı xidmət alırammı?
Ən sağlam yanaşma tarif dəyişikliklərinin əvvəlcədən və aydın şəkildə izah edilməsidir. Hansı tarifin niyə dəyişdiyi, yeni qiymətin qarşılığında hansı sürətin təqdim olunacağı, xidmət şərtlərinin necə yenilənəcəyi və istifadəçiyə hansı əlavə imkanların veriləcəyi konkret şəkildə açıqlanmalıdır. Bu, həm istifadəçinin seçim imkanlarını artırar, həm də qiymət artımının daha şəffaf və əsaslandırılmış şəkildə qəbul edilməsinə şərait yaradar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 795 Tarix: 18 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan Respublikasının Dövlət Bayrağı Günü
1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi
05.11.2026 255 AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
05.11.2026 207 Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu
Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra
05.11.2026 357 İlham Əliyevdən həmkarına - Təbrik
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. "Qafqazinfo" xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdə
05.11.2026 258 Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı
Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark
05.11.2026 241 Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA
Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli
05.11.2026 421 "ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
05.11.2026 309 Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?
Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti
05.11.2026 380 Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
05.11.2026 232