Azərbaycanın gənclər siyasəti: Milli dövlətçiliyin davamlılığını təmin edən strateji xətt

Azərbaycanın gənclər siyasəti: Milli dövlətçiliyin davamlılığını təmin edən strateji xətt"Azərbaycanın dövlət gənclər siyasəti bu gün yalnız sosial siyasətin bir istiqaməti deyil, həm də milli dövlətçiliyin davamlılığını təmin edən strateji amillərdən biridir. Bu siyasətin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə ardıcıl şəkildə inkişaf etdirilib. Dövlət başçısının çıxışlarında gənclərin təhsili, peşəkarlığı, vətənpərvərliyi, milli-mənəvi dəyərlərə və dövlətçilik prinsiplərinə bağlılığı daim xüsusi vurğulanır.

Prezident İlham Əliyevin siyasətində gənclər yalnız gələcəyin deyil, həm də bu günün fəal ictimai qüvvəsi kimi nəzərdən keçirilir. Bunun göstəricilərindən biri gənclərin elm, təhsil, innovasiya, ictimai fəaliyyət və digər sahələrdə təşəbbüslərinin dəstəklənməsidir".

Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Azərbaycanın gənclər siyasəti: Milli dövlətçiliyin davamlılığını təmin edən strateji xəttEkspert qeyd edib ki, 2026-cı ildə müxtəlif istiqamətlərdə xüsusi fərqlənən gənclərə Prezident mükafatlarının təqdim edilməsi də dövlət gənclər siyasətinin davamlı xarakter daşıdığını göstərir.

"Məsələnin digər mühüm tərəfi milli özünüdərk və mənəvi dəyərlərdir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanı əsrlər boyu milli kimlik və assimilyasiya təhlükələrindən qoruyan əsas amillər ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz və milli dəyərlərimiz olub. Deməli, müasir Azərbaycan gənci həm dünyaya açıq, bilikli və texnoloji cəhətdən hazırlıqlı, həm də öz milli kimliyinə bağlı olmalıdır.

Burada Türk Dövlətləri Təşkilatının da qarşısında mühüm vəzifələr dayanır. TDT məkanında gənclərin bir-biri ilə daha sıx əlaqələndirilməsi, onların fikir və təşəbbüslərinin dinlənilməsi, ortaq layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Gənclər forumları, tələbə və könüllü mübadilələri, rəqəmsal platformalar, ortaq media layihələri və mədəni proqramlar Türk dünyasının gələcək nəsilləri arasında qarşılıqlı bağlılığı daha da gücləndirə bilər.

Bu gün informasiya mühiti də milli təhlükəsizliyin mühüm komponentinə çevrilib. Xüsusilə sosial şəbəkələrdə müxtəlif manipulyativ məlumatların, dezinformasiyanın və xaricdən yönləndirilən təsir cəhdlərinin mövcud olduğu bir şəraitdə gənclərin media savadlılığının artırılması vacibdir. Burada məqsəd gəncləri hər hansı fikirdən təcrid etmək deyil, əksinə, onların informasiyanı təhlil etmək, mənbəni yoxlamaq, həqiqətlə manipulyasiyanı fərqləndirmək bacarığını gücləndirməkdir.
Azərbaycanın gənclər siyasəti: Milli dövlətçiliyin davamlılığını təmin edən strateji xəttAzərbaycan cəmiyyətində milli dövlətçilik, sabitlik və mənəvi dəyərlərə bağlılıq mühüm ictimai dayaqlardandır. Eyni zamanda, ölkə daxilində müxtəlif siyasi və ictimai mövqelərin mövcudluğu normal ictimai prosesdir. Əsas məsələ fikir müxtəlifliyinin konstitusion çərçivədə, qanunun aliliyi və milli maraqların qorunması prinsipləri əsasında həyata keçirilməsidir.

Bu baxımdan Prezident İlham Əliyevin gənclər siyasətinin mühüm xüsusiyyəti ondan ibarətdir ki, gənclərə yalnız dövlət qayğısının obyekti kimi deyil, Azərbaycanın gələcəyini formalaşdıran fəal və məsuliyyətli vətəndaşlar kimi yanaşılır. 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin nümayiş etdirdiyi vətənpərvərlik də bu baxımdan xüsusi məna daşıyır. Prezidentin 2023-cü il Gənclər Günü müraciətində də gənclərin ölkənin inkişafına, iqtisadi və hərbi gücünün artırılmasına verdiyi töhfə xüsusi qeyd olunub.

İndi qarşıda duran əsas vəzifə bu potensialı sülh, quruculuq, elm, texnologiya, innovasiya və Türk dünyasının inteqrasiyası istiqamətinə yönəltməkdir. TDT çərçivəsində gənclərin müntəzəm dialoqunun təmin edilməsi, onların təkliflərinin dinlənilməsi və ortaq layihələrə cəlb olunması gələcəyə hesablanmış mühüm addım ola bilər.

Çünki güclü dövlət yalnız iqtisadi və hərbi imkanlarla deyil, həm də milli düşüncəyə, yüksək təhsilə, mənəvi dəyərlərə və dövlətçilik şüuruna malik gənc nəsillə möhkəmlənir. Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətinin əsas mahiyyətini də məhz bu xətt təşkil edir", - deyə B.Quliyev əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 792   Tarix: 18 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

05.11.2026 255
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

05.11.2026 207
.

Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu

Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra

05.11.2026 357
.

İlham Əliyevdən həmkarına - Təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. "Qafqazinfo" xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdə

05.11.2026 258
.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

05.11.2026 241
.

Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA

Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli

05.11.2026 421
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

05.11.2026 309
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

05.11.2026 380
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

05.11.2026 232
.