"Müttəfiqlik haqqında müqavilə özündə hərbi və təhlükəsizlik sahəsində dərin əməkdaşlığı ehtiva edir" - Pərvanə Vəliyeva

"Müttəfiqlik haqqında müqavilə özündə hərbi və təhlükəsizlik sahəsində dərin əməkdaşlığı ehtiva edir" - Pərvanə Vəliyeva"Bu gün ölkəmizin qarşısında daha geniş və çoxqütblü diplomatik imkanlar var. Azərbaycanın beynəlxalq mövqeyi yalnız onun iqtisadi və hərbi gücü ilə deyil, onun ətrafında formalaşan siyasi həmrəylik və tərəfdaşlıq şəbəkəsi ilə də müəyyən olunur". Bu sözləri BiG.AZ-a açıqlamasında millət vəkili Pərvanə Vəliyeva bildirib.
"Müttəfiqlik haqqında müqavilə özündə hərbi və təhlükəsizlik sahəsində dərin əməkdaşlığı ehtiva edir" - Pərvanə VəliyevaOnun sözlərinə görə, Azərbaycan artıq Türk dünyası ilə Avropa, Mərkəzi Asiya və İslam dünyası arasında əlaqələndirici platformadır: "Ölkəmiz regional gündəmin formalaşdırılmasında fəal iştirak edir. Bu, xüsusilə nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi, Orta Dəhliz, rəqəmsal bağlantı və regional sülh məsələlərində özünü göstərir.
Azərbaycanın Türk Dövlətləri Təşkilatında artan rolu ona qlobal və regional kontekstdə siyasi çəkisi olan tərəfdaşlıq şəbəkəsi qazandırıb. 2009-cu ildə Naxçıvanda imzalanmış Naxçıvan Sazişindən sonra TDT üzv dövlətlər arasında siyasi, iqtisadi, humanitar, mədəni və digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində mühüm institusional yol keçib. Bu müddət ərzində təşkilat mövcud potensialından istifadə etməklə üzv dövlətlər arasında əlaqələrin genişləndirilməsinə, ortaq maraq doğuran məsələlərin həllinə və beynəlxalq arenada türk dövlətlərinin mövqelərinin gücləndirilməsinə töhfə verib.

TDT Zirvə görüşlərinin müntəzəm keçirilməsi təşkilat daxilində siyasi dialoqun davamlılığını təmin edən mühüm mexanizmlərdən biridir. Azərbaycanın təşəbbüsü ilə dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinə də başlanılıb. Bu formatda ilk görüş 2024-cü ildə Şuşada keçirilib.

Bu təşəbbüs TDT çərçivəsində daha intensiv siyasi dialoqun və operativ məsləhətləşmələrin aparılması baxımından əhəmiyyətlidir. Ölkəmiz ikitərəfli formatda da TDT-yə üzv ölkələrin hər biri ilə artıq tərəfdaş deyil, müttəfiqdir.

Müttəfiqlik haqqında müqavilə özündə hərbi və təhlükəsizlik sahəsində dərin əməkdaşlığı ehtiva edir.

Üçüncü dövlətlər tərəfindən silahlı hücum təhlükəsi yarandıqda, tərəflər dərhal ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində məsləhətləşmələr aparır və bir-birinə zəruri yardım göstərirlər.

Sülhün və təhlükəsizliyin qorunması üçün hərbi və hərbi-texniki əməkdaşlıq genişləndirilir, silahlı qüvvələr arasında birgə əməliyyat və döyüş hazırlığı tədbirləri keçirilir.
İkitərəfli formatda hərbi təlimlərin keçirilməsi nəzərdə tutulsa da, çoxtərəfli formatda hələ ki, belə bir plan yoxdur. Prezident İlham Əliyev bu barədə təklifini vermişdir.

Xarici siyasət koordinasiyası üzrə TDT ölkələri BMT, MDB, İƏT və digər beynəlxalq platformalarda xarici siyasət məsələləri üzrə qarşılıqlı fəaliyyət göstərilir. Bu il BMT-in Təhlükəsizlik Şurasının üzvü seçilən Qırğızıstanın yeni perspektivləri TDT ölkələri üçün də yeni imkanlar yarada bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 805   Tarix: 18 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

05.11.2026 255
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

05.11.2026 207
.

Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu

Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra

05.11.2026 357
.

İlham Əliyevdən həmkarına - Təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. "Qafqazinfo" xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdə

05.11.2026 258
.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

05.11.2026 241
.

Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA

Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli

05.11.2026 421
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

05.11.2026 309
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

05.11.2026 380
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

05.11.2026 232
.