Prezident strategiyanı müəyyən edir, əsas məsələ onu nəticəyə çevirməkdir

Prezident strategiyanı müəyyən edir, əsas məsələ onu nəticəyə çevirməkdir"Azərbaycanın son iyirmi ildən artıq iqtisadi inkişafına nəzər salanda Prezident İlham Əliyevin müəyyən etdiyi strategiyanın miqyası aydın görünür. Regional inkişaf proqramları, sənayeləşmə, enerji və nəqliyyat infrastrukturu, qeyri-neft sektorunun genişləndirilməsi, investisiyaların təşviqi, işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası bütün bunlar uzunmüddətli dövlət siyasətinin nəticəsidir. Bu siyasətin arxasında siyasi iradə, böyük maliyyə resursları və konkret hədəflər dayanıb. Azərbaycanın iqtisadi potensialının bu səviyyəyə çatmasında Prezidentin müəyyən etdiyi kursun mühüm rolu var".

Bunu BiG.AZ-a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib.

O, qeyd edib ki, bu gün əsas müzakirə mövzusu Prezidentin hansı strategiyanı müəyyən etməsi yox, həmin strategiyanın dövlət idarəetmə sistemində hansı sürətlə və keyfiyyətlə icra olunmasıdır. Dövlət başçısı hədəf müəyyən edir, resurs ayırır, konkret tapşırıq verir, icra müddətini göstərir. Sonrakı mərhələdə həmin tapşırığın nəticəyə çevrilməsi artıq icraçı qurumların məsuliyyətidir. Təəssüf ki, bəzi sahələrdə Prezident səviyyəsində müəyyən edilən hədəflərlə real nəticələr arasında ciddi məsafə yaranır:

"İqtisadi idarəetmədə ən təhlükəli tendensiyalardan biri nəticənin yerini hesabatın tutmasıdır. Sənədlər hazırlanır, təqdimatlar keçirilir, iclaslar təşkil olunur, göstəricilər sadalanır. Ancaq sahibkarın qarşılaşdığı problem dəyişmirsə, fermer istehsal etdiyi məhsuldan lazımi gəliri əldə edə bilmirsə, investisiya layihəsi bürokratik prosedurlarda ləngiyirsə və istehlakçı qiymət artımını hiss edirsə, görülən inzibati işlərin iqtisadi nəticəsi barədə ciddi suallar yaranır.
Prezident strategiyanı müəyyən edir, əsas məsələ onu nəticəyə çevirməkdirKənd təsərrüfatı üzrə keçirilən müşavirə bu baxımdan diqqət çəkən nümunədir. Səhv etmirəmsə,bu ilin may ayında keçirilmişdi. Prezident qarşıdakı dövr üçün 20 min hektar intensiv bağların salınması, istixana sahələrinin 500 hektar artırılması, ət, süd və quş əti ilə özünütəminetmənin 100 faizə çatdırılması kimi konkret hədəflər müəyyənləşdirib. Proqram çərçivəsində dövlət və özəl sektorun milyardlarla manat investisiya qoyması nəzərdə tutulur. Bu artıq adi inzibati tapşırıq deyil, kənd təsərrüfatının strukturunu dəyişə biləcək böyük iqtisadi proqramdır. Müşavirə zamanı Prezidentin Kənd Təsərrüfatı Nazirliyinin təqdimatına verdiyi suallar və Məcnun Məmmədovun təqdim etdiyi məlumatlara münasibəti də xüsusi diqqət çəkdi. Dövlət başçısının yanaşmasından görünən əsas tələb nəticənin ölçülməsi və icra məsuliyyətinin konkretləşdirilməsidir. Prezidentin özü müxtəlif çıxışlarında dövlət qurumlarının tapşırıqların icrasında problemlər yaşadığını, verilmiş göstərişlərin lazımi səviyyədə yerinə yetirilmədiyini dəfələrlə qeyd edib. Bu, dövlət idarəçiliyində icra intizamının nə qədər ciddi məsələ olduğunu göstərir. Mənim fikrimcə, Azərbaycanın iqtisadi inkişafında ən böyük ehtiyat mənbələrindən biri məhz idarəetmənin effektivliyidir. Prezidentin müəyyən etdiyi strategiya bütün dövlət qurumlarında eyni sürətlə və eyni məsuliyyətlə həyata keçirilsə, iqtisadi nəticələr daha yüksək ola bilər. Bunun üçün hər bir nazirlik, komitə və hökumət qurumu öz fəaliyyətini sənədlərin sayı ilə deyil, konkret iqtisadi nəticələrlə ölçməlidir.

Gömrük siyasəti də bu baxımdan ayrıca müzakirə tələb edir. 2026-cı ilin ilk yeddi ayında gömrük ödənişləri üzrə büdcəyətəxminən 4 milyard manatdan çox vəsait daxil olması fiskal baxımdan əhəmiyyətli göstəricidir. Lakin gömrük sisteminin fəaliyyətinə yalnız büdcə daxilolmaları prizmasından yanaşmaq kifayət etmir. Gömrük siyasətinin istehlak qiymətlərinə, sahibkarların xərclərinə, idxal olunan məhsulların maya dəyərinə və yerli istehsalın rəqabət qabiliyyətinə təsiri də hesablanmalıdır. Dövlət büdcəsinin gəlirlərinin artırılması mühüm məqsəddir, amma həmin gəlirlərin formalaşması zamanı iqtisadiyyatın digər iştirakçıları üçün yaranan əlavə xərclər də nəzərə alınmalıdır. Büdcə planının icrası ilə qiymət sabitliyi, biznesin rəqabət qabiliyyəti və istehlakçının maraqları arasında sağlam balans qorunmalıdır.

Nazirlər Kabinetinin fəaliyyətinə də eyni nəticə meyarı tətbiq edilməlidir. Hökumətin işini keçirilən iclasların, hazırlanmış qərarların və razılaşdırılmış sənədlərin sayı müəyyən etməməlidir. Hökumətin fəaliyyətinin əsas göstəricisi qəbul etdiyi qərarların iqtisadiyyatda yaratdığı nəticə olmalıdır. Dövlət idarəçiliyinin vəzifəsi kargüzarlıq prosesini davam etdirmək deyil, Prezidentin müəyyən etdiyi iqtisadi hədəflərin həyata keçirilməsini təmin etməkdir.

Əgər Prezident eyni problemi müxtəlif illərdə yenidən gündəmə gətirirsə, eyni sahə üzrə yeni proqramların qəbul edilməsinə ehtiyac yaranırsa və əvvəlki tapşırıqların icrası yenidən müzakirəyə çıxarılırsa, burada icra mexanizminin səmərəliliyi ciddi şəkildə təhlil edilməlidir. Dövlət idarəçiliyində məsuliyyət konkret olmalıdır: hansı tapşırıq verilib, kim icra etməlidir, hansı müddətdə icra olunmalıdır və nəticə hansı göstərici ilə ölçüləcək?

Azərbaycanın böyük iqtisadi potensialı var. Ölkənin maliyyə imkanları, enerji resursları, coğrafi mövqeyi, nəqliyyat imkanları və formalaşdırılmış infrastruktur bazası iqtisadi inkişaf üçün ciddi üstünlüklər yaradır. Prezidentin siyasi iradəsi və müəyyən etdiyi strategiya da bu imkanların səfərbər edilməsinə yönəlib. İndi əsas məsələ həmin potensialın dövlət idarəçiliyinin bütün pillələrində eyni effektivliklə reallaşdırılmasıdır. Prezidentin verdiyi tapşırıq icraçı qurumun gündəliyində sadəcə növbəti bəndə çevrilməməlidir. Hər tapşırığın arxasında konkret iqtisadi nəticə dayanmalıdır. Dövlət başçısının qarşıya qoyduğu hədəf hesabatda görünməklə kifayətlənməməli, istehsalda, ixracda, investisiyada, məşğulluqda, məhsuldarlıqda və vətəndaşın gündəlik iqtisadi həyatında özünü göstərməlidir. Azərbaycanın iqtisadi inkişafında növbəti böyük sıçrayış üçün yeni şüarlardan daha çox mövcud strategiyanın daha keyfiyyətli icrasına ehtiyac var. Prezident istiqaməti müəyyən edir. Dövlət idarəçiliyinin vəzifəsi isə həmin istiqaməti real iqtisadi nəticəyə çevirməkdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 757   Tarix: 18 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

05.11.2026 255
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

05.11.2026 207
.

Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu

Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra

05.11.2026 357
.

İlham Əliyevdən həmkarına - Təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. "Qafqazinfo" xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdə

05.11.2026 258
.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

05.11.2026 241
.

Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA

Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli

05.11.2026 421
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

05.11.2026 309
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

05.11.2026 380
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

05.11.2026 232
.