Süni intellektlə başqasının fotosunu və videosunu hazırlamaq: Hansı cəza tətbiq olunur? - VƏKİLDƏN AÇIQLAMA

Süni intellektlə başqasının fotosunu və videosunu hazırlamaq: Hansı cəza tətbiq olunur? - VƏKİLDƏN AÇIQLAMASüni intellekt texnologiyalarının sürətli inkişafı foto və videoların hazırlanmasını asanlaşdırsa da, bu imkanların başqa şəxslərin görüntülərindən icazəsiz istifadə olunması ilə bağlı hüquqi riskləri də artırır. Xüsusilə bir şəxsin fotosu əsasında onun real görüntüsünə bənzər saxta foto və ya video hazırlanması, daha sonra həmin materialın yayılması müxtəlif hüquqi məsuliyyət məsələlərini gündəmə gətirə bilər.

Bəs süni intellekt vasitəsilə başqa şəxsin foto və videosunu icazəsiz hazırlayan və ya yayan şəxsi hansı cəza gözləyir? Azərbaycanda qanunvericilik bu cür hallara necə yanaşır?
Süni intellektlə başqasının fotosunu və videosunu hazırlamaq: Hansı cəza tətbiq olunur? - VƏKİLDƏN AÇIQLAMAMövzu ilə bağlı vəkil Turan Abdullazadə BiG.AZ-a açıqlamasında bildirdi ki, qanunverici bu məsələyə iki ayrı bucaqdan yanaşıb. Ona görə də cavab verməzdən əvvəl bir şeyi ayırd etmək lazımdır: söhbət sadəcə süni intellektlə hazırlanmış məzmundan gedir, yoxsa konkret bir insanın üzündən, səsindən istifadə olunmasından?
Birinci halda məsələ o qədər də ağır deyil. Tutaq ki, kimsə süni intellektlə bir video hazırlayıb və onu heç bir qeyd olmadan yayır. Məzmun tamam zərərsiz ola bilər, heç kimi incitmir, hüquqlarına toxunmur.

Amma İnzibati Xətalar Məcəlləsinin 388-3-cü maddəsi deyir ki, əgər sən bunun süni intellektlə hazırlandığını bilə-bilə heç bir nişanlanma qoymadan yayırsansa, 80 manatdan 150 manatadək cərimə olunursan. Burada qorunan dəyər şəffaflıqdır - cəmiyyətin nəyin real, nəyin süni olduğunu bilmək hüququ. Nişanlanma isə həm proqramın özünün avtomatik qoyduğu işarə ola bilər, həm də sonradan əlavə etdiyiniz yazı, səs və ya vizual qeyd. Yəni bu, çox da mürəkkəb bir tələb deyil.

İkinci hal isə tamamilə başqa müstəvidədir.

Cinayət Məcəlləsinin 148-2-ci maddəsi konkret insanı qoruyur. Əgər siz bir şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə edib reallığı əks etdirməyən material hazırlayırsınızsa - bu artıq cinayətdir. Və burada çox vacib bir incəlik var ki, çox vaxt gözdən qaçır: qanun "hazırlama və ya yayma" deyir. Yəni siz o videonu heç kimə göstərməsəniz də, sadəcə yaratmağınızın özü cinayət tərkibini yaradır. Yaymaq şərt deyil.
Cəzaya gəlincə, əsas tərkib üzrə hakimin əlində bir neçə variant var: üç mindən yeddi min manatadək cərimə, ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər, ya üç ilədək azadlığın məhdudlaşdırılması, ya da üç ilədək azadlıqdan məhrumetmə.

Amma iş ağırlaşdırıcı hallara keçəndə mənzərə dəyişir. Orada alternativ yoxdur - yalnız üç ildən beş ilədək azadlıqdan məhrumetmə. Bu hallar hansılardır? Əməl bir qrup şəxs tərəfindən törədilibsə, iki və daha çox adama qarşı yönəlibsə, insanın şərəf və ləyaqətini ləkələmək, onu nüfuzdan salmaq məqsədi güdürsə, yaxud şəxs öz vəzifəsini və ya ictimai borcunu yerinə yetirdiyinə görə o özü və ya yaxınları hədəfə alınıbsa.

Sadə dillə yekunlaşdırsaq: nişanlanmamaq cərimə məsələsidir, başqasının üzünü və səsini icazəsiz istifadə etmək isə həbs-azadlıqdan məhrumetmə məsələsidir.

Bir də vətəndaşlara demək istərdim ki, cinayət təqibi yeganə yol deyil. Zərərçəkmiş paralel olaraq Mülki Məcəllə əsasında şərəf və ləyaqətinin müdafiəsini, mənəvi zərərin ödənilməsini tələb edə bilər. Və ən praktik məsləhətim budur: belə bir hadisə ilə üzləşəndə birinci iş sübutu qorumaqdır. Link, ekran görüntüsü, mümkünsə faktın təsbitinə dair digər mötəbər sübutlar. Çünki bu cür məzmun bir neçə saata silinir və sonra əlinizdə heç nə qalmır.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 934   Tarix: 18 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

05.11.2026 255
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

05.11.2026 207
.

Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu

Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra

05.11.2026 357
.

İlham Əliyevdən həmkarına - Təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. "Qafqazinfo" xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdə

05.11.2026 258
.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

05.11.2026 241
.

Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA

Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli

05.11.2026 421
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

05.11.2026 309
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

05.11.2026 380
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

05.11.2026 232
.