Şagirdlərin qalmaqallı videoları: Problem ailədədir, yoxsa məktəbdə?

Şagirdlərin qalmaqallı videoları: Problem ailədədir, yoxsa məktəbdə?Məktəblərin açılmasından cəmi bir neçə gün keçməsinə baxmayaraq, sosial şəbəkələrdə bəzi şagirdlərin müəllimlər və məktəb kollektivi haqqında qeyri-etik ifadələr işlətdiyi görüntülər müzakirələrə səbəb olub. Bu cür paylaşımlar bir tərəfdən yeniyetmələrin sosial şəbəkələrdə davranış mədəniyyəti məsələsini gündəmə gətirirsə, digər tərəfdən valideyn nəzarətinin, ailə tərbiyəsinin və məktəbin məsuliyyətinin hansı həddə olmalı olduğu sualını ortaya çıxarır.

Bəs yeniyetmələri belə davranışlara sövq edən əsas səbəblər nədir? Valideyn övladının sosial şəbəkə istifadəsinə nə qədər nəzarət etməlidir və qadağalar problemin həllinə kömək edirmi?

"Yeni Həyat Humanitar və Sosial Dayaq" İctimai Birliyinin sədri, sosioloq Nailə İsmayılova Lent.az-a açıqlamasında bildirib ki, valideyn övladına daim nəzarət etməli, istifadə etdiyi sosial şəbəkələrdən xəbərdar olmalıdır:

"Dərslərin başlamasından cəmi iki gün keçməsinə baxmayaraq, məktəblilərin sosial şəbəkələrdə müəllimlərə və məktəb kollektivinə qarşı qeyri-etik ifadələr işlətdiyi videoların yayılması ciddi narahatlıq doğurur. Burada məsuliyyəti yalnız yeniyetmənin üzərinə qoymaq düzgün deyil. Uşağın davranışının arxasında ailə tərbiyəsi, valideyn nəzarəti, sosial mühit və sosial şəbəkələrdə "diqqət qazanmaq" düşüncəsi dayanır. Uşaq bir neçə saniyəlik məşhurluğun gələcəkdə hansı nəticələr yarada biləcəyini çox vaxt dərk etmir.

Valideynlər bir məqamı xüsusilə bilməlidirlər: sosial şəbəkə uşağın şəxsi otağı deyil. Orada yazılan, deyilən və yayımlanan hər bir söz ictimai məkana çıxır. Bu gün zarafat və ya trendə qoşulmaq kimi görünən bir video sabah həmin yeniyetmənin rəqəmsal izinə çevrilə bilər. Video silinsə belə, ekran görüntüsü və kopyaları başqa platformalarda qala bilər. Ona görə də uşağa telefon vermək kifayət deyil, ona telefondan və sosial şəbəkədən necə istifadə etməyi öyrətmək lazımdır. Valideyn övladının hansı platformalardan istifadə etdiyini, kimlərlə ünsiyyətdə olduğunu və hansı məzmunlara maraq göstərdiyini bilməlidir. Lakin nəzarət təhqir, qorxutmaq və total qadağa formasında olmamalıdır. Ən güclü nəzarət etimad üzərində qurulan ünsiyyətdir. Uşaq bilməlidir ki, etdiyi səhvi valideynindən gizlətməkdənsə, onunla danışa bilər. Mən xüsusilə valideynlərə tövsiyə edərdim ki, övladlarının yanında müəllimə və məktəbə qarşı hörmətsiz münasibət nümayiş etdirməsinlər. Çünki uşaq nəsihətdən çox, valideynin davranışını mənimsəyir. Ailədə müəllimə hörmət yoxdursa, bunu məktəbdə uşağın davranışından görmək təəccüblü deyil. Eyni zamanda məktəb də yeniyetmənin fikrini dinləməli, narazılığını düzgün ifadə etməyi ona öyrətməlidir. Digər tərəfdən, sosial şəbəkədə yayılan belə videoları kütləvi şəkildə paylaşaraq uşağı ictimai qınağın hədəfinə çevirmək də çıxış yolu deyil.

Azyaşlını bir səhvinə görə damğalamaq onun problemini həll etmir. Əsas məqsəd səhvin səbəbini anlamaq, uşağa davranışının nəticələrini göstərmək və onu məsuliyyətli davranışa yönəltməkdir. Bu hadisələr bir daha göstərir ki, bu gün uşaqların tərbiyəsində rəqəmsal mədəniyyət də ailə tərbiyəsinin ayrılmaz hissəsinə çevrilib. Biz uşaqlara yalnız necə danışmağı, necə davranmağı deyil, internetdə necə iz buraxmağı da öyrətməliyik. Çünki bu gün sosial şəbəkədə edilən bir paylaşım sadəcə bir video deyil, bəzən uşağın gələcəkdə formalaşacaq ictimai imicinin ilk səhifəsidir".

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Lent.az-a açıqlamasında bildirib ki, belə hallarda ailə ilə məktəb bir-birini günahlandırmamalı, əməkdaşlıq etməlidir:

"Yeniyetmənin sosial şəbəkədə müəllim və məktəb kollektivi haqqında qeyri-etik ifadələr işlətməsini yalnız tərbiyəsizlik kimi qiymətləndirmək düzgün olmaz. Bu davranışın arxasında diqqət çəkmək, yaşıdları arasında qəbul olunmaq, özünü göstərmək, etirazını ifadə etmək və ya sosial şəbəkədə daha çox baxış toplamaq istəyi dayana bilər. Yeniyetmə bəzən həmin anda emosiyasını yaşayır, lakin paylaşımının uzunmüddətli nəticələrini tam hesablaya bilmir.

Əlbəttə, valideynin məsuliyyəti böyükdür. Ancaq məsələnin bütün kökünü yalnız valideyndə axtarmaq da birtərəfli yanaşmadır. Burada ailənin verdiyi tərbiyə, məktəbdəki münasibətlər, müəllim-şagird ünsiyyəti, yaşıdların təsiri və sosial şəbəkələrin yaratdığı davranış modelləri birlikdə rol oynayır. Buna görə də belə hallarda ailə ilə məktəb bir-birini günahlandırmamalı, əməkdaşlıq etməlidir. Valideynlər ilk növbədə övladlarının sosial şəbəkədə nə etdiyinə maraq göstərməlidirlər. Bu maraq gizli nəzarət və ya hər addımı izləmək formasında deyil, açıq ünsiyyət üzərində qurulmalıdır. Yeniyetməyə izah edilməlidir ki, internetdə yazılan və yayımlanan hər söz rəqəmsal iz buraxır. Sonradan video silinsə belə, onun başqa şəxslər tərəfindən qeydə alınması və yenidən yayılması mümkündür. Canlı yayım zamanı deyilən qeyri-etik sözlər yeniyetmənin gələcək həyatına da təsir göstərə bilər. Belə görüntülər məktəbdə münasibətlərin pozulmasına, müəllim və ya yaşıdlarla qarşıdurmaya, intizam tədbirlərinə, kiberzorakılığa məruz qalmağa və sosial nüfuzun zədələnməsinə səbəb ola bilər. Gələcəkdə təhsil və iş mühitində də həmin görüntülər qarşısına çıxa bilər. Başqa bir insanın görüntüsünü və ya şəxsi məlumatını icazəsiz paylaşmaq isə etik məsələ olmaqla yanaşı, müəyyən hallarda hüquqi məsuliyyət də yarada bilər. Valideyn belə bir paylaşımı gördükdə ilk reaksiyasını qışqırmaq, təhqir etmək, uşağı başqalarının yanında alçaltmaq və ya dərhal ağır cəza vermək üzərində qurmamalıdır. Bu yanaşma yeniyetmənin davranışını dayandırmaqdan çox, onu valideyndən gizlətməyə sövq edə bilər. Əvvəlcə sakit şəkildə "bu paylaşımı edərkən nə düşünürdün?", "nə baş vermişdi?", "səncə, bu sözlər qarşı tərəfə necə təsir edib?" kimi suallar verilməlidir. Məqsəd yalnız günahkarı tapmaq deyil, davranışın səbəbini anlamaq və yeniyetmədə məsuliyyət hissi formalaşdırmaqdır.

Bununla yanaşı, sərhədlər də aydın olmalıdır. Valideyn uşağına izah etməlidir ki, narazı qalmaq və etiraz etmək onun haqqıdır, lakin təhqir etmək, alçaltmaq, icazəsiz görüntü yaymaq və başqa şəxsin nüfuzuna zərər vurmaq qəbul edilə bilməz. Yeniyetmə etdiyi hərəkətin nəticəsini aradan qaldırmaqda da iştirak etməlidir: paylaşım silinməli, zərər çəkmiş şəxsdən uyğun formada üzr istənilməli və eyni davranışın təkrarlanmaması üçün konkret razılaşma əldə olunmalıdır. Telefonu birdəfəlik əlindən almaq və ya sosial şəbəkəni tam qadağan etmək çox vaxt davamlı nəticə vermir. Daha faydalı yol ailə daxilində rəqəmsal davranış qaydaları müəyyənləşdirməkdir. Canlı yayımın hansı hallarda açılması, kimlərin görüntüsünün paylaşıla bilməsi, məktəbdə çəkiliş aparmağın sərhədləri və təhqiramiz məzmunun nəticələri əvvəlcədən müzakirə edilməlidir. Valideyn özü də sosial şəbəkədə başqaları haqqında danışarkən övladına nümunə olduğunu unutmamalıdır".

Psixoloq qeyd edib ki, məktəblər yalnız cəzalandırma ilə kifayətlənməməlidir:

"Şagirdlərə rəqəmsal etika, şəxsi məlumatların qorunması, kiberzorakılıq, ünsiyyət mədəniyyəti və sosial şəbəkədə məsuliyyət mövzularında mütəmadi maarifləndirmə aparılmalıdır. Əgər bu davranış təkrarlanırsa, aqressiv xarakter alırsa və ya yeniyetmənin özünə və başqalarına münasibətində ciddi dəyişikliklər müşahidə edilirsə, məktəb psixoloqu və ya mütəxəssis prosesə cəlb olunmalıdır. Əsas məqsəd yeniyetməni damğalamaq deyil, ona azadlığın məsuliyyətlə birlikdə olduğunu öyrətməkdir. Uşaq bilməlidir ki, sosial şəbəkədə söylədiyi söz də real həyatda söylədiyi söz qədər məsuliyyət yaradır".

Yazı Medianın İnkişafı Agentliyinin "gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusunda dərc edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 132   Tarix: 18 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı

Müdafiə Nazirliyinin xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan İşlər İdarəsinin sabiq rəisi polkovnik Elnur Süleymanov və eyni idarədə işləmiş daha üç hərbçinin məhkəməsi başlayıb. "Qafqazinfo"nun məlumatına görə, cinayət işini Bakı Hərbi Məhkəməsinin sədri hakim Zeynal Ağayev araşdırır

12:50 252
.

"Müttəfiqlik haqqında müqavilə özündə hərbi və təhlükəsizlik sahəsində dərin əməkdaşlığı ehtiva edir" - Pərvanə Vəliyeva

"Bu gün ölkəmizin qarşısında daha geniş və çoxqütblü diplomatik imkanlar var. Azərbaycanın beynəlxalq mövqeyi yalnız onun iqtisadi və hərbi gücü ilə deyil, onun ətrafında formalaşan siyasi həmrəylik və tərəfdaşlıq şəbəkəsi ilə də müəyyən olunur". Bu sözləri BİG.AZ-a açıqlamasında millət vəkil

14:08 212
.

Bakının təhlükəsizlik gündəliyi: TDT-nin regional çəkisi və Azərbaycanın artan rolu

Sentyabrın 17-də Bakıda keçirilən görüş Türk Dövlətləri Təşkilatının (TDT) əməkdaşlıq gündəliyində təhlükəsizlik məsələlərinin getdikcə daha mühüm yer tutduğunu nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyənin Milli Təhlükəsizli

11:04 179
.

"Kontakt Home"dan aldığı bütün əşyalar xarab çıxdı - Şikayət

Son bir il ərzində "Kontakt Home"dan aldığım məhsullarla bağlı dəfələrlə ciddi problemlərlə üzləşmişəm və artıq bunu ictimai şəkildə paylaşmaq qərarına gəldim. Demək olar ki, aldığım məhsulların bir çoxunda qısa müddət ərzində nasazlıq yaranıb. xəbər verir ki, bu barədə Feysbukun şikayət səhifəsind

20:30 71
.

Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb

Azərbaycan Alban-Udi xristian dini icması ölkəmizdəki diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Alban-Udi xristian dini icmasının sədri Robert Mobili bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:. Bir olan Yaradanımızı

19:40 111
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

17:07 146
.

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

Aparıcı Nigar Fərhadın təsisçisi olduğu "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır. "Qafqazinfo"ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir. Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün "AİD Group"

11:32 296
.

Şənbə günü hava belə olacaq

Sentyabrın 19-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 20-23, gündü

14:14 200
.

Bakıda 13 yaşlı qızı hamilə qoyan şəxsə bu cəza verildi

Bakıda yetkinlik yaşına çatmayan şəxslə münasibətdə olan 18 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bir müddət əvvəl Binəqədi rayonu Xocasən qəsəbə sakini, 14 yaşı hələ tamam olmamış Z.Abdulovanın (ad və soyadlar şərtidir) hamilə olması müəyyənləşib

10:57 265
.