Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyırSentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib. Sentyabrın 17-də isə təşkilatın təhlükəsizlik şuralarının katibləri şuranın 5-ci iclasını keçirmək üçün Bakıda toplaşıblar. Hər iki mötəbər tədbir iştirakçılarını ölkə başçısı cənab İlham Əliyev qəbul edib. Bütün bunlar təşkilatın çərçivəsində fəal qarşılıqlı əlaqənin göstəricisidir. Eyni zamanda bu həm də onu göstərir ki, Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan bir təşkilatdır. Dövlətimizin başçısı TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib ki, çünki müxtəlif formatlarda müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə humanitar əməkdaşlıqla bağlı məsələləri əhatə edir.
Bu gün TDT artıq, sadəcə, etnik və tarixi bağlılıqların simvolu deyil, yeni beynəlxalq düzənin vacib sütunlarından biri, xalqlar arasında əməkdaşlığı, təhlükəsizliyi və sülhün möhkəmləndirilməsi istiqamətlərini real mexanizmlərə çevirən beynəlxalq gücdür. Onun fəaliyyəti qlobal sistemin yenidən formalaşdığı indiki məqamda türk dövlətlərinin vahid siyasi iradə ilə çıxış edə bilməsinin mümkünlüyünü nümayiş etdirir. Bəli, TDT müasir siyasi proseslərin önünə çıxmağı bacardığını artıq sübuta yetirib.
Hələ 2023-cü ildə Astanada baş tutmuş TDT-nin Zirvə görüşündə Prezident İlham Əliyev çıxışında təhlükəsizlik, müdafiə kimi strateji sahələrdə əməkdaşlığın daha da artırılmasına ehtiyacın olduğunu qeyd etmişdi. Əməkdaşlığın məhz bu istiqaməti son 3 ildə TDT üçün vacib yol xəritəsinə çevrildi.
Azərbaycan Prezidenti TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərlə görüşündə məhz bu xəritənin yeni marşrutunu müəyyənləşdirmiş oldu: "Qarşıda isə birgə iş, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, ölkələrimiz və xalqlarımız arasında daha sıx əlaqələrin qurulması, Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı rolunun gücləndirilməsi dayanır. Biz birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq institutlardan, aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq".
Qeyd edilib ki, TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür. Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var.
"Ölkələrimizin potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir. Biz çox geniş coğrafi məkanda yerləşirik", - deyə dövlətimizin başçısı öz çıxışında əlavə edib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib. Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratmışıq", - deyən dövlətimizin başçısı bildirib ki, qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması prosesi fəal şəkildə davam edir.
Prezident İlham Əliyev, həmçinin vurğulayıb: "Yəni ölkəmizin ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib. Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bizim əsas xarici siyasət prioritetimizdir. O cümlədən demişəm ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur".
Qeyd edilib ki, bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır. Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir.
"Döyüşən tərəflər arasında qarşılıqlı düşmənçilik açıq xarakter alır. Bütün bunlar ölkələrimizin perimetri boyunca mövcud olan münaqişələrin coğrafiyasının genişlənməsinə səbəb ola bilər və prinsipcə, səbəb də olur", - deyən dövlətimizin başçısı bildirib ki, hazırkı vəziyyətdə də, Azərbaycan haqqında danışsaq, həm şimalda, həm də cənubda qonşularımız müharibə aparan ölkələrdir. Bu kontekstdə də, əlbəttə ki, regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır.
Qeyd edilməlidir ki, Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıca tendensiyadır.
Dövlətimizin başçısı vurğulayıb ki, buna zərər vurmağa çalışan hər şey cəmiyyətimiz tərəfindən son dərəcə mənfi qarşılanır. Lakin bu, bütün işləri başa çatdırdığımız anlamına gəlmir, çünki ölkələrimizdə sabitliyi pozmaq cəhdləri davam etdiriləcək.
Prezident İlham Əliyev birgə səylərlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmağın vacibliyini qeyd etdi. "Qarşıda isə birgə iş, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, ölkələrimiz və xalqlarımız arasında daha sıx əlaqələrin qurulması, Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı rolunun gücləndirilməsi dayanır. Biz birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq institutlardan, aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq", - deyə dövlətimizin başçısı əlavə edib.
Görüş zamanı ölkə başçısı Azərbaycanla Türkiyənin birgə fəaliyyətinin bölgədə və dünyada sabitliyi daha da gücləndirdiyini bildirib. Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir, xüsusilə indiki çətin bir geosiyasi vəziyyətdə", - deyə dövlətimizin başçısı vurğulayıb.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 820   Tarix: 18 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

05.11.2026 255
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

05.11.2026 207
.

Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu

Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra

05.11.2026 357
.

İlham Əliyevdən həmkarına - Təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. "Qafqazinfo" xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdə

05.11.2026 258
.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

05.11.2026 241
.

Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA

Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli

05.11.2026 421
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

05.11.2026 309
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

05.11.2026 380
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

05.11.2026 232
.