Türk dünyasının yeni strateji erası

Türk dünyasının yeni strateji erasıSon illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Belə bir tarixi və mürəkkəb dövrdə Türk Dövlətləri Təşkilatının rolunun və beynəlxalq nüfuzunun artması xüsusi əhəmiyyət kəsb edir. Ölkə Prezidenti cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə keçirilən görüşdəki proqram xarakterli çıxışı TDT-nin gələcək inkişaf istiqamətlərini və Azərbaycanın xarici siyasət prioritetlərini bir daha aydın şəkildə nümayiş etdirdi.
Dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, Türk dünyası bizim ailəmizdir və Azərbaycanın əsas xarici siyasət prioritetləri məhz bu məkana yönəlmişdir. TDT-nin digər beynəlxalq təşkilatlardan fərqləndirən ən mühüm amil onun sadəcə iqtisadi və ya siyasi maraqlara deyil, həm də mənəvi birliyə, ortaq etnik köklərə, dil və mədəniyyət oxşarlığına söykənməsidir. İyirmi ilə yaxın bir dövrdə - 2009-cu il Naxçıvan Zirvə görüşündən başlayaraq qət edilən yol göstərir ki, təşkilat yalnız üzv ölkələr arasında qarşılıqlı inteqrasiyanı dərinləşdirmir, həm də qlobal miqyasda mühüm güc mərkəzinə çevrilir.
Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla imzaladığı müttəfiqlik haqqında bəyannamə və müqavilələr ikitərəfli əlaqələrin ən yüksək pilləsidir. Yaradılmış birgə investisiya fondları və fəal iqtisadi tərəfdaşlıq bu birliyi daha da möhkəmləndirir.
Müasir dünyada təhlükəsizlik anlayışı yalnız hərbi sahə ilə məhdudlaşmır. Enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan ümumi təhlükəsizlikdən söhbət gedə bilməz. Türk dövlətləri Avropa və Asiyanın qovşağında yerləşərək həm zəngin təbii ehtiyatlara malikdir, həm də mühüm enerji və nəqliyyat koridorlarına nəzarət edir.
Azərbaycan burada həm dünya bazarlarına enerji resursları tədarük edən ölkə, həm də Mərkəzi Asiyadan gələn resursların Xəzər vasitəsilə tranzitini təmin edən vacib qovşaq rolunu oynayır. Qazaxıstanla həyata keçirilən optik lifli kabel layihəsi kimi təşəbbüslər isə TDT məkanında rəqəmsal bağlantının və infrastrukturun inkişafına böyük töhfə verir.
Dünyanın müxtəlif yerlərində durğunluq, iqtisadi geriləmə və mürəkkəb sosial problemlərin yaşandığı bir vaxtda TDT məkanında sabitliyin və sənaye artımının saxlanılması dövlət səviyyəsində həyata keçirilən düzgün siyasətin nəticəsidir. Sabitlik və təhlükəsizliyin hökm sürdüyü mühit xarici investisiyaların və innovasiyaların cəlb edilməsi üçün başlıca şərtdir.
Eyni zamanda, ölkələrimizin malik olduğu demoqrafik üstünlük, gənc və dinamik əhətiyyətə malik əhali TDT-nin gələcək potensialını şərtləndirir. Bu gənc nəslin milli-mənəvi dəyərlərə, vətənpərvərlik ruhuna sadiq tərbiyə olunması, xarici ideoloji təxribatlardan qorunması təşkilat çərçivəsində gənclər siyasətinin prioritet istiqaməti olmalıdır.
Prezident İlham Əliyevin nitqində diqqət çəkdiyi mühüm məqamlardan biri də günümüzün fiziki təhdidləri ilə yanaşı, həm də ideoloji təhdidlər daşımasıdır. Xaricdəki müəyyən mərkəzlərdən maliyyələşən media strukturları və yad təsirlər vasitəsilə ictimai həmrəyliyi pozmaq cəhdlərinə qarşı fəal və koordinasiyalı mübarizə aparmaq həyati vacibdir.
Azərbaycan 30 il ərzində ikili standartlarla və işğalla üzləşdiyi zaman beynəlxalq hüququn necə "iflic" vəziyyətinə düşdüyünü şəxsi təcrübəsində yaşadı. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kağız üzərində qaldığı bir şəraitdə ölkəmiz öz ərazi bütövlüyünü döyüş meydanında bərpa etməli oldu. Bu acı təcrübə göstərir ki, təşkilatımız beynəlxalq platformalarda öz hüquqlarını təkcə bəyan etmək deyil, həm də qətiyyətlə müdafiə etmək gücündə olmalıdır.
Müasir çağırışlar fonunda TDT-yə üzv ölkələrin təhlükəsizlik strukturlarının sıx əlaqələndirilməsi, operativ məlumat mübadiləsi və birgə fəaliyyəti regionumuzun dinc və təhlükəsiz gələcəyinin qarantıdır. Biz təkbaşına deyil, birlikdə daha güclüyük. Birlikdə çalışaraq Türk Dövlətləri Təşkilatını qlobal arenanın ən aparıcı və təsirli beynəlxalq institutlarından birinə çevirmək potensialına malikik.

Metin Hüseynov - siyasi sərhçi, politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 884   Tarix: 18 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

05.11.2026 255
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

05.11.2026 207
.

Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu

Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra

05.11.2026 357
.

İlham Əliyevdən həmkarına - Təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. "Qafqazinfo" xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdə

05.11.2026 258
.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

05.11.2026 241
.

Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA

Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli

05.11.2026 421
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

05.11.2026 309
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

05.11.2026 380
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

05.11.2026 232
.