Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb
Albaniyanın Baş naziri Edi Rama 2030 Gündəliyinə və Avropa İttifaqına (Aİ) inteqrasiyaya sadiqliyini bir daha təsdiqləyib.
"Report"un Balkan bürosu xəbər verir ki, Rama BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) icrasına həsr olunmuş 2026-cı il "SDG Moment" yüksək səviyyəli tədbiri çərçivəsində yayımlanan videomüraciətində bu iki istiqaməti Albaniyanın transformasiyasının vahid yolu kimi xarakterizə edib.
Baş nazir bildirib ki, 2018-ci ildən etibarən ölkədə yoxsulluq səviyyəsi 23,7 faizdən 19 faizə düşüb, körpə ölümü iki dəfə azalıb və dövlət xidmətlərinin 95 faizindən çoxu hazırda onlayn təqdim olunur.
"Elektrik enerjisinin, demək olar ki, hamısı bərpa olunan enerji mənbələrindən istehsal edilir. Qadınlar parlamentin 35 faizini, hökumət kabinetinin isə təxminən 50 faizini təşkil edir", - Rama deyib.
Onun sözlərinə görə, Albaniya 2026-cı il Dayanıqlı İnkişaf Məqsədləri İndeksində dünya üzrə 44-cü yerdə qərarlaşıb.
E. Rama transformasiyanı sürətləndirmək məqsədilə Albaniyanın Dayanıqlı İnkişaf Məqsədlərinin Sürətləndirilməsi Fonduna 6 milyon ABŞ dolları ayırdığını açıqlayıb.
O bildirib ki, vəsait uşaq müdafiəsi, bizneslərin Aİ-nin vahid bazarına hazırlanması, yerli icmaların canlandırılması, həmçinin mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizəyə yönəldiləcək.
Albaniyanın Baş naziri həmçinin ölkəsinin 2027-2031-ci illəri əhatə edən yeni BMT Əməkdaşlıq Çərçivəsini imzaladığını bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 94 Tarix: 20 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind
10:35 164 Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur
11:31 196 Nobel mükafatının məbləği artırıldı
Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb
18:50 117 Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa
12:00 167 Trampın iqamətgahı üzərində həyəcanlı anlar: "F-16" qırıcısı mülki təyyarəni ələ keçirdi
ABŞ-nin "F-16" qırıcısı Merilend ştatında Kemp-Devid şəhərində yerləşən və həmin vaxt Donald Trampın olduğu prezident iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarəni ələ keçirib. xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məluma
12:40 167 Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki
17:50 138 İran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib
İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə
13:40 165 Trampdan üç nəhəng KİV-lə bağlı sərt qərar: Ağ Evə girişləri qadağan edildi
ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib. xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasınd
16:50 145 İranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib
İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə
13:10 159