Bankdan kredit ala bilməyənlər BOKT-a üz tutur: Faiz fərqi nə qədərdir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bankdan kredit ala bilməyənlər BOKT-a üz tutur: Faiz fərqi nə qədərdir? - İQTİSADÇIDAN AÇIQLAMABankdan kredit ala bilməyən vətəndaşların bir hissəsi çıxış yolunu bank olmayan kredit təşkilatlarında axtarır. Lakin burada əsas sual kreditə çıxışın mümkün olub-olmaması ilə yanaşı, vətəndaşın bu kredit üçün nə qədər artıq ödəniş etməsidir. Mərkəzi Bankın məlumatlarına əsasən, 2026-cı ilin I rübünün sonunda BOKT-larda manatla istehlak kreditləri üzrə orta faiz dərəcəsi 35% təşkil edib. Banklarda isə istehlak kreditləri üzrə faizlər kreditin növündən və müştərinin şərtlərindən asılı olaraq daha aşağı səviyyədə formalaşır.

Belə olan halda bankdan imtina alan və BOKT-a üz tutan vətəndaşın kredit yükü nə qədər artır? BOKT kreditlərinin faizləri niyə banklarla müqayisədə daha yüksəkdir və vətəndaş kredit götürərkən hansı məqamlara diqqət etməlidir?
Bankdan kredit ala bilməyənlər BOKT-a üz tutur: Faiz fərqi nə qədərdir? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, bəli, burada fərq kifayət qədər böyükdür. Mərkəzi Bankın məlumatına görə, 2025-ci ilin sentyabrında BOKT sektorunda milli valyutada istehlak kreditlərinin orta faizi 35% olub. Onun sözlərinə görə, banklarda isə istehlak kreditləri üzrə orta faiz təxminən 17% səviyyəsində idi: "Yəni orta göstəricilər əsasında BOKT-larda faiz banklardan təxminən 18 faiz bəndi yüksəkdir, başqa sözlə, təxminən iki dəfəyə yaxındır.
Bu fərqin əsas səbəbi riskdir. Bankdan kredit ala bilməyən şəxslərin bir hissəsi gəlirinin qeyri-sabit olması, kredit tarixçəsinin zəifliyi və ya digər səbəblərlə bank üçün daha riskli müştəri hesab olunur. BOKT həmin riski daha yüksək faizlə kompensasiya etməyə çalışır.

Lakin burada vacib məqam nominal faizlə faktiki illik faiz dərəcəsini qarışdırmamaqdır. Komissiya, xidmət haqqı, sığorta və digər ödənişlər kreditin real qiymətini daha da yüksəldə bilər. BOKT-larda faktiki illik faiz dərəcəsinin hesablanması ayrıca qaydalarla tənzimlənir.

Ona görə bankdan kredit ala bilməyən vətəndaş üçün BOKT alternativ maliyyə mənbəyi yaratsa da, kreditin ümumi geriödəmə məbləğini və faktiki illik faiz dərəcəsini müqayisə etmədən borclanmaq ciddi maliyyə yükü yarada bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 955   Tarix: 21 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?

Mavi və yaşıl qabıqlı yumurtalar ilk baxışdan qeyri-adi görünə bilər. Lakin bu rənglər yumurtanın xarab olduğunu və ya adi yumurtalardan daha faydalı olduğunu göstərmir. Qabığın fərqli rəngdə olması müəyyən toyuq cinslərinin genetik xüsusiyyətləri ilə əlaqədardır. BİG.AZ -a istinadən xəbər verir ki

05.11.2026 1
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 270
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

05.11.2026 224
.

Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır

Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"

05.11.2026 265
.

"ƏDV geri al" mexanizmi bütün konsertlərə şamil oluna bilər

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, "ƏDV geri al" mexanizminin bütün konsert növlərini əhatə etməsinin təmin edilməsi təklif olunur. Qeyd edili

05.11.2026 239
.

Hava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq

Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 4 noyabr 2026-cı ildə atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzr

05.11.2026 4
.

Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı

Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsi təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanda medianın inkişafında xidmətlərin

05.11.2026 244
.

İlham Əliyevdən həmkarına - Təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. "Qafqazinfo" xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdə

05.11.2026 226
.

Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA

Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli

05.11.2026 331
.