Qarabağda yeni iqtisadi həyat: rifahın əsas göstəricisi nə olacaq?

Qarabağda yeni iqtisadi həyat: rifahın əsas göstəricisi nə olacaq?Qarabağın gələcək rifahını yalnız tikilən binaların və yolların sayı ilə qiymətləndirmək düzgün olmaz. Burada əsas məsələ dağıdılmış yaşayış məkanlarının yenidən qurulması ilə yanaşı, dayanıqlı iqtisadi və sosial həyatın formalaşdırılmasıdır.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən əmlak üzrə ekspert Fərid Cəfərli bildirir ki, Qarabağda gedən prosesi üç əsas mərhələdə qiymətləndirmək mümkündür. Birinci mərhələ təhlükəsizliyin və əsas infrastrukturun təmin edilməsidir. İkinci mərhələ insanların geri qayıtması və yaşayış mühitinin formalaşdırılmasıdır. Üçüncü mərhələ isə iqtisadi aktivliyin, məşğulluğun, sahibkarlığın və özəl investisiyaların davamlı şəkildə artırılmasıdır.

Ekspertin fikrincə, Qarabağın real rifah göstəricisi gələcəkdə tikilən evlərin sayı deyil, insanların burada nə qədər rahat yaşaması, işləməsi, biznes qurması və gəlir əldə etməsi olacaq.

Bu baxımdan Qarabağ əmlak bazarında da fərqli mərhələdən keçir. Hazırda burada klassik mənada formalaşmış bazardan daha çox, yeni bazarın institusional və iqtisadi təməlinin yaradılması prosesi gedir.

Əmlakın dəyərini müəyyən edən əsas amillər sırasında yerləşmə, infrastruktur, nəqliyyat əlçatanlığı, iş yerləri, sosial xidmətlər, kommersiya aktivliyi, əhalinin gəlir səviyyəsi və gələcək inkişaf perspektivi dayanır. Əmlak bazarında qiymət yalnız torpağın və ya tikilinin özündən formalaşmır. Əsas məsələ torpağın iqtisadi dövriyyəyə daxil olmasıdır.

Məsələn, hər hansı əraziyə yol çəkilir, kommunal infrastruktur yaradılır, əhali məskunlaşır, iş yerləri formalaşır və ticarət dövriyyəsi artır. Bu zaman həmin ərazidə həm yaşayış, həm də kommersiya daşınmaz əmlakına tələbin yaranması üçün iqtisadi baza formalaşır.

Fərid Cəfərliyə görə, Qarabağda gələcək əmlak bazarını qiymətləndirərkən üç əsas göstəriciyə xüsusi diqqət yetirmək lazımdır: əhalinin faktiki məskunlaşma tempi, yeni iş yerlərinin və bizneslərin sayı, həmçinin infrastruktur və nəqliyyat əlçatanlığının səviyyəsi.

Bu göstəricilər artdıqca əmlak bazarının daha fundamental və dayanıqlı şəkildə formalaşması üçün imkanlar da genişlənir.

Qarabağda investisiya imkanları isə yalnız yaşayış daşınmaz əmlakı ilə məhdudlaşmır. Kommersiya obyektləri, xidmət sektoru, hotelçilik, turizm, logistika, kənd təsərrüfatı, sənaye və icarə bazarı da potensial investisiya istiqamətləri kimi nəzərdən keçirilə bilər.

Lakin investor üçün əsas məsələ yalnız dövlət təşviqlərinin mövcudluğu deyil. Tələbin real olub-olmaması, layihənin gəlirliliyi, hüquqi statusu, infrastruktur təminatı, likvidliyi və gələcəkdə investisiyadan çıxış strategiyası kompleks şəkildə qiymətləndirilməlidir.

Ekspertin diqqət çəkdiyi əsas risklərdən biri isə əmlak bazarının real iqtisadi fəaliyyətdən əvvəl sürətlə qiymətləndirilməsi, yəni spekulyativ gözləntilərin real tələbi qabaqlamasıdır. Əgər qiymət artımı ərazidə formalaşan real iqtisadi aktivliklə dəstəklənmirsə, bu, bazarın dayanıqlılığı baxımından risk yarada bilər.

Bu səbəbdən Qarabağda yeni əmlak bazarının formalaşmasını yalnız tikinti həcmi və qiymət dəyişiklikləri ilə ölçmək kifayət deyil. Əsas göstəricilər insanların bölgəyə qayıdışı, yeni iş yerlərinin yaradılması, bizneslərin fəaliyyətə başlaması, gəlirlərin formalaşması və iqtisadi dövriyyənin genişlənməsidir.

Başqa sözlə, Qarabağın gələcək rifahını tikilən binaların miqyası ilə deyil, yaradılan iqtisadi həyatın keyfiyyəti ilə ölçmək lazımdır. Davamlı məskunlaşma, məşğulluq, sahibkarlıq və investisiya mühiti formalaşdıqca əmlak bazarı da daha sağlam iqtisadi əsaslar üzərində inkişaf edə bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 806   Tarix: 21 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?

Mavi və yaşıl qabıqlı yumurtalar ilk baxışdan qeyri-adi görünə bilər. Lakin bu rənglər yumurtanın xarab olduğunu və ya adi yumurtalardan daha faydalı olduğunu göstərmir. Qabığın fərqli rəngdə olması müəyyən toyuq cinslərinin genetik xüsusiyyətləri ilə əlaqədardır. BİG.AZ -a istinadən xəbər verir ki

05.11.2026 1
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 270
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

05.11.2026 224
.

Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır

Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"

05.11.2026 265
.

"ƏDV geri al" mexanizmi bütün konsertlərə şamil oluna bilər

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, "ƏDV geri al" mexanizminin bütün konsert növlərini əhatə etməsinin təmin edilməsi təklif olunur. Qeyd edili

05.11.2026 239
.

Hava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq

Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 4 noyabr 2026-cı ildə atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzr

05.11.2026 4
.

Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı

Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsi təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanda medianın inkişafında xidmətlərin

05.11.2026 244
.

İlham Əliyevdən həmkarına - Təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. "Qafqazinfo" xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdə

05.11.2026 226
.

Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA

Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli

05.11.2026 331
.