Azərbaycan dağ-mədən sənayesinin yeni yüksəlişi

Azərbaycan dağ-mədən sənayesinin yeni yüksəlişiAzərbaycanın dağ-mədən sənayesi zəngin tarixə malikdir. Respublikamızda filiz çıxarılması və metallurgiyanın inkişafı Gədəbəy, Daşkəsən və digər bölgələrdə qədim zamanlardan başlayıb. 1636-cı ildə alman alimi Adam Oleari Gədəbəy və Daşkəsən yataqlarından mis və dəmir filizinin çıxarılması haqqında məlumat verib. 1867-1914-cü illər ərzində Almaniyanın "Siemens" şirkəti Gədəbəydəki yataqlardan mis, qızıl, gümüş, "Bittibulaq" yatağından isə mis çıxarıb.
XX əsrin əvvəllərində digər alman şirkəti "Vagau" Balakən rayonunun ərazisində əlvan metal yataqlarının axtarışı və istismarı ilə məşğul olub. Ötən əsrin ortalarında mədən texnikasının inkişafı və bərk faydalı qazıntıların zənginləşdirilməsi ilə bir sıra faydalı filiz yataqları istifadəyə verilib. Bunlara Daşkəsən dəmir filizi, Zəylik alunit, Daşkəsən, Paraqaçay molibden, Gümüşlük polimetal mədənləri və digərləri daxildir.
Ölkəmizin dağ-mədən sənayesinin sürətli inkişafı isə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin hələ keçmiş SSRİ dövründə bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində respublikamızda çoxsaylı dağ-mədən filiz yataqları aşkar edilib. Göründüyü kimi, Azərbaycanda faydalı qazıntı yataqlarının kütləvi istismarına SSRİ dövründə başlansa da, müstəqilliyin ilk illərindən etibarən həmin yataqların bəzilərinin istismarı dayandırılıb.
Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın dağ-mədən sənayesinin inkişaf konsepsiyası son 23 ildə ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Ötən müddətdə sənayenin bu sahəsində əldə olunmuş nailiyyətlər ölkə iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafına öz töhfələrini verib. Dövlətin iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı ilə bağlı müəyyənləşdirdiyi strateji hədəflərə uyğun olaraq Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı, Gəncə alüminium zavodu və digər sənaye müəssisələri istifadəyə verilib. Bu da Azərbaycanda dağ-mədən sənayesinin inkişafına təkan verməklə ölkənin iqtisadi potensialının gücləndirilməsində mühüm rol oynayıb.
Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə dövlətimizin başçısı dağ-mədən sənayesinin ölkə iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq deyib: "Bu çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə, bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək".
Azərbaycanın dağ-mədən sənayesinin potensialı yüksək olsa da, ötən müddətdə bu imkanlardan heç də tam istifadə olunmayıb. Təsadüfi deyil ki, bu perspektivli sahənin inkişafını sürətləndirmək məqsədilə işlənib hazırlanmış yeni Dövlət Proqramının təqdimatına həsr olunmuş müşavirədə ölkə rəhbəri deyib: "Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi... O cümlədən bizim təbii resurslarımız - qızıl, mis, molibden yataqlarımız talan edilirdi".
Hazırda bir çox perspektivli yataqlarımızın hələ də öz geoloji kəşfiyyat dövrünü gözlədiyini vurğulayan Prezident İlham Əliyev bu məsələlərin həlli üçün Dövlət Proqramı əsasında çox konkret mexanizmlərin tətbiq ediləcəyini, ilk növbədə, işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınacağını diqqətə çatdırıb. Bu baxımdan Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarında yaxın gələcəkdə istismara başlanılacağına əminliyini ifadə edib.
Dövlətimizin başçısı ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının cəmi 4 il ərzində - 2027-2030-cu illərdə tam icra edilməsini qarşıya mühüm vəzifə kimi qoyub. Prezident İlham Əliyevin təbirincə, yeni proqram, eyni zamanda, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərə tam uyğundur.
Ölkə rəhbəri müşavirədə müasir geoloji üsullarla mövcud yataqların potensial ehtiyatlarının tam dəqiqləşdirilməsi ilə bağlı konkret tapşırıqlar da verib. Qeyd olunub ki, sovet dövründə müəyyən rəqəmlər olsa da, o dövrdən təxminən 40 il keçdiyindən həm məlumatlar köhnəlib, həm də bu gün yeni texnologiyalar mövcuddur. Eyni zamanda, istər sovet dövründə, istərsə də son illərdə Naxçıvan Muxtar Respublikasının ərazisində geoloji kəşfiyyat işlərinin lazımi səviyyədə aparılmadığını diqqətə çatdıran Prezident İlham Əliyev burada ehtimal olunan yataqların lazımınca öyrənilmədiyini bildirib. Bu məqsədlə gələn ildən muxtar respublikada geoloji kəşfiyyat işlərinə başlanacağı diqqətə çatdırılıb.
Ölkə Prezidenti bu yaxınlarda yaradılmış Qərb Sənaye Parkının əsas məqsədinin məhz dağ-mədən sənayesinin inkişafı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, "Daşkəsən" filiz yatağının istismarı və ona yaxın olan bölgələrdə digər layihələrin icra edilməsi, əlbəttə ki, məhz Qərb Sənaye Parkının yaradılmasını şərtləndirdi. Dövlət başçısının sözlərinə görə, burada, ilk növbədə, tezliklə infrastruktur yaradılmalıdır və bu məqsədlə büdcədə lazımi vəsait nəzərdə tutulmalıdır.
Azərbaycanda dağ-mədən sənayesinin son məhsula qədər tam zəncirinin yaradılmasının vacibliyini önə çəkən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Daşkəsəndə filiz hasilatı, zənginləşdirmə, pelet və breketlənmiş dəmir zavodları yaradılmalıdır. Bununla yanaşı, iqtisadi səmərəliliyə nail olunması üçün filizin daşınması ilə bağlı tariflərdə güzəştlərin edilməsinin zəruriliyi vurğulanıb.
Prezident İlham Əliyev müşavirədə ölkədə metallurgiya sənayesinin, o cümlədən alüminium istehsalının inkişaf etdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib. Dövlət başçısı ölkə iqtisadiyyatına səmərə verə biləcək mexanizmlər tətbiq edilməklə bu önəmli sənaye istiqamətinin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, yeni proqram əsasında 2030-cu ilin sonuna qədər ölkəmizdə alüminium istehsalı 100 min tona çatdırılmalıdır.
"Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"nın maliyyə təminatının bütün müvafiq qurumlarla razılaşdırıldığını bildirən Prezident İlham Əliyev onun icrasında yerli və xarici investorların da iştirakı üçün lazımi şəraitin yaradılacağını vurğulayıb.

Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 106   Tarix: 23 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dağ-mədən sənayesinin inkişafında yeni mərhələ: Zəngin resurslar iqtisadi gücə çevrilir

Dağ-mədən sənayesi Azərbaycanın iqtisadi potensialının mühüm istiqamətlərindən biri olmaqla yanaşı, qeyri-neft sektorunun inkişafında da əhəmiyyətli rol oynaya bilər. Ölkəmizin zəngin mineral-xammal bazası, əlverişli coğrafi mövqeyi və sənaye potensialı bu sahənin daha geniş miqyasda inkişaf etdirilməs

14:37 101
.

Apennin dağları necə yaranıb? - Alimlərdən təəccübləndirən kəşf

İtaliyadakı Apennin dağları paltardakı fermuarın açılmasına bənzər prosesin təsiri altında formalaşa bilər. Bu qənaətə Florensiya Universitetinin alimləri zəlzələlər, Yer səthinin hərəkətləri və yer qabığının quruluşu ilə bağlı məlumatları araşdırdıqdan sonra gəliblər. Qaynarinfo xəbər verir ki, yen

22.09.2026 239
.

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayında keçiriləcək. Konsert saat 20:00-da başlayacaq. Gecə ərzində DATO və Brav

14:11 131
.

"Yeraltı sərvətlər iqtisadi dəyərə çevrilir" - AÇIQLAMA

Azərbaycan dağ-mədən və metallurgiya sənayesinin inkişafını yeni mərhələyə çıxarmağa hazırlaşır. 2027-2030-cu illəri əhatə edəcək Dövlət Proqramının hazırlanması ilə mineral-xammal ehtiyatlarının daha səmərəli istifadəsi, xammalın ölkə daxilində emalının genişləndirilməsi və əlavə dəyər yaradan istehsa

13:41 125
.

"Həkim səhlənkarlığı ucbatından bu günə qaldım"

"Həkimlər sümüyümdən analiz götürəndə ombamı sındırdılar. Həm onkoloji xəstəlik, həm də sınıq üst-üstə gəldi. Məni onlar xəstə etdi. Həkim səhlənkarlığı ucbatından bu günə qaldım. Sümüyümdən 3 dəfə sümük qopartdılar. Yaşlı adamam da, sümük nə qədər tab gətirə bilər?! Bu mənim canımdan qopur da

14:57 92
.

Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Avtomobillər aşdı - Video

Bu gün Bakı-Sumqayıt yolunun Abşeron rayonundan keçən hissəsində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, "Masazır dairəsi" adlanan yol qovşağının üzərindəki körpüdə minik avtomobili ilə yük maşını toqquşub. Zərbənin təsirindən avtomobillər metal arakəsmələrə çırpılara

12:52 227
.

"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası

Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. BİG.AZ APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyin

10:27 222
.

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşıb - Foto

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Newsmax" nəşrinə müsahibəsini paylaşıb. "Qafqazinfo" xəbər verir ki, ABŞ lideri sözügedən müsahibəni özünün "Truth Social"

11:15 164
.

Varşava Ukraynada muzdlu əsgərlər legionu yaratdığını təkzib etdi

Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış Ukraynada döyüşən Polşa muzdlularının iştirakını təkzib edib. xəbər verir ki, RİA Novosti siyasətçinin sözlərini sitat gətirib. Brifinq zamanı jurnalistlər nazirdən Polşanın Ukraynadakı döyüşlərdə iştirak etmək üçün beynəlxalq muzdlu əsgərlər legionu yaradıb-yaratmadığın

12:07 127
.