Dağ-mədən sənayesində yeni mərhələ: Dövlət Proqramı hansı imkanları yaradacaq?
"Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanda iqtisadiyyatın əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi də bu sahəyə dövlət tərəfindən xüsusi diqqət göstərildiyini təsdiqləyir".
Bunu BiG.AZ-a açıqlamasında YAP üzvü Türkan Cümşüdova bildirib.
O, qeyd edib ki, bir tərəfdən sənayeləşmə dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir, digər tərəfdən isə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı çərçivəsində bu sahələrin imkanlarından daha səmərəli istifadə əsas hədəflərdəndir:
"Azərbaycanın dağ-mədən sənayesinin potensialı yüksək olsa da, ötən müddətdə bu imkanlardan tam istifadə olunmayıb. Təsadüfi deyil ki, yeni Dövlət Proqramının təqdimatına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev də bu məsələyə diqqət çəkərək bildirib ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm də subyektiv səbəblərdən lazımi səviyyədə inkişaf etməyib. Dövlət başçısı obyektiv səbəblər sırasında sovet dövründə aşkar edilmiş bir sıra yataqların işğal altında olan ərazilərdə yerləşməsini qeyd edib və həmin dövrdə Azərbaycanın qızıl, mis və molibden kimi təbii resurslarının talan edildiyini vurğulayıb.
Hazırda bir sıra perspektivli yataqların hələ də geoloji kəşfiyyat mərhələsini gözlədiyini bildirən Prezident İlham Əliyev bu istiqamətdə Dövlət Proqramı əsasında konkret mexanizmlərin tətbiq olunacağını diqqətə çatdırıb. İlk növbədə, işğaldan azad edilmiş ərazilərdə mövcud yataqların istismara verilməsi nəzərdə tutulur. Dövlət başçısı Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarında yaxın gələcəkdə istismara başlanılacağına əminliyini ifadə edib.
Belə bir Dövlət Proqramının hazırlanması və bu məsələyə həsr olunmuş müşavirənin keçirilməsi dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, yeni təşviq mexanizmlərinin tətbiqi, investisiyaların cəlb edilməsi və mövcud resurslardan daha səmərəli istifadə sənayenin inkişafına əlavə imkanlar yarada bilər.
Xüsusilə işğaldan azad edilmiş ərazilərdə yerləşən yataqların iqtisadi dövriyyəyə cəlb olunması həm həmin bölgələrin iqtisadi inkişafına, həm də ölkənin sənaye potensialının genişlənməsinə töhfə verə bilər. Bu baxımdan dağ-mədən sənayesinin inkişafı yalnız ayrı-ayrı yataqların istismarı məsələsi deyil, eyni zamanda sənayeləşmənin dərinləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və yeni istehsal imkanlarının yaradılması istiqamətində atılan addım kimi qiymətləndirilə bilər.
Nəticə etibarilə, dövlət başçısının sədrliyi ilə belə bir müşavirənin keçirilməsi dağ-mədən və metallurgiya sənayesinin ölkənin iqtisadi siyasətində prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirildiyini göstərir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 93 Tarix: 23 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Layihənin geosiyasi və regional aspektləri xüsusilə diqqətəlayiqdir" - BƏHRUZ MƏHƏRRƏMOV
"Məlumdur ki, Azərbaycanın iqtisadi inkişaf modeli son illərdə yalnız mövcud resursların idarə olunması ilə kifayətlənməyib, gələcəyin qlobal çağırışlarına cavab verən, çevik və yüksək əlavə dəyər yaradan yeni sənaye sütunlarının inşasına yönəlmişdir. Prezident İlham Əliyevin "2027-2030-c
12:10 212 Japarov sanksiyaların tətbiqi ilə bağlı BMT-yə müraciət edib
Bəzi dövlətlər sanksiyalardan suveren ölkələrin daxili işlərinə müdaxilə etmək vasitəsi kimi istifadə edirlər. xəbər verir ki, Sputnik-in Telegram kanalında yayılan məlumata görə, bunu Qırğızıstan Prezidenti Sadir Japarov BMT Baş Assambleyasının iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə
12:13 139 "Yeraltı sərvətlər iqtisadi dəyərə çevrilir" - AÇIQLAMA
Azərbaycan dağ-mədən və metallurgiya sənayesinin inkişafını yeni mərhələyə çıxarmağa hazırlaşır. 2027-2030-cu illəri əhatə edəcək Dövlət Proqramının hazırlanması ilə mineral-xammal ehtiyatlarının daha səmərəli istifadəsi, xammalın ölkə daxilində emalının genişləndirilməsi və əlavə dəyər yaradan istehsa
13:41 130 Ermənistan kəşfiyyat rəhbərinin Bakı səfəri: Sülh üçün yeni kommunikasiya imkanı
Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryanın Bakıya səfəri, ilk növbədə, Azərbaycan və Ermənistan arasında təhlükəsizlik müstəvisində təmasların genişlənməsi baxımından diqqət çəkən hadisədir. Qriqoryan sentyabrın 22-də Bakıda keçirilən IV Beynəlxalq Təhlükəsizlik Forumunda iştira
14:48 112 Uşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir
Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər
12:01 147 Dağ-mədən sənayesində yeni mərhələ: Dövlət Proqramı hansı imkanları yaradacaq?
"Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanda iqtisadiyyatın əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmu
14:58 90 "Həkim səhlənkarlığı ucbatından bu günə qaldım"
"Həkimlər sümüyümdən analiz götürəndə ombamı sındırdılar. Həm onkoloji xəstəlik, həm də sınıq üst-üstə gəldi. Məni onlar xəstə etdi. Həkim səhlənkarlığı ucbatından bu günə qaldım. Sümüyümdən 3 dəfə sümük qopartdılar. Yaşlı adamam da, sümük nə qədər tab gətirə bilər?! Bu mənim canımdan qopur da
14:57 131 Ermənistan rəsmisi elə gəldiyi gün Bakını tərk edib - Video
Məlum olduğu kimi, Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan sentyabrın 22-də Bakıya səfər edib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, IV Bakı Təhlükəsizlik Forumunda iştirak edən Qriqoryan elə ötən gün yerli vaxtla saat 23:40-da ölkəsinə qayıdıb. İlk olara
10:35 213 Apennin dağları necə yaranıb? - Alimlərdən təəccübləndirən kəşf
İtaliyadakı Apennin dağları paltardakı fermuarın açılmasına bənzər prosesin təsiri altında formalaşa bilər. Bu qənaətə Florensiya Universitetinin alimləri zəlzələlər, Yer səthinin hərəkətləri və yer qabığının quruluşu ilə bağlı məlumatları araşdırdıqdan sonra gəliblər. Qaynarinfo xəbər verir ki, yen
22.09.2026 240