ABŞ Prezidenti "saxta KİV-lər"i Ağ Evə buraxmamağa çağırıb

ABŞ Prezidenti "saxta KİV-lər"i Ağ Evə buraxmamağa çağırıbABŞ Prezidenti Donald Tramp "saxta KİV-lər"in Ağ Evə buraxılmamalı olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Ağ Evdə saxta xəbərlərə yer olmamalıdır. Bu, çox uzun müddət davam edir və ölkəmizə baha başa gəlir" - o yazıb.

Daha əvvəl məlumat verilmişdi ki, Ağ ev CNN telekanalının bu gün Tennessi ştatının Noksvill şəhərinə yola düşəcək "Air Force One" prezident təyyarəsinin göyərtəsində ABŞ Prezidenti Donald Trampı müşayiət etməyəcəyini elan edib.

Münaqişə federal məhkəmənin müvəqqəti olaraq Tramp administrasiyasını CNN, MS NOW və "Politico" jurnalistlərinin Ağ Evə girişini bərpa etməyə məcbur etməsindən bir neçə gün sonra kəskinləşib.

Məhkəmənin qərarı jurnalistlərin akkreditasiyası və KİV nümayəndələrinin Ağ Evin ərazisinə girişinə aid idi. Lakin qərar onların prezidentin səfərlərini işıqlandıran jurnalistlər qrupunda iştirakına birbaşa aid deyildi.

Məhkəmənin qərarı prezidenti müşayiət edən jurnalistlər qrupunun formalaşmasına və jurnalistlərin prezidentin uçuşlarına buraxılması qaydasına birbaşa şamil edilmir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 94   Tarix: 26 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tailandda daşqınlar səbəbindən 84 mindən çox insan zərər çəkib

Tailandın paytaxtı Banqkokda başlayan fasiləsiz yağışlar səbəbindən şəhərin bir neçə rayonunu su basıb. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Məlumata görə, ölkə boyunca daşqınlar nəticəsində 21 əyalətdə, xüsusən də mərkəzi rayonlarda 84 mindən çox insa

26.09.2026 141
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı

26.09.2026 230
.

Azərbaycanda Anım Günüdür

Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmə

00:06 24
.

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Vətəndaşların etibarından sui-istifadə edərək onların 32 128 manat pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən E.Vəliyev saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, sözügedən şəxs bir vətəndaşın övladını İsveçrədə işlə təmin edəcəyini vəd edərə

26.09.2026 141
.

Azərbaycanda DƏHŞƏT! 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu

Naxçıvanda 78 yaşlı kişi nəvəsinin sevgilisini öldürməyə cəhd edib. -ın məlumatına görə, hadisə Şərur rayonunun Çomaxtur kəndində baş verib. Rayonun Alışar kənd sakini Fəxrəddin Məmmədov (soyad şərtidir - red.) rayon ərazisindəki marketlərdən birində satıcı işləyərkən ora alverə gələn xanımla tanış olub

26.09.2026 158
.

Daha bir dünya lideri Makronun dəvətini rədd etdi

İtaliyanın Baş naziri Corcia Meloni sentyabrın 28-də Fransanın Mets şəhərində keçiriləcək və Roma Papası XIV Levin apostol səfərinin son günündə çıxış edəcəyi görüşə qatılmayacaq. xəbər verir ki, bu barədə TASS İtaliya hökumət başçısının mətbuat xidmətinin açıqlamasına əsasən məlumat yayıb. Məlumat

26.09.2026 147
.

NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı

NATO-nun Latviyadakı Adazi hərbi poliqonunda baş tutan təlimlərin gedişatında İtaliya ordusunun dörd hərbi qulluqçusu yaralanıb. -ın məlumatına görə, bu barədə İtaliya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir. Bədbəxt hadisə atəş hazırlığı məşqləri zamanı qeydə alınıb. Nazirliyin dəqiqləşdirməsin

26.09.2026 115
.

ABŞ Prezidenti "saxta KİV-lər"i Ağ Evə buraxmamağa çağırıb

ABŞ Prezidenti Donald Tramp "saxta KİV-lər"in Ağ Evə buraxılmamalı olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Ağ Evdə saxta xəbərlərə yer olmamalıdır. Bu, çox uzun müddət davam edir və ölkəmizə bah

26.09.2026 67
.

Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək

"Bakı şəhəri 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək". BİG.AZ "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, bu, rəqabətədavaml

26.09.2026 138
.