Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM: "Ciddi sübutlarımız var"

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM: "Ciddi sübutlarımız var"Niger Fransa və Ukraynanı Saheldə terrorçuluğa dəstək verməkdə ittiham edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, Nigerin Baş naziri Əli Lamin Zeyn bununla bağlı ciddi sübutların olduğunu bildirib.

"Hazırda Saheldə baş verənlər silahlı üsyan deyil, dini müharibə deyil. Bölgəmizdə terrorçuluq təbii sərvətlərimizin istismarı naminə yeni müstəmləkəçiliyə cəhdin həyasız formasıdır. Nigerin uranı, Malinin və Burkina-Fasonun qızılı, litiumumuz, qazımız və neftimiz keçmiş müstəmləkə metropoliyasına rahatlıq vermir. Bizi özümüzü idarə etmək, düşünmək, istehsal etmək və özümüzü müdafiə etmək iqtidarında olmadığımıza inandırmaq istəyirlər. Emmanuel Makronun Fransası öz əlaltıları vasitəsilə Ukrayna ilə birlikdə Saheldə məkrli əməliyyat həyata keçirir. Bu faktlar yaxşı sənədləşdirilib", - deyə "La Nouvelle Tribune" portalı onun sözlərindən sitat gətirib.

İyulun 27-də Niger Prezidenti Abdurrəhman Tçiani Fransa və Avropa İttifaqının Saheldə silahlı qruplaşmaları maliyyələşdirdiyini bildirib. Onun sözlərinə görə, söhbət, xüsusilə, özünü "Əl-Qaidə"nin tərkib hissəsi hesab edən "Camaat Nüsrət əl-İslam vəl-Müslimin" qruplaşmasından gedir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 207   Tarix: 27 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Valideynlərin bu sözləri uşağın özünəinamını sarsıdır - Psixoloq xəbərdarlıq etdi

"Mən kifayət qədər yaxşı deyiləm", "Məndə heç nə alınmayacaq", "Mən başqalarından pisəm" - belə düşüncələr uşaqda onların haradan qaynaqlandığını özü izah etməyi öyrənməzdən xeyli əvvəl yarana bilər. Özünəinam tədricən formalaşır. Buna məktəb, dostlar, uğurlar və uğursuzluqlar

28.09.2026 185
.

Bakı sakininin maşını Şuşada minaya düşdü

İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində 2026-cı il 28 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Bildirili

28.09.2026 151
.

İldə 300 gün ildırım çaxır - qeyri-adi hadisə harada yaşanır

Yer kürəsində hər saniyə 100 dəfə ildırım çaxdığı barədə geniş yayılan məlumat köhnə hesablamalara əsaslanır. Müasir peyk müşahidələrinə görə, dünyada saniyədə təxminən 35-55 ildırım parıltısı qeydə alınır. xarici mediaya istinadla xəbər verir ki, ildırımların ən intensiv müşahidə olunduğu yerlərdə

28.09.2026 165
.

Bu ərazidə su olmayacaq - Xəbərdarlıq

Paytaxtın Suraxanı rayonunda su kəsiləcək. BİG.AZ xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, rayonun Hövsan kəndinin bəzi ərazilərini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri çərçivəsində su təminatında b

28.09.2026 179
.

Hindistanda daşqınlar - 80-dən çox ölən var

Hindistanın Uttar-Pradeş ştatında güclü yağışlar və daşqınlar nəticəsində azı 81 nəfər ölüb. TASS-ın məlumatına görə, bu barədə ştatın Fövqəladə Hallar İdarəsi jurnalistlərə məlumat verib. Ən azı 62 nəfər xəsarət alıb. Üç gün davam edən leysan yağışları nəticəsində ştatın bir neçə rayonunda 1 mində

28.09.2026 144
.

"Qələbəmizi informasiya kampaniyasına qurban verməməliyik" - Zahid Oruc

"Sovet Birliyi dağıldıqdan sonra torpaqlarımızın işğalı, 1 milyona yaxın köçkünün yaranması və humanitar fəlakətlərlə üzləşsək də, bu problemləri ilk dövrlərdə beynəlxalq müstəviyə çatdıra bilmirdik. 1994-cü ilin sentyabrında Ulu Öndər Heydər Əliyevin BMT tribunasından etdiyi tarixi çıxış stratej

28.09.2026 368
.

37 yaşlı yeni başçının - Dosyesi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən yeni icra başçısının dosyesini təqdim edir:. Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anada

28.09.2026 212
.

Vətən müharibəsi xəbərini eşidəndə ilk reaksiyanız nə oldu? - SORĞU

27 Sentyabr - Anım Günü ilə bağlı BİG.AZ olaraq paytaxt sakinləri arasında sorğu keçirdik. Sorğu zamanı vətəndaşlardan 6 il əvvəl başlayan Vətən müharibəsi xəbərini necə öyrəndiklərini, həmin an hansı hissləri keçirdiklərini və müharibə günlərində onlara ən çox təsir edən hadisənin nə olduğunu soruşduq

28.09.2026 212
.

Bakıdan dünyaya açılan imkanlar

Dünya iqtisadiyyatında yeni reallıqların formalaşdığı bir vaxtda investisiya üçün etimad, sabitlik və bağlantı əvvəlkindən daha böyük əhəmiyyət daşıyır. Son iki gün Bakının iqtisadi gündəliyi də məhz bu üç anlayış ətrafında quruldu. Azərbaycanın evsahibliyi etdiyi II Beynəlxalq İnvestisiya Forumu dünyanı

28.09.2026 244
.