17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza
Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər.
BiG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib.
32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb. Həmin vaxt oğlan xaricdə olsa da, nişanlısı ilə telefonla danışıb. Dediyinə görə, qızın yetkinlik yaşına çatmadığından xəbəri olmayıb. Emin qardaşı Naib vasitəsilə Ayşənlə (ad şərti) tanış olub. Naib də elə Eminin nişanlısının bacısı ilə evlənmək üzrə olub.
Lakin sonradan iki qardaş və ana birləşib Ayşəni qaçırmaq qərarına gəliblər. Onlar qızı yolun kənarında zorla maşına oturdub Gədəbəydən Tovuza aparıblar.
Amma Ayşən oğlanın bu hərəkəti ilə razılaşmayıb, onu buraxmasını tələb edib. Qızın anasının polisə şikayətindən sonra, o, evə qaytarılıb. Bu məsələdən sonra Ayşənin bacısı ilə digər qardaşın da münasibəti pozulub.
Polis əməkdaşları tərəfindən qardaşların ikisi də saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu) maddəsi ilə ittiham verilib. Eyni maddə ilə ittiham olunan ana barəsində isə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Ana və oğlanları məhkəmədə özlərini təqsirli biliblər. Emin ifadəsində nişanlısının 17 yaşı olduğunu polisdə öyrəndiyini, ondan niyə şikayət etdiyini isə hələ də bilmədiyini deyib.
Məhkəmə yekunda müttəhimləri adam oğurluğunda təqsirli bilib. Amma hakim hadisənin ilkin motivinin adam oğurluğu deyil, ailə qurma niyyəti ilə bağlı olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini yumşaldıcı hal hesab edib.
Hökmə əsasən, Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddinin ən aşağı həddindən də az cəza təyin etmə) maddəsi tətbiq edilməklə, Eminə 2, qardaşına 1 il 6 ay həbs cəzası verilib. Anaya isə sınaq müddəti seçilməklə 10 il şərti cəza təyin edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 67 Tarix: 14 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖtən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub
16:50 158 Qardaş 13 yaşlı bacısını bıçaqladı
Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala
10:58 288 Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus
15:40 170 Bazar günü hava belə olacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
13:57 204 Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ
Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav
16:07 226 "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur
16:20 168 Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR
"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy
14:36 224 Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar
13.11.2026 143 Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13.11.2026 413