Zamanın sınağından çıxmış dostluq inkişafdadır

Zamanın sınağından çıxmış dostluq inkişafdadırMüasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın xarici siyasət kursu çoxvektorlu olması, bərabərhüquqlu tərəfdaşlığa söykənməsi və qarşılıqlı hörmət prinsiplərinə əsaslanması ilə seçilir. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi geniş müsahibə təkcə iki ölkə arasındakı mövcud münasibətlərin dərin təhlili deyil, həm də Cənubi Qafqaz ilə Cənub-Şərqi Asiya regionları arasında yeni əməkdaşlıq üfüqlərinin yol xəritəsidir.

Azərbaycan və Vyetnamı birləşdirən tellər təxminən yetmişillik zəngin bir tarixə söykənir. Bu dostluğun bünövrəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya tarixi səfəri ilə qoyulmuş, 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri ilə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu Öndərin təşəbbüsü ilə səkkiz gün davam edən həmin səfər zamanı əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının dirçəlişinə böyük töhfə vermiş və bu gün də bəhrəsini gördüyümüz əməkdaşlığın möhkəm təməlini formalaşdırmışdır.

Dövlət başçımızın müsahibəsində xüsusi vurğulandığı kimi, bu tarixi ənənələr müasir dövrdə daha da zənginləşdirilir. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri və ötən ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Bakıya səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açdı. Həmin səfər çərçivəsində qəbul edilmiş Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərimizi ən yüksək siyasi müstəviyə daşıyan tarixi sənəd oldu. Təsadüfi deyil ki, bu gün dövlət başçıları səviyyəsindəki fəal dialoqla yanaşı, Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında sıx əlaqələr, eləcə də Milli Məclisin parlamentlərarası dostluq qrupu xətti ilə səmərəli əməkdaşlıq uğurla davam etdirilir.

İkitərəfli münasibətlərin əsas lokomotivini, şübhəsiz ki, iqtisadi-ticari və enerji əməkdaşlığı təşkil edir. 2025-ci ilin yekunlarına əsasən, ölkələrimiz arasında ticarət dövriyyəsinin 150 milyon dolları ötməsi müsbət göstərici olsa da, mövcud potensial bundan qat-qat böyükdür. Tarixən əməkdaşlığımızın əsasını təşkil edən neft-qaz sektorunda SOCAR ilə "PetroVietnam" arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu kəşfiyyat, hasilat və mütəxəssis hazırlığı sahələrində yeni perspektivlər açır. Bununla yanaşı, qeyri-neft sektorunda və yaşıl enerji sahəsində də mühüm addımlar atılır. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Vyetnamın "ROX Group" şirkəti ilə tikinti, infrastruktur, Günəş və külək enerjisi layihələri üzrə sənədlərin imzalanması Vyetnam biznesinin ölkəmizdəki əlverişli investisiya mühitinə böyük marağının bariz nümunəsidir.

Xüsusi diqqət yetirilməli məqamlardan biri də nəqliyyat-logistika sahəsindəki sıçrayışdır. 2026-cı ilin yanvar-sentyabr aylarında iki ölkə arasında tranzit daşımalarının həcminin ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6 dəfə artaraq 8 min tondan çox olması regionun əsas logistika ünvanına çevrilən Azərbaycanın strateji əhəmiyyətini bir daha təsdiqləyir. Orta Dəhliz və "Şimal-Cənub" nəqliyyat dəhlizləri Vyetnam məhsullarının Avropa bazarlarına və əks istiqamətə ən qısa, təhlükəsiz marşrutla çatdırılması üçün unikal imkanlar yaradır.

Azərbaycan-Vyetnam dostluğunu sarsılmaz edən digər mühüm amil isə dərin humanitar və mədəni bağlardır. Sovet dövründə 5 minə yaxın vyetnamlı gəncin Azərbaycanda təhsil alması və bu gün öz ölkələrinin inkişafında mühüm rol oynaması ortaq tariximizin qürurverici səhifəsidir. 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması bu ənənəyə göstərilən ehtiramın rəmzidir. Eyni zamanda, Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsləri ilə Vyetnamda həyata keçirilən təhsil və xeyriyyə layihələri, Ha Giang əyalətində məktəb tikintisi, Hanoy Ticarət və Turizm Kollecinə göstərilən dəstək xalqlarımızı bir-birinə daha da doğmalaşdırır.

Qara Qarayevin "Vyetnam süitası"ndan və görkəmli kinorejissorumuz Əjdər İbrahimovun Vyetnam milli kino məktəbinin formalaşmasındakı misilsiz xidmətlərindən başlanan mədəni körpü bu gün Bakı və Qəbələdə keçirilən Vyetnam Günləri, qarşılıqlı ədəbi nəşrlərlə davam etdirilir. Ən əsası isə, Azərbaycan və Vyetnam həm sevincli, həm də çətin günlərdə bir-birinin yanındadır. 2024-cü ildə "Yaqi" fırtınasının və 2025-ci ildə baş vermiş təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üçün ölkəmizin Vyetnama göstərdiyi maliyyə yardımı əsl dostluq və həmrəylik nümunəsidir.

Prezident İlham Əliyevin Vyetnama nəzərdə tutulan səfəri, heç şübhəsiz ki, Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən dövləti ilə Cənubi Qafqazın lider ölkəsi arasında tərəfdaşlığı daha da dərinləşdirəcək, xalqlarımızın rifahına və regional əməkdaşlığa sanballı töhfələr verəcəkdir.

Ağarəhim Baxışov
Dövlət İdarəçilik Akademiyası


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 64   Tarix: 20 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident Vyetnamın Baş naziri ilə görüşdü - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

11:10 42
.

İlham Əliyev Ho Şi Minin məqbərəsinə baş çəkdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnamın qurucusu Ho Şi Minin məqbərəsini ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, məqbərənin qarşısında fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev Ho Şi Minin xatirəsinə ehtiramını bildirib, məqbərənin önünə əklil qoyu

10:49 76
.

Moskvada hava limanı bağlandı, Eminin təyyarəsi uça bilmədi

Xalq artisti Emin Ağalarov konsert turu zamanı hava yollarında qarşılaşdığı çətinlikləri izləyiciləri ilə bölüşüb. Axşam.az xəbər verir ki, müğənni Aktauya uçduqdan sonra Yesentukidəki konsertə çatmaq üçün 11 saat qatarla yol getdiyini bildirib:. "Gözəl turumuz və macəramız davam edir. Son üç günd

19.11.2026 464
.

"5 min nəfər öləcəkdi" - Paşinyandan diqqətçəkən açıqlama

Ermənistan qoşunları Sünikdəki mövqelərindən heç vaxt geri çəkilməyib. xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlama verib. Məlumatı "Armenia Today" yayıb. Jurnalistlər Paşinyana xatırladıblar ki, o, 2021-ci il oktyabrın 27-də parlamentdə çıxışı zamanı qoşunları

10:55 71
.

Prezident Vyetnam Xəbər Agentliyinə müsahibə verib

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. "Qafqazinfo" müsahibəni təqdim edir. - Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması ilə əlamətdar olacaq Vyetnama qarşıdakı rəsmi səfəriniz ərəfəsində Siz Azərbayca

19.11.2026 299
.

Avropanın bir günə gəzə biləcəyiniz 5 gözəl şəhəri

Bu cür səyahət turistlərə nəqliyyat xərclərini azaltmaqla xeyli qənaət etməyə imkan verir. Bir çox turist şəhərləri piyada gəzməyə üstünlük verir. Lakin bütün şəhərlər bu cür səyahət üçün əlverişli deyil. xarici KİV-ə istinadən xəbər verir ki, ömrü boyu Avropanın 200-dən çox şəhərini ziyarət edən təcrübəl

19.11.2026 355
.

Xırdalanda Yaşıllıqlar biznes maraqlarına qurban verilir - Rövşən adlı şəxsin fəaliyyəti araşdırılmalıdır!

Xırdalan şəhərində 11 saylı tam orta məktəbin arxasında aparılan qazıntı və tikinti işləri ciddi narahatlıq doğurur. xəbər verir ki, redaksiyaya daxil olan məlumatlara görə, tikinti işlərini Rövşən adlı Gədəbəy rayon sakininin apardığı iddia olunur. Ərazidə çəkiliş aparan jurnalistlərimiz yaşıllıqlar

19.11.2026 337
.

"Valideynlərin təzyiqi ilə ailə qururlar"

Erkən nikahlara qanunla qadağa qoyulmasına baxmayaraq, qeyri-rəsmi formada belə hallara hələ də rast gəlinir. Erkən yaşda ailə qurmaq isə yeniyetmələrin təhsildən uzaqlaşmasına, psixoloji problemlərlə üzləşməsinə və ailədaxili münaqişələrin yaranmasına səbəb ola bilər. Psixoloq Vüsalə Əmiraslanovanı

19.11.2026 444
.

Prezidentin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşıldı

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" paylaşımı təqdim edir:

19.11.2026 341
.