İki ölkə arasında iqtisadi münasibətlər yeni mərhələdə
Vyetnamın iqtisadi gücü, sənaye və istehsal potensialı, Azərbaycanın enerji resursları, tranzit imkanları və əlverişli coğrafi mövqeyi qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün ciddi zəmin yaradır. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasında iqtisadi münasibətlərin yeni mərhələyə keçəcəyinə dair gözləntiləri artırır.
Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində Prezident İlham Əliyev deyib ki, Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon dollardan artıq olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: "Bununla yanaşı, bu göstərici hələ ki, real imkanları əks etdirmir: hər iki tərəf qarşılıqlı ticarətdə əhəmiyyətli artım üçün böyük potensiala malikdir".
Hesab edirəm ki, bu əlaqələrin gələcək inkişafı üçün ciddi perspektivlər mövcuddur. Əsas istiqamətlərdən biri energetika sahəsidir. Digər tərəfdən, Vyetnam Azərbaycana investisiya yatırmaq potensialına malik ölkələrdən biridir. Xüsusilə Günəş və külək elektrik stansiyalarının tikintisi sahəsində əməkdaşlıq imkanları diqqət çəkir.
Müsahibədə bildirilib ki, Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı da ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir. "Tikinti və infrastrukturun inkişafı, həmçinin Günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirən "ROX Group" bunun bariz nümunəsidir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "ROX Group" ilə müvafiq sənədlər imzalanıb", - deyə dövlətimizin başçısı xatırladıb.
Bununla yanaşı, Azərbaycanın nəqliyyat və logistika imkanlarından istifadə etməklə Orta Dəhliz vasitəsilə Vyetnam məhsullarının ölkəmiz üzərindən Avropa bazarlarına daşınması mümkündür. Bu, həm Azərbaycanın tranzit potensialının artmasına, həm də ikitərəfli iqtisadi əlaqələrin genişlənməsinə müsbət təsir göstərə bilər. Eyni zamanda, Azərbaycan Vyetnam bazarına qeyri-neft məhsullarının ixracını artıra bilər. Belə ki, 100 milyondan artıq əhalisi olan Vyetnam Azərbaycan məhsulları üçün perspektivli bazar hesab olunur. Digər tərəfdən, bu ölkə ilə ticarət əlaqələrinin genişləndirilməsi idxalın şaxələndirilməsinə də imkan yarada bilər.
Vyetnam düyü, qəhvə, dəniz məhsulları, eləcə də müxtəlif elektronika məhsullarının istehsalı və ixracı sahəsində rəqabətqabiliyyətli mövqeyə malikdir. Bu məhsulların bir qisminin münasib qiymətlərlə təklif olunması Azərbaycan bazarı üçün də əlavə imkanlar yarada bilər.
Hesab edirəm ki, konkret investisiya layihələrinin həyata keçirilməsi və nəqliyyat əlaqələrinin genişləndirilməsi şərtilə qarşıdakı 3-5 il ərzində iki ölkə arasında ticarət dövriyyəsini 500 milyon dollara çatdırmaq mümkündür.
İlqar Əliyev - Dövlət İdarəçilik Akademiyası
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 257 Tarix: 20 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBeynəlxalq Ombudsmanlar Forumu Ümumdünya Müstəqil Hüquq Müdafiəçiləri İttifaqını (WIDU) təsis edir
Niyyət bəyannaməsini 70 ölkədən ombudsmanların qatıldığı forumda 74 hüquq müdafiəçisi imzalayıb; Ümumdünya Müstəqil Hüquq Müdafiəçiləri İttifaqı transsərhəd hüquqi yardımı və böhrana reaksiya üzrə ümumi standartları inkişaf etdirəcək. (MOSKVA) - Avrasiya Ombudsmanlar Alyansının (Eurasian Ombudsman Alliance
20.11.2026 286 Humanitar əməkdaşlıq Azərbaycan və Vyetnamı birləşdirən möhkəm körpü rolunu oynayır
70 illik tarixi olan Azərbaycan-Vyetnam münasibətlərinin strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycandan min kilometrlərlə uzaqda olan Cənub-Şərqi Asiya ölkəsi olan Vyetnamla Azərbaycan arasında indiyədək 30-dan çox sənəd imzalanıb. Bu müqavilələr nergetika, nəqliyyat və investisiyalarda
20.11.2026 267 Ağdam yenidən doğulur: Qayıdışın və quruculuğun ünvanı
20 noyabr 2020-ci il Azərbaycan tarixində torpaqlarımızın azadlığına qovuşduğu, uzun illər həsrətində olduğumuz şəhərlərimizin yenidən doğma Vətənə qaytarıldığı əlamətdar günlərdən biri kimi yadda qaldı. Həmin gün Ağdam şəhəri işğaldan azad edildi. Otuz ilə yaxın düşmən tapdağında qalan, vaxtilə Qarabağı
20.11.2026 281 Kral ailəsində qardaş davası bitmir: "Atamızı mənə qarşı qızışdırırsan!"
Britaniya kral ailəsində Şahzadə Harri ilə böyük qardaşı Şahzadə Uilyam arasındakı gərginlik yenidən gündəmə gəlib. İddialara görə, Harri atası Kral II Çarlzla münasibətlərini düzəltmək cəhdlərinin qardaşı tərəfindən əngəlləndiyini düşünür. Məlumata görə, Susseks hersoqu Harri Uilyamın və saray müşavirlərini
20.11.2026 170 Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama noyabrın 19-da başlayan rəsmi səfərinə bu ölkənin mediası böyük diqqət ayırıb. AZƏRTAC xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin inkişafı üçün oynadığı böyük rola, Azərbaycan-Vyetna
20.11.2026 300 "5 min nəfər öləcəkdi" - Paşinyandan diqqətçəkən açıqlama
Ermənistan qoşunları Sünikdəki mövqelərindən heç vaxt geri çəkilməyib. xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlama verib. Məlumatı "Armenia Today" yayıb. Jurnalistlər Paşinyana xatırladıblar ki, o, 2021-ci il oktyabrın 27-də parlamentdə çıxışı zamanı qoşunları
20.11.2026 256 Elton qızına toy edir
Əməkdar artist Elton Hüseynəliyevin ailəsində xeyir iş olub. Axşam.az xəbər verir ki, müğənninin qızı Nuray nişanlanıb. Bu haqda ifaçı "Qonaqcanlı" proqramında danışıb. O, kiçik qızının toyunun yaxın günlərdə olacağını bildirib:. "Nuray qızım Lətif adlı bəylə nişanlanıb. Bir sinifdə oxuyublar
20.11.2026 463 Bu ölkədə 6 günlük iş həftəsi ləğv edilir
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkədə həftədə 6 gün iş və 1 gün istirahət nəzərdə tutan "6x1" iş sisteminin ləğvi haqqında fərman imzalayıb. "Qafqazinfo"nun məlumatına görə, dövlət başçısı sosial media hesabında bildirib ki, yeni tənzimləməyə əsasən, işçilərin əməkhaqqında
20.11.2026 131 Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"
Noyabrın 16-da paytaxtın Binəqədi rayonu Həmzə Babaşov küçəsindəki evdə 23 yaşlı Gülarə Mehdiyevanın qətlə yetirilməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Bu barədə "Qafqazinfo"ya cinayətdə günahlandırılan Ayxan Mehdiyevin və hadisə qurbanının atası Ağa Mehdiyev danışıb. O bildiri
20.11.2026 490