Sənət adamlarından Könül Xasıyevanı pubda oxumasına reaksiya: "Mənim yaşıma uyğun deyil"
Xalq artisti Könül Xasıyevanın pubda muğam ifa etməsi sənət adamları arasında müzakirələrə səbəb olub. Muğam ifaçıları xanəndənin bu addımına münasibət bildiriblər.
Xanəndə Sabir Abdullayev Qaynarinfo-ya açıqlamasında Könül Xasıyevanın sözügedən məkanda çıxış etməsini dəstəklədiyini bildirib:
"Könül Xasıyeva muğam ifaçısı olmaqla yanaşı, gözəl mahnılar da ifa edir. Könül xanımın harada və necə oxuması onun şəxsi işidir. Pubda oxuyanda nə olar?"
Sözügedən məkandan ona da dəvət gəlsə, qəbul edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran xanəndə deyib:
"Mənim yaşıma uyğun deyil. Amma lap dənizin ortasında üç stul qoyub məni çağırsalar, öz repertuarımdan oxuyaram".
Əməkdar müəllim Qəzənfər Abbasov isə xanəndələrin bu gün müxtəlif məkanlarda çıxış etməsinə diqqət çəkib. O, məsələyə daha geniş prizmadan yanaşaraq sənət adamlarının sosial vəziyyətini də gündəmə gətirib:
"Şəhərin sanitar qovşaqlarında belə xanəndələrin ifalarını səsləndirirlər. İfa canlı olsun, yaxud da əvvəlcədən yazılmış səs yazısı səsləndirilsin, fərq etməz, bu, təhqirdir. Pubda oxumaq olar, çünki orada yaxşı şərait və tamaşaçı var. İnsanlar həmin məkana müğənniyə görə gedirlər. Yeraltı keçidlərdə tar və kamança çalırlar. Bunlar Azərbaycanın şah alətləridir. Restoranlarda isə dilənçi kimi saz çalanlar var. Əgər söhbət sənətin qeydinə qalmaqdan gedirsə, bunları da unutmaq olmaz.
Onların qarşısını almaq çətin olacaq. Çünki dolana bilmirlər, məcburiyyətdən həmin məkanlara üz tuturlar. Onlara maddi yardım etmək istəyən şirkətlər varsa, buyursunlar. Sənət adamlarını mədəniyyət ocaqlarında işlə təmin etsinlər, ayda 2000-2500 manat maaş versinlər. Görək, bundan sonra kim gedib həmin məkanlarda çalıb dolanacaq? Könül Xasıyeva həmin məkana gedib oxuyursa, deməli, ehtiyacdan bunu edir. Amma onun orada oxumasına inanmıram. Toylara aparan yoxdur, bəs necə dolansın? İki gündür "GTA 6" ("Grand Theft Auto VI") videooyununda Alim Qasımovun səsinin yer aldığı müzakirə olunur. Bəs onda deyək ki, niyə oxumusan? Xanəndə pul qazanmaq üçün hər yerdə oxuya bilər. Söhbət məndən gedirsə, restoranda oxumağa getmirəm. Amma belə məkanlarda çıxış edənlər var".
Qeyd edək ki, Xalq artisti Könül Xasıyevanın pubda muğam ifa etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Xanəndənin bu addımını dəstəkləyənlərlə yanaşı, tənqid edənlər də az olmayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 215 Tarix: 20 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBeynəlxalq Ombudsmanlar Forumu Ümumdünya Müstəqil Hüquq Müdafiəçiləri İttifaqını (WIDU) təsis edir
Niyyət bəyannaməsini 70 ölkədən ombudsmanların qatıldığı forumda 74 hüquq müdafiəçisi imzalayıb; Ümumdünya Müstəqil Hüquq Müdafiəçiləri İttifaqı transsərhəd hüquqi yardımı və böhrana reaksiya üzrə ümumi standartları inkişaf etdirəcək. (MOSKVA) - Avrasiya Ombudsmanlar Alyansının (Eurasian Ombudsman Alliance
20.11.2026 247 Prezident Vyetnamın Baş naziri ilə görüşdü - Fotolar - Yenilənib
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Görüşdə çıxış edən Baş nazir Le Minh Hunq deyib:. - Vyetnama rəsmi səfəriniz münasibətilə Zati-aliləri Prezident
20.11.2026 315 Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"
Noyabrın 16-da paytaxtın Binəqədi rayonu Həmzə Babaşov küçəsindəki evdə 23 yaşlı Gülarə Mehdiyevanın qətlə yetirilməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Bu barədə "Qafqazinfo"ya cinayətdə günahlandırılan Ayxan Mehdiyevin və hadisə qurbanının atası Ağa Mehdiyev danışıb. O bildiri
20.11.2026 355 CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
İsrail və ABŞ yaxın perspektivdə İrana qarşı yeni hərbi əməliyyata başlamaq imkanını nəzərdən keçirir. CBS News-un məsələdən məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, İsrailin Baş naziri Benyamin Netanyahunun administrasiyası İranın ballistik raket istehsalı imkanlarını sürətlə bərpa etməsindən
20.11.2026 1 Arzu və Leyla Əliyevalar Vyetnamda - Foto
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva sosial şəbəkə hesabında yeni paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, bacısı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə Vyetnamın Hanoy şəhərində çəkdirdikləri fotonu paylaşıb. Həmin fotonu təqdim edirik:
20.11.2026 312 Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfər edib
Azərbaycan və Belarus respublikaları müdafiə nazirlikləri arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, bu ölkənin Silahlı Qüvvələrinin rabitə rəisi - Silahlı Qüvvələrin Baş Qərargahının Rabitə İdarəsinin rəisi polkovnik Pavel Prasolun rəhbərlik etdiyi nümayəndə heyəti Bak
20.11.2026 125 Uşaqlar bağçalarda ən çox hansı xəstəliklərə yoluxublar?
2025-ci ildə Azərbaycanın məktəbəqədər təhsil müəssisələrində uşaqlar arasında 55 445 xəstələnmə halı qeydə alınıb. -ın məlumatına görə, bunlardan 53 577-si dövlət, 1 868-i isə qeyri-dövlət bağçalarının payına düşüb. Ən çox qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyaları qeydə alınıb. Bu kateqoriy
20.11.2026 133 Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı - Fotolar
Tədbirlər planına uyğun olaraq, paytaxt rayonlarında qış mövsümünə hazırlıqla bağlı tədbirlər başa çatıb. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hazırda şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazı
20.11.2026 235 Mehriban Əliyeva və qızlarına ənənəvi Vyetnam qəhvəsinin hazırlanma üsulu göstərildi - Fotolar
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə ölkələrimiz arasında münasibətlərin iki xalqın bir neçə onillik tarixi olan dostluğuna əsaslanaraq inkişaf etdiy
20.11.2026 253