Aslan Hüseynovun ÖLÜM XƏBƏRİ TƏSDİQLƏNDİ - RƏSMİ

Aslan Hüseynovun ÖLÜM XƏBƏRİ TƏSDİQLƏNDİ - RƏSMİBaş Dövlət Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Oxu.Az-a açıqlamasında bildirib ki, Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ölən şəxs müğənni Aslan Hüseynovdur.

Qeyd edək ki, Aslan Hüseynov dörd gün əvvəl özünün "Instagram" hesabından anasının vəfat etməsi ilə bağlı paylaşım edib.

14:16

Müğənni Aslan Hüseynov yol qəzasında dünyasını dəyişməsi haqda xəbər yayımlanıb.

AZXEBER.COM məsələni dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşad Hacıyev bildirib ki, Aslan Hüseynov vəfat etməyib:

"Qaradağda baş verən qəzada avtomobili idarə edən şəxs müğənni Aslan Hüseynov olmayıb. Aslan Hüseynov vəfat etməyib, sağdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7120   Tarix: 04 may 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş