SON DƏQİQƏ: İranla sərhəddə atışma, iki hərbçimiz şəhid oldu
15 may tarixində saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə’" sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dovlət sərhədini pozması aşkar olunub.
Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən "Report"a verilən məlumata görə, sərhəd pozucuları sərhəd naryadının "Dayan" əmrinə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.
Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.
Hadisə yerində təxminən 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlanıb.
Hadisənin baş verdiyi ərazi qapadılmış və havadan nəzarət məqsədilə sərhəd aviasiyası tətbiq olunmuşdur. Sərhəd pozucularının axtarışı üzrə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, digərlərinin axtarışı davam etdirilir. İİR vətəndaşı olan sərhəd pozucusunun şəxsiyyətinin müəyyən edilməsi üzrə tədbirlər görülür.
Dövlət Sərhəd Xidməti rəisinin tapşırığına əsasən DSX rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədovun başçılığı ilə bir qrup zabit hadisə yerinə ezam olunub.
Hadisə barədə aidiyyəti hüquq mühafizə orqanlarına və İran tərəfinə məlumat verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3292 Tarix: 15 may 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
CASPIAN MOTOR SHOW 2025 baş tutdu
18-20 iyul tarixlərində Dənizkənarı bulvarda, Park Bulvar AVM-in önündə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının təşkilatçılığı ilə "Caspian Motor Show 2025" avtomobil sərgisi baş tutub. xəbər verir ki, sərgidə 20 avtomobil markasını əhatə edən 40 model nümayiş olunub. Sərgi Azərbayca
14:56 145 Bakıda yeni avtobus parkı tikiləcək - ƏRAZİ məlum oldu
Bakıda yeni avtobus parkı tikiləcək. Bu barədə -a "BakuBus" MMC-dən məlumat verilib. Yeni avtobus parkı Xəzər rayonunun Buzovna qəsəbəsində - Albalılıq adlanan ərazidə tikiləcək. Tikinti işlərinə xərclənəcək maliyyə vəsaitinin həcmi də məlumdur. Məlumata görə, tikinti işlərinə 12.9 milyon mana
10:46 241 İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
İyulun 24-də Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb. Özbəkistan Prezidenti göstərilə
12:04 162 Azərbaycanda daha bir rayonda ehsan verilməsi ləğv edildi
Qubada yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilib. -ın əldə etdiyi məlumata görə, rayon ağsaqqalları, din xadimləri, ziyalıları və qazilərin iştirakı ilə keçirilən iclasda rayon ərazisində ehsan məclislərinin çay süfrəsi ilə təşkil olunması ilə bağlı qərar qəbul olunub. Xatırladaq ki, dah
23.07.2025 561 Kəmaləddin Heydərovdan yeni TƏYİNAT
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Dövlət Yanğına Nəzarət İdarəsinə yeni rəis təyin olunub. İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə daxili xidmət mayoru Fəqan Axundov təyinat alı
23.07.2025 374 Ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdü artırıldı - MƏBLƏĞ
Prezident İlham Əliyev Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyab
14:43 195 Azərbaycanlı iş adamı Ramil Şeydayevin Türkiyə klubuna keçməsini istəyir
"Neftçi"nin yollarını ayrımaq istədiyi Ramil Şeydayev karyerasını Türkiyədə davam etdirə bilər. -a istinadən xəbər verir ki, Samir Abasovun sərəncamında görmək istəmədiyi Şeydayev "Serik Belediyyespor"un transfer siyahısında yer alıb. Türkiyə I Liqasında çıxış edəcək klub Ramili
23.07.2025 281 Uşaq bağçasında kütləvi zəhərlənmə: 235 uşaq xəstəxanaya yerləşdirilib
Çində fəaliyyət göstərən uşaq bağçalarından birində 235 uşaq yeməkdən zəhərlənib. xarici mediaya istinadən xəbər verir ki, Qansu əyalətinin Tianshui şəhərində baş verən hadisədə yerli məmurlar, o cümlədən əyalət və xəstəxana nümayəndələri qurğuşun zəhərlənməsi faktını ört-basdır etməyə çalışıblar. Səlahiyyətl
13:08 296 Bakıda iki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
Bakıda iki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata görə, iyulun 24-25-də 126 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi üzrə yerləşən dəmir yol
23.07.2025 379