Azərbaycan Avtomobil Federasiyasına AĞIR İTKİ - FOTO

Azərbaycan Avtomobil Federasiyasına AĞIR İTKİ - FOTOAzərbaycan Avtomobil Federasiyasına ağır itki üz verib.

Məlumatda bildirilib ki, Federasiyanın əməkdaşı Məmmədov Səxavət Səfər oğlu 24 iyun 2021-ci il tarixində axşam saatlarında Azərbaycan Avtomobil Federasiyasına məxsus yük avtomobili ilə hərəkət edərkən Nərimanov rayonu ərazisində digər avtomobildəki tanımadıqları şəxslər tərəfindən hücuma məruz qalıb.

.

Federasiyaya məxsus yük avtomobili 20 Yanvar dairəsi yaxınlığında hərəkət edərkən digər avtomobildə olan şəxslərlə yol hərəkəti zəminində mübahisə baş verib. Daha sonra digər avtomobildəki şəxslər nəqliyyat vasitəsini Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsinədək təqib edib, avtomobilin qarşısını qanunsuz olaraq kəsib, zor tətbiq etməklə Səxavət Məmmədovu avtomobildən enməyə məcbur edib, ona və onun sərnişini olan Federasiyanın digər əməkdaşına hücum edərək ağır zərbələr endiriblər. Səxavət Məmmədov hadisə nəticəsində qətlə yetirilib. Hücum edən 3 nəfər şəxs idarə etdikləri avtomobili hadisə yerində qoyaraq qaçıblar. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edilib ki, Səxavət Məmmədov ailəli və iki azyaşlı uşaq atası idi. Mərhum 2014-cü ildən Azərbaycan Avtomobil Federasiyasında çalışırdı. Peşəkarlığı, işğüzarlığı, mehribançılığı və təvəzökarlığı ilə kollektivin hörmətini qazanan Səxavət Məmmədov Federasiyanın nümunəvi əməkdaşlarından idi.

Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Avtomobil Federasiyası mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Azərbaycan Avtomobil Federasiyasına AĞIR İTKİ - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1269   Tarix: 25 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Geyim qaydalarını pozduğu iddia edilən 100-ə yaxın qadın həbs edilib

Əfqanıstanın paytaxtı Kabulda "geyim qaydalarını pozduğu" iddiası ilə 100-ə yaxın qadın əxlaq polisi tərəfindən saxlanılıb. xarici mediaya istinadən xəbər verir ki, Taliban qüvvələri həbslər zamanı qadınlara qarşı fiziki güc tətbiq edib. Əməliyyat zamanı heç bir qadın polis əməkdaşının iştira

13:55 205
.

Azərbaycan Qırğızıstanın paytaxtında uşaq xəstəxanası inşa edəcək

"Azərbaycan Qırğızıstanın paytaxtı Bişkekdə uşaq xəstəxanası inşa edəcək". Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, bunu Qırğızıstan Prezidentinin işlər müdiri Kanıbek Tumanbayev bildirib. O bildirib ki, bununla bağlı qərar iki ölkənin prezidentləri arasında aparılan danışıqlar zamanı qəbu

23.07.2025 247
.

Almaniyada pirotexniki partlayış: 20-yə yaxın yaralı var

Almaniyanın Düsseldorf şəhərində pirotexniki vasitələrin partlaması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. xarici mediaya istinadən xəbər verir ki, xəsarət alanlar arasında azyaşlı uşaq da var. Hadisə ilə bağlı istintaq araşdırmasına başlanılıb. [hh4-unikal]

14:28 145
.

"Tələbə təqaüdlərinin növbəti dəfə artırılması, dövlətin təhsilə və gənclərə olan qayğısının növbəti bariz nümunəsidir"-EKSPERTDƏN AÇIQLAMA

Prezident İlham Əliyevin imzaladığı son qərarla 2025-ci il sentyabrın 1-dən tələbə təqaüdlərinin növbəti dəfə artırılması, dövlətin təhsilə və gənclərə olan qayğısının növbəti bariz nümunəsidir. Bu, sadəcə rəqəmlərin yenilənməsi deyil – bu, Prezidentin Azərbaycan gəncliyinə verdiyi yüksək dəyərin, onları

16:10 124
.

Pitbull azyaşlı qızı ad günündə parçaladı

Braziliyada pitbull öz sahiblərinin kiçik qızını öldürüb. xarici mediaya istinadla bildirir ki, iki yaşlı Oliviyanın valideynləri yaxınlarının xəbərdarlıqlarına baxmayaraq, yetkin bir pitbul alıblar. Qohumlar onları dəfələrlə xəbərdar etsə də, faydası olmayıb. Faciə qızcığazın ad günü günü baş veri

23.07.2025 495
.

CASPIAN MOTOR SHOW 2025 baş tutdu

18-20 iyul tarixlərində Dənizkənarı bulvarda, Park Bulvar AVM-in önündə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının təşkilatçılığı ilə "Caspian Motor Show 2025" avtomobil sərgisi baş tutub. xəbər verir ki, sərgidə 20 avtomobil markasını əhatə edən 40 model nümayiş olunub. Sərgi Azərbayca

14:56 159
.

Bütün gün işləyən robot

Çin şirkəti UBTECH yeni nəsil insanabənzər robotu Walker S2 modelini təqdim edib. -ın xarici mediaya istinadla məlumatına görə, bu robot həftənin 7 günü, günün 24 saatı fasiləsiz işləmək qabiliyyətinə malikdir və ən maraqlısı öz batareyasını özü dəyişə bilir. Walker S2-nin xüsusiyyətləri. Boyu: 162 santimetr

23.07.2025 241
.

ARDNF qızılın alışını dayandırıb

Bu ilin II rübündən Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızıla investisiya qoyuluşunu dayandırıb. xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq fonddan bildirilib. "ARDNF-nin investisiya siyasətinə uyğun olaraq, qızıl altportfelinin payı ümumi investisiya portfelinin 25%-

23.07.2025 400
.

Neftçalada DƏHŞƏT: qayınatasını və arvadını vintaçanla deşdi

Neftçalada kişi qayınatasını və arvadına xəsarətlər yetirib. xəbər verir ki, hadisə Xıllı qəsəbəsində qeydə alınıb. Bağırov Fərid Məqsəd oğlu qayınatası Əhmədov Hüseyn Təvəkkül oğlunu parkda vintaçanla yaralayıb. Sonra isə öz arvadı Bağırova Əfsanə Hüseyn qızının yaşadığı evə gedərək ona da bədən xəsarətlər

10:12 321
.

TOP MP3