8 mənzil ələ keçirdi, şəhid və qazi ailələrinə yığılan pulları mənimsədi – "İmam Mehdi"nin film kimi dələduzluğu
Famil Cəfərov da sensasiyalı hadisənin qurbanlarındandır. Söhbət özünü "12-ci İmam Mehdi" kimi tanıdan və hazırda həbsdə olan Aqil Babayevdən gedir.
Famil Cəfərov da uzun illər Aqil Babayevin təsiri altında zərərçəkənlərdəndir:
"Mən Aqilin təşkil etdiyi dini söhbətlərdə, toplantılarda iştirak edirdim. Təxminən 2014-cü ilin əvvəllərində o, ilk dəfə məni üzbəüz qəbul edərək, məndən "mənim İmam Mehdi olduğuma inanırsanmı və məni bu cür qəbul edirsənmi?" deyə soruşdu, mən də həmin vaxt onu "12-ci İmam Mehdi" kimi qəbul etdiyimi, ona inandığımı bildirib, əlini öpdüm. Onun ətrafında olan hər kəs ona bu cür biət edirdi. Aqil bizə nə deyirdisə, biz əməl edirdik. Onun sözündən çıxmağa nə mənim, nə də digər inananların cürəti yox idi. Mən hər nə iş görürdümsə, Aqildən icazə alırdım. Aqilin tapşırığı ilə kasıb, dindar insanlara yardım göstərilməsi üçün müxtəlif məbləğlərdə vəsait yığılırdı. Aqil bizə deyirdi ki, qazancımızın 2,5 faizi ona verilməlidir ki, o da öz növbəsində həmin pulları kasıblara paylasın. Mən də 2013-cü ildən başlayaraq hər ay qazancımın müəyyən hissəsini zəkat qismində ona verirdim.
Bu illər ərzində, bir nəfər şərikimlə birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisində 5 mərtəbəli 20 mənzilli binanı satış məqsədi ilə tikməyə başladıq. Bundan əvvəl, Aqil Babayevdən həmin binanın tikintisi üçün icazəsini almışdıq. Binanın tikintisi hələ davam etdiyi dövrdə təxminən 2015-2016-cı illərdə mənzilləri satışa çıxardıq. Həmin vaxt Aqil bizə bildirdi ki, öz ailə üzvləri ilə birgə yaşaması üçün həmin binanın ikinci və üçüncü mərtəbəsindəki mənzilləri alır, pulunu ödəyəcək. Mənzillərin ümumi sahəsi 560 kvadrat metr idi, hər mərtəbədə 4 mənzil olmaqla ümumilikdə 8 mənzili Aqil Babayev bizdən aldı. Mənzillərin kvadrat metri 800 manat idi. Həmin mənzillərə görə Aqil Babayev 210.000 manat pul versə də, yerdə qalan 238.000 manatı verəcəyini bildirdi, lakin bu günədək pulları verməyib. Biz heç ağlımıza gətirmirdik ki, o bizi aldadır. Pulu da qorxumuzdan istəmirdik. Həmin 8 mənzili Aqilə təhvil verdik. Mən və şərikim elə bilirdik ki, Aqil orada bizim imamımız olaraq öz ailə üzvləri ilə birlikdə yaşayacaq, lakin sonradan bizə məlum oldu ki, Aqil həmin mənzilləri satıb, pulunu mənimsəyib. Saytlarda, sosial şəbəkələrdə onun biznesmen olduğu deyilir, amma, o, biznesmen deyildi. Aqil Babayev bu günə qədər heç bir biznes fəaliyyəti ilə məşğul olmayıb.
Hətta, o, 44 günlük Qarabağ müharibəsində fonda pul köçürənləri şeytan adlandıraraq, dindar şəhid və qazi ailələrinə ev tikib paylayacağını bildirərək, həmin pulları da mənimsəyib".
Şikayətçinin sözlərinə görə, Aqil Babayev 2019-cu ildə yüksək sürətlə qəza törədib, 1 nəfərin ölümünə səbəb olub və hadisə yerini tərk edib. O, cinayət məsuliyyətndən və cəzadan boyun qaçırmaq məqsədi ilə ölkədən qaçıb, Rusiya Federsiyasına getmək istəyərkən hava limanında yaxalanıb.
Hal-hazırda da Aqil Babayevin özünün və yaxınlarının adı ilə sosial şəbəkələrdə həqiqətə uyğun olmayan yalan məlumatlar yayılmaqdadır. Bununla da, Aqil Babayev ictimaiyyətdə yanlış fikir formalaşdırmaq, zərərçəkmiş şəxslərə təsir göstərmək, hüquq mühafizə orqanlarının işinə kölgə salmaq, beləliklə cinayət məsuliyyəti və cəzadan boyun qaçırmağa çalışır./Qaynarinfo
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2051 Tarix: 20 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü
11.11.2026 263 Messidən yeni rekord: dünyanın ən yaxşı futbolçularının simvolik komandası AÇIQLANDI
Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı il üçün ulduzlar komandasını açıqlayıb. -ın xəbərinə görə, komandaya Lionel Messi də daxildir. Rəsmi FIFPro saytında bildirildiyi kimi, səsvermənin nəticələri noyabrın 9-da açıqlanıb. Ənənəvi olaraq, World 11 komandası yalnı
11.11.2026 195 Okeanın altında gizlənən səkkizinci qitə: Zelandiya haqqında nə məlumdur?
Sakit okeanın cənubunda yerləşən və ərazisinin təxminən 95 faizi su altında qalan Zelandiya alimlərin diqqətini cəlb etməkdə davam edir. Sahəsi Avropanın yarısından çox olan bu nəhəng geoloji ərazi milyonlarla il əvvəl qədim Qondvana superqitəsinin tərkibində olub. Qaynarinfo xəbər verir ki, Avstriyanı
11.11.2026 147 İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi
8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind
11.11.2026 302 Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır
Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər
11.11.2026 230 Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı
Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt
11.11.2026 200 Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını
11.11.2026 206 Lamin Yamal küçədə iki gənci saxladı, görün nə istədi: onlara hədiyyə də verdi
"Barselona"nın ispan futbolçusu Lamin Yamal maşın sürərkən iki gənci saxlayıb və axşam yeməyi üçün sakit bir yer təklif etmələrini istəyib. Gənclərin tövsiyəsini aldıqdan sonra Yamal onlara qulaqcıq hədiyyə edib. -ın xarici mediaya istinadən xəbərinə görə, meydandan kənarda da mehriban davranış
11.11.2026 218 Qırmızı Bazarda minaya düşən şəxsin bir əli amputasiya olundu
Mina partlayışı nəticəsində xəsarət alan şəxsin bir əli amputasiya olunub. -ın məlumatına görə, Füzuli Rayon Mərkəzi Xəstəxanasında, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovun sol əli bilək nahiyəsindən amputasiya olunub. Ona göstərilən digər tibbi yardımlar davam etdirilir
11.11.2026 159