Seldən ziyan görmüş şəxsin NÜMUNƏVİ ADDIMI: Dövlətin ödədiyi pulu geri qaytardı - FOTO

Seldən ziyan görmüş şəxsin NÜMUNƏVİ ADDIMI: Dövlətin ödədiyi pulu geri qaytardı - FOTOTürkiyənin müxtəlif bölgələrində sel fəlakətindən ziyan görmüş şəxslərə dəymiş zərərin kompensasiya edilməsi üçün dövlət tərəfindən hərtərfli iş aparılır.

BiG.AZ Yenicag.az-a istinadən xəbər verir ki, sel fəlakətinin açdığı yaralar hələ sağalmamış 24 yaşlı kastamonulu Firudin Akın nümunəvi addım atıb.

Seldən ziyan görmüş şəxsin NÜMUNƏVİ ADDIMI: Dövlətin ödədiyi pulu geri qaytardı - FOTOZərgər olan atasını fəlakətdə itirən Akının satışdakı qızıl əşyalarını sel suları yuyub aparıb. Firudin Akına dəymiş ziyan hesablanaraq ona 1 milyon 100 min lirəlik yardım göstərilib. Sonradan axtarış işlərində Akına məxsus bir miqdar qızıl-zinət əşyaları tapılıb. Bundan sonra Akın ona edilən ödəmənin 750 min lirəsini geri qaytarıb.

Jurnalistə açıqlama verən Firudin Akın, "O pulu almağımız doğru olmazdı. Onda yetim haqqı var. Nəticədə dövlətimizin puludur", – deyib.

Seldən ziyan görmüş şəxsin NÜMUNƏVİ ADDIMI: Dövlətin ödədiyi pulu geri qaytardı - FOTOBu nümunəvi addımına görə ölkənin daxili işlər naziri Süleyman Soylu Akınla görüşərək ona təşəkkür edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1094   Tarix: 20 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Turlar.az