Əhaliyə şad xəbər: Ətin qiyməti ucuzlaşacaq
İşğaldan azad edilmiş ərazilərdə heyvandarlığın inkişafı ölkədə ət və süd məhsullarının qiymətlərinin aşağı düşməsinə şərait yaradacaq.
BiG.AZ xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Komitə sədri bildirib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin bu məhsullara olan tələbatının ödənilməsi dövlətin qarşısında duran başlıca məsələlərdən biridir:
"Bu baxımdan heyvandarlığın inkişafı, hevandarlıq məhsullarına olan tələbatın ödənilməsi və idxalın azaldılması çox önəmlidir. Son illərdə bu istiqamətdə həyata keçirilən tədbirlər öz nəticəsini verməkdədir. Ötən il heyvandarlıq məhsullarının istehsalı 3 faiz artmışdı.
Heyvandarlıq üçün böyük potensiala malik olan ərazilərimizin işğaldan azad edilməsi bu sahənin inkişafına geniş perspektivlər açır. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan işğaldan əvvəl heyvandarlığın inkişafı ilə seçilən rayonlar kimi tanınıb. Bu ərazilərin təbii şəraiti, bol yem ehtiyatlarına malik olması, digər tərəfdən insanların bu sahəyə olan marağı onu deməyə əsas verir ki, minalar təmizləndikdən, əhalinin yaşaması üçün təhlükəsizlik təmin edildikdən sonra bu rayonlarda heyvandarlıq sürətlə inkişaf edəcək".
T.Rzayev vurğulayıb ki, bununla əlaqədar müəyyən layihələr hazırlanıb və tədbirlər planlaşdırılır: "Bu tədbirlər sözsüz ki, ət və süd məhsullarının qiymətinin aşağı düşməsinə, idxalın azalmasına və yerli məhsulların keyfiyyətinin yaxşılaşmasına səbəb olacaq. Dağlıq ərazilərdə bəslənilən, təbii yemlə qidalanan heyvanların əti, südü əlbəttə ki, başqalarından fərqlidir.
Artıq bəzi fermerlər işğaldan azad edilmiş ərazilərdə yaylaqlara köç edib. Dövlətin sahibkarlara verdiyi imtiyazlar, göstərilən diqqət və qayğı nəticəsində tez bir zamanda həmin ərazilərdə iri heyvandarlıq təsərrüfatları yaradılacaq, əhalinin ət və süd məhsullarına olan tələbatı daha yaxşı ödəniləcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2073 Tarix: 21 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah 16° isti olacaq
Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ
11.11.2026 293 Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır
8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir
11.11.2026 422 İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi
8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind
11.11.2026 302 Prezidentlərin diqqətini çəkən XTQ zabiti kimdir? - Video
8 Noyabr - Zəfər Günü Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla səmimi söhbəti ilə yadda qalan zabitin görüntüləri hər kəsdə maraq doğurub. Bəs dövlət başçılarının yanında dayanan və Prezident İlham Əliyevin qürurla bəhs etdiyi qəhrəman zabit kimdir?. "Qafqazinfo"nun məlumatına görə
11.11.2026 381 Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək
"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər
11.11.2026 193 Okeanın altında gizlənən səkkizinci qitə: Zelandiya haqqında nə məlumdur?
Sakit okeanın cənubunda yerləşən və ərazisinin təxminən 95 faizi su altında qalan Zelandiya alimlərin diqqətini cəlb etməkdə davam edir. Sahəsi Avropanın yarısından çox olan bu nəhəng geoloji ərazi milyonlarla il əvvəl qədim Qondvana superqitəsinin tərkibində olub. Qaynarinfo xəbər verir ki, Avstriyanı
11.11.2026 147 Xankəndidə səslənən tarixi mesajlar
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər
11.11.2026 317 Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
Bəşəriyyət xüsusən də həddindən artıq istehlaka meyillilik səbəbindən tarixinin ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını
11.11.2026 160 Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü
11.11.2026 263