Azərbaycan Ordusu öz gücünü döyüş meydanında təsdiqlədi

Azərbaycan Ordusu öz gücünü döyüş meydanında təsdiqlədiQırx dörd günlük Vətən müharibəsinin başlandığı, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Anım Günü kimi təsis olunan 27 sentyabr 2020-ci il tarixindən bizləri bir illik zaman ayırır. Arxada qalan bir ilin hər günü Zəfərimizə gedən yolun təhlili, 30 illik işğal dövründə ölkəmizə qarşı ikili standartlara əsaslanan siyasətin yaratdığı problemlər geniş təhlil edilərək hər an dəyişməz olan bu mövqeyimiz önə çəkilir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaqdı və barışmadı.
İşğaldan azad edilmiş ərazilərimizdə Erməni vandalları bütün binaları sökmüş və talamışlar. Burada bir dənə də salamat bina qalmayıb. İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilmişdir. Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya, 292 ölkə və 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri olmuşdur. Bununla yanaşı, 22 muzey, 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, bu müəssisələrdəki inventarlar işğal olunmuş ərazilərdə qalmışdır. Bu mənzərə bütün dünyaya təqdim edilir və təqdim edilməlidir. Bu talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın diqqətini cəlb etməlidir.
"Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini məhv etmişik" söyləyən ölkə Prezidenti İlham Əliyev bildirir ki, buna görə şanlı Qələbəmiz bölgə, dünya üçün çox böyük əhəmiyyət daşıyır. Bununla da dünya Azərbaycanın hansı imkanlara malik olduğunu gördü.
Azərbaycan Ordusu döyüş bacarığı, hazırlığı, mübarizliyi ilə dünyanın hərb tarixinə yeni səhifə yazdı. 2003-cü ildə ilk dəfə Prezident kimi and içərək söylədiyi "Azərbaycanda ordu quruculuğu daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır" fikirlərini 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımızı azad etməklə təsdiq edən Ali Baş Komandan İlham Əliyev Şuşada, Füzulidə, Cəbrayılda, Ağdamda, Xudafərində, işğaldan azad edilmiş bütün ərazilərimizdə üçrəngli bayrağımızı dalğalandırmaqla sözlə əməl birliyini nümayiş etdirdi. "Şuşasız bizim işimiz yarımçıq olar" söyləyən Ali Baş Komandan İlham Əliyev ulu babalarımızın əmanətini xalqımıza qaytarmaqla ulu öndər Heydər Əliyevin vəsiyyətini də yerinə yetirdi.
Düşmən üzərində tam qələbəmizin müjdəsi olan Şuşanın işğaldan azad olunması Azərbaycan Ordusunun yenilməzliyini bütün dünyaya bəyan etdi. Bu Qələbə, ordumuzun Zəfər sevinci xalqımızın Müzəffər Sərkərdəsi Prezident İlham Əliyevin ətrafında "dəmir yumruq" kimi birləşməsinin ifadəsi idi. Bu qələbələr ordu quruculuğu istiqamətində aparılan islahatların, çəkilən zəhmətin bəhrəsidir. Son illərdə ölkə iqtisadiyyatının güclənməsinin, ordu quruculuğunun intensivləşməsinin, müdafiə sənayesinin inkişafının məntiqi nəticəsi olan torpaqlarımızın azad olunması düşmən üzərində qələbəmizi şərtləndirdi. Döyüş hazırlığını, qüdrətini hərb meydanlarında düşmənə ağır zərbələr endirməklə bildirən ordumuzun müasir hərbi texnika, müasir silahlarla təmin olunması, Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclu orduları sırasında yer alması, həm də iqtisadi qüdrətimizin göstəricisidir. Оrdumuzun döyüş əməliyyatları XXI əsrdə müharibə aparılması nümunəsi adlandırılır. Prezident İlham Əliyevin xalqa müraciətlərində və beynəlxalq hərbi ekspertlərin açıqlamalarında qeyd olunduğu kimi, çətin relyefə malik, sıldırım qayalarla əhatə olunmuş Şuşa uğrunda mübarizədə qalib gələn Azərbaycan Ordusunun döyüş təcrübəsi müstəsna hal, dünya hərb tarixində unikal əməliyyat adlandırılaraq beynəlxalq səviyyədə öyrənilir.
İkinci Qarabağ müharibəsində Gəncəni, Ağdamı, Füzulini, Tərtəri, Bərdəni davamlı atəşə tutan, ballistik raketlərdən, kasetli, fosforlu bombalardan istifadə edən Ermənistan faşizm ideyalarına son qoymadıqca dünya dövlətləri arasında yer ala bilməyəcək. Azərbaycan Ordusu işğalçıya qalib gəlməklə bölgədə erməni faşizminin belini qırdı.
Azərbaycan döyüş meydanında istədiyinə nail oldu. Diplomatiyada, siyasi müstəvidə gücünü göstərdi. İşğalçını, terrorçunu dəstəkləyənlər artıq başa düşməlidirlər ki, alovlanan münaqişə ocaqlarının söndürülməsi üçün terrora, milli münaqişələrə "yaşıl işıq" yandırmaqla XXI əsrin çağırışı olan sülhə nail olmaq mümkün deyil. Azərbaycan son hadisələrdə göstərdiyi şücaəti, humanizmi ilə yenə də dünyada sabitliyin qorunmasındakı xoş niyyətini ortaya qoydu. Ən əsası Azərbaycanın sülh siyasətinə sadiqliyindən bəhrələnib 30 il danışıqlara imitasiya naminə qatılan Ermənistan və ona dəstək verənlərə dövlət başçısı İlham Əliyev bu mesajı çatdırır ki, sülh təklifini masa üzərində daimi saxlamaq fikrində deyilik.
Ölkə Prezidentinin qeyd etdiyi kimi, müharibə artıq bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb. Biz artıq gələcəyə baxmalıyıq və hazırda əsas hədəf dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 722   Tarix: 21 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

11.11.2026 293
.

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11.11.2026 422
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

11.11.2026 302
.

Prezidentlərin diqqətini çəkən XTQ zabiti kimdir? - Video

8 Noyabr - Zəfər Günü Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla səmimi söhbəti ilə yadda qalan zabitin görüntüləri hər kəsdə maraq doğurub. Bəs dövlət başçılarının yanında dayanan və Prezident İlham Əliyevin qürurla bəhs etdiyi qəhrəman zabit kimdir?. "Qafqazinfo"nun məlumatına görə

11.11.2026 381
.

Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək

"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər

11.11.2026 193
.

Okeanın altında gizlənən səkkizinci qitə: Zelandiya haqqında nə məlumdur?

Sakit okeanın cənubunda yerləşən və ərazisinin təxminən 95 faizi su altında qalan Zelandiya alimlərin diqqətini cəlb etməkdə davam edir. Sahəsi Avropanın yarısından çox olan bu nəhəng geoloji ərazi milyonlarla il əvvəl qədim Qondvana superqitəsinin tərkibində olub. Qaynarinfo xəbər verir ki, Avstriyanı

11.11.2026 147
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11.11.2026 317
.

Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"

Bəşəriyyət xüsusən də həddindən artıq istehlaka meyillilik səbəbindən tarixinin ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını

11.11.2026 160
.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11.11.2026 263
.