Qadın dəfnindən 4 ay sonra evə qayıtdı - VİDEO
Ukraynanın Volın vilayətində bir qadın qohumları onu "dəfn etdikdən" 4 ay sonra evə qayıdıb.
BiG.AZ lent.az-a istinadən xəbər verir ki, itkin düşdükdən sonra oğlu onu axtarıb, amma heç bir nəticəsi olmayıb.
Tezliklə boy və geyim baxımından bənzər bir qadın cəsədi tapıblar ki, qohumlar onu özlərinki kimi basdırıblar.
Sonradan bu inanılmaz hekayənin təfərrüatı açıqlanıb.
Hamı mərhumun Valentina olduğuna əmin idi...
Yustina hələ də qızının sağ olduğuna inanmır. Evdən çıxıb naməlum istiqamətə gedib və itkin düşüb. Kənd camaatının hamısı qadını axtarıb. Sonra polisə zəng vurublar. Yerli bir zibillikdə naməlum bir qadının cəsədini tapdıqlarını söyləyiblər, kimliyini müəyyənləşdirməyi xahiş ediblər. Bütün ailə həmin yerə gedib və hamı əmin olub ki, cəsəd Valentinanındır.
Cəsədi götürəndən sonra dəfn ediblər. Üstündən 4 ay keçəndən sonra yerli psixiatrik xəstəxanadan zəng edərək Valentina Rıjkonun hazırda müalicə aldığını söyləyiblər. Onu xəstəxanaya təcili yardım gətiribmiş.
Qadının psixi pozuntusu olub və həkimlərə heç olmasa özü haqqında bir şey deyə bilməyib.
"Dörd ay keçib. Deyirəm ki, Oblapaxda bir oğlum və bir gəlin var. Ana və qardaşım Qruşevtsaxdadır. Sonra məni tapdılar", - Valentina söyləyib.
Ailə indi necə yaşayır?
"Qadın hazırda özünü yaxşı hiss edir, anası ilə yaşayır. Ancaq indi yeni problem ortaya çıxıb. Valentinanın heç bir sənədi yoxdur, çünki o rəsmi olaraq artıq həyatda da deyil", - kənd muxtarı deyib.
Prokurorluğun müstəntiqlərindən niyə DNT müayinəsi təyin etmədiklərinə görə heç bir şikayət yoxdur. Qohumları cəsədi tanıdıqları üçün DNT müayinəsinin məcburi olmadığını deyirlər.
Ancaq Valentinanın yerinə basdırılan qadının ölümü ilə bağlı iş yenidən açılıb.
Kimin əvəzinə dəfn edilib?
Valentinanın məzarında qohumları adı yazılan lövhəni götürüblər. Ancaq bu məzarda kimin dəfn ediləcəyi hələ də məlum deyil. Lövhədə "Naməlum qadın şəxs" yazılacaq.
Polis itkin düşmüş şəxslərin məlumat bazası ilə müqayisə ediləcək bioloji nümunələr götürüb. Ailə sənədləri bərpa etmək üçün rayon məhkəməsinə müraciət edib. Bu günlərdə Valentinanın ölüm qeydi ləğv edilib. Tezliklə qadın yeni pasport alacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2136 Tarix: 21 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774