Azərbaycanda verilən halal sertifikatı halal standartına uyğundurmu? - AÇIQLAMA

Azərbaycanda verilən halal sertifikatı halal standartına uyğundurmu? - AÇIQLAMAUzun illər halal sertifikatının verilməsi Azərbaycanda alver obyekti olub. İstehsalçılardan külli miqdarda vəsait alınıb.

BiG.AZ xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, burada dini idarələr və müxtəlif ölkələrin təşkilatları iştirak edib:

"Əslində bu sertifikatı verən qurum dövlət orqanlarında akkreditasiyadan keçmiş olmalıdır. 6 il bundan öncə bu istiqamətdə iş apardıq və bu sertifikatların kollegial verilməsinə nail olduq. Azərbaycanda 6 il əvvəl halal standartı yaradıldı, orda halallığın bütün şərtləri əksini tapdı. Hətta bu sertifikatın verilməsi üçün "Azesert Halal" MMC təsis edildi. Həmin MMC-nin laboratoriyaları var idi. Lakin bu gün də halallıqla bağlı problemlər var".

Eskpert bildirib ki, bu gün pul xatirinə qeyri-halal mallara da halal sertifikatı verilir:

"Dindarların bu şəkildə aldadılması yolverilməzdir. Biz təklif etmişik ki, halal sertifikatı istehsal prosesini izləmək üçün onlayn izləmə sistemi olan müəssisələrə verilsin. İstənilən inanclı insan da bu sistem vasitəsilə heyvanın hansı şəkildə kəsildiyini və məhsulun necə hazırlandığını görsün. Bundan başqa təklif edirik ki, halal sertifikatı islam bankçılığı ilə maliyyələşən və faizlə kredit götürməyən müəssisələrə verilsin. Bu da halalın mühüm şərti ola bilər. Təəssüf ki, bu məsələ standartlarda nəzərdə tutulmayıb".

Eyyub Hüseynovun sözlərinə görə, bu gün halal mallara dünyada böyük tələbat var:

"Hətta digər dinlərin nümayəndələri də bu məhsullara ekoloji cəhətdən təmiz məhsul kimi baxırlar. Məlumatımıza görə, halal sertifikatı olan mallara ildə 3 trilyon dollardan çox vəsait xərclənir. Müsəlman ölkələri bu standarta tam cavab verən məhsullar istehsal edə bilsələr, dünya ərzaq bazarında böyük yer tuta bilərlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1416   Tarix: 22 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Rusiya Dəmir Yollarının konsessiyasının satılmasına münasibət bildirdi

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Baş nazirin müavini Aleksey Overçukun konsessiyanın Rusiya Dəmir Yollarının törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmir Yolu"na (SCR) satılması ilə bağlı açıqlamaları müzakirələrin hazırkı vəziyyətini əks etdirmir. xəbər verir ki, Paşinyan b

14:33 116
.

Paşinyan Rusiyanın Gümrü bazasına "ya saxla, ya çıxar" mesajı verdi

Ermənistanda yerləşən Rusiyaya məxsus 102-ci hərbi baza ətrafında siyasi qalmaqal son günlər yenidən gündəmə gəlib. Buna səbəb Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın istəyəcəyi təqdirdə Gümrüdəki bazanı "günü sabah" çıxara biləcəkləri barədə açıqlaması, Ermənistan Baş naziri Niko

10:49 161
.

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadə

10:00 161
.

Peskov açıqladı: Putin-Paşinyan görüşündə mühüm məqamlar müəyyən edildi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bişkekdə keçirilən görüş məzmunlu və əhəmiyyətli olub. xəbər verir ki, bu barədə RİA Novosti Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına istinadən məlumat yayıb. Rusiya liderinin mətbuat katibi görüşün əhəmiyyətini vurğulayara

14:23 115
.

"Boğulurdum, hələ belə ağrı görməmişdim" - İnfarkt keçirən İlham Mirzəyev

Xəbər verdiyimiz kimi, aparıcı İlham Mirzəyev infarkt keçirib və əməliyyat olunub. Axşam.az xəbər verir ki, aparıcı səhhəti ilə bağlı açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib. O, ürəyinə stent qoyulduğunu və vaxtında xəstəxanaya çatdırılmasının həyatını xilas etdiyini deyib. "Alla

11:57 217
.

Bakı ilk onluqda: Riyazi savadlılıq üzrə nəticələr AÇIQLANDI

"Bakı riyazi savadlılıq üzrə nəticələrdə bütün qiymətləndirmə dövrləri üzrə ən yüksək irəliləyiş göstərən 10 ölkə və region arasında yer alıb. Paytaxtın nəticəsi 2022-2025-ci illər ərzində 63 bal artıb". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramı

12:22 104
.

ÜDM artır, sənaye yerində sayır - Azərbaycan iqtisadiyyatında nə baş verir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycan iqtisadiyyatında artım qeydə alınsa da, bu dinamikanın əsas sahələr üzrə eyni tempdə formalaşmadığı görünür. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında ÜDM 1,4 faiz artaraq 76,8 milyard manata çatıb. Eyni dövrdə sənaye məhsulu istehsalındakı artım is

14:12 148
.

Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri və üzvləri təyin ediliblər:. Media və Yayım Şurasının sədri

14:20 125
.

"Siyasi məhbus" ritorikası: ölkəyə qarşı qarayaxma kampaniyasına kimlər yanacaq verir?

Bəzi şəxslərin illərdir dəyişməyən bir ritorikası var: Azərbaycanda hər bir hüquqi məsələni siyasi rəngə boyamaq, hər bir cinayət işini "siyasi məhbus" kimi təqdim etmək və sonra da bu "məhbusların azad edilməsini" özlərinin siyasi xidməti kimi cəmiyyətə sırımaq. Novella Cəfəroğl

11:16 297
.