Atasızlığın rəsmi...
Uşağa sakit dayanmağı, ağıllı olmağı, yerdən əyilib nəsə götürməməyi, "tok"un "cızza" olduğunu başa salmağa nə var ki? Beyni ağ vərəq kimidir, nə yazsan, nə desən, o da yaddaşında qalacaq.
Amma oğulsan, gəl vətənin ana olduğunu hələ bir neçə ildən sonra öyrənəcək şəhidin azyaşlı övladına atasızlığı izah elə...
Çətindir, həm də çox çətin...
Bu ona görə çətindir ki, fizioloji olaraq uşağın bu yaşda şəhid, düşmən, torpaq, azadlıq anlayışı olmur. İzlədiyi cizgi filmlərində axı bunlardan bəhs edilmir - baxdığı "Maşa və Medved"dir, eşitdiyi də "Cırtdan" nağılı. Şəhərin mərkəzi küçəsində cizgi film personajlarını görüb, onları həqiqi bilib üstünə qaçıb oynamaq istəyən uşağa atasızlığı necə başa salasan axı? Uşaq haradan bilir axı, əslində, onlar çörək pulu qazanan dayılardır, əmilərdir...
Necə başa salasan ki, təkcə nağıllar "Biri vardı, biri yox"la başlamır.
Axı gerçəkliyin də bir "Biri vardı, biri yox"u var...
Nağıllardan tam fərqli, tam real...
Axı o Nüsrət Kəsəmənlinin şeirindəki "Atalıydı, analıydı uşaqlar, bizim evdə biri vardı, biri yox"u başa düşəcək yaşda deyil...
Bu gün həm də bir çox uşağın məktəbə qədəm qoyma yaşı idi. Sosial şəbəkələr, küçələr elə rəngarəng görünürdü ki... Məktəbə gedən birincilər, "yeriyən çantalar" o qədər xoş təəssürat bağışlayırdı, adam elə dünyanın bu andaca donub qalmasını istəyirdi ki, bu mənzərə pozulmasın, belə də qalsın.
Ta ki, Vətən Müharibəsində şəhid olan mayor Səyavuş Kəlbalıyevin oğlu Hümbətin ürəkdağlayan fotosunu görənə qədər. Bu il məktəbə qədəm qoyan Hümbət, ilk öncə atasının məzarını ziyarət edib. Sonra da göz yaşlarını saxlaya bilməyərək yanındakı azyaşlıya sarılıb. Bu, atasızlığın ən kədərli rəsmi idi...
Nə bilim, Hümbət bəlkə də "Biri vardı, biri yox"un gerçəkliyini özü artıq başa düşüb. Amma bu, atasının məzarı başında çəkilən foto kimi o qədər çətindir ki, sözlə ifadə etmək mümkün deyil.
Bildiyimə görə, müharibə vaxtı Hümbət atasına məktub yazıbmış. Yazıb ki, salam, ata, necəsən? Sənin üçün çox darıxmışam, mənə məktub yaz, səni çox sevirəm!
Axı necə başa salasan ki, məktuba cavab gəlməyəcək, cənnətdə poçt xidməti yoxdur.../Qafqazinfo

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4697 Tarix: 22 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Ay Bizimdir" - Trampdan gözlənilməz paylaşım
ABŞ Prezidenti Donald Tramp Ayla bağlı diqqətçəkən paylaşım edib. xəbər verir ki, o, bunu özünün "Truth Social" səhifəsində yazıb. Ağ Ev rəhbəri Ayın şəklini "Ay Bizimdir" başlığı və ABŞ bayrağı ilə paylaşıb. Paylaşımın hansı hadisə və ya qərarla bağlı olduğu isə aydın deyil. Bel
14:10 122 "Brutto müqavilə" sisteminin qəbul edilməsi sərnişin üçün gediş haqqının artırılması demək deyil" - İqtisadçı Akif Nəsirli ilə MÜSAHİBƏ
"Brutto müqavilə" sisteminin qəbul edilməsi sərnişin üçün gediş haqqının artırılması demək deyil. Yəni yenədə gediş haqqı Azərbaycan höküməti tərəfindən nəzarətdədir və bunu Tarif Şurası müəyyən edəcək". Bu sözləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BİG.AZ-a müsahibəsind
12:57 165 Rusiya Vitkov və Kuşnerin səfərindən bir gün sonra Kiyevi vurub
Rusiya çərşənbə axşamı səhəri Ukraynanın paytaxtı Kiyevi raket və dronlarla bombalayıb, iki nəfər ölüb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, bu, ABŞ səfirləri Stiv Vitkov və Cared Kuşnerin dalana dirənmiş sülh danışıqlarına başlamaq üçün regiona səfər etməsindən bir gün sonra baş verib. Kiyevdəki CN
11:13 160 Bakıda riyazi savadlılıqda aşağı nəticə göstərən şagirdlərin payı azalıb
Bakıda riyazi savadlılıq üzrə 2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı 2025-ci ildə 37 faizə düşüb. 5 və 6-cı səviyyələrdə nəticə göstərən şagirdlərin payı isə 8.1 faizə yüksəlib. xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrini
13:06 105 Yaxın günlərdə maqnit qasırğası gözlənilir - Tarixlər açıqlandı
Yaxın günlərdə Yer kürəsində geomaqnit aktivliyin artacağı və zəif, eləcə də orta səviyyəli maqnit qasırğalarının baş verəcəyi gözlənilir. Qaynarinfo xəbər verir ki, Britaniya Geoloji Xidməti sentyabrın 5-6-da Günəşdə baş verən bir neçə tac kütləsi atılmasının yaxın günlərdə Yerə təsir göstərə biləcəyin
10:57 163 PISA 2025: Azərbaycanın iqtisadi rayonları üzrə şagirdlərin nəticələri AÇIQLANIB
"PISA 2025 nəticələrinə əsasən, Bakı iqtisadi rayonu riyazi savadlılıq üzrə 460 bal, təbiət elmləri üzrə 440 bal, oxu savadlılığı üzrə isə 405 bal toplayıb. Bu göstəricilər iqtisadi rayonlar arasında müvafiq olaraq riyazi və oxu savadlılığı üzrə ən yüksək nəticələr sırasındadır". xəbər veri
13:12 89 Bakıda riyazi savadlılıq üzrə 40 bal artım qeydə alınıb
"Bakı üzrə PISA nəticələri 2018-ci illə müqayisədə orta hesabla 35 bal yüksəlib. Riyazi savadlılıq üzrə nəticə 420 baldan 460 bala, təbiət elmləri üzrə 398 baldan 440 bala, oxu savadlılığı üzrə isə 389 baldan 405 bala yüksəlib". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməs
13:20 83 İranın dəstəklədiyi Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində onlarla insan yaralanıb
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməndə İran tərəfindən dəstəklənən Husi yaraqlılarının onlarla mülki şəxsin yaralanmasına və enerji obyektlərində yanğınlara səbəb olan hücumlarına qətiyyətli cavab verəcəyinə söz verir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanını
10:57 199 Peyk görüntülərində aşkarlandı: Göldə minlərlə kvadratmetrlik ada üzür
Britaniya Kolumbiyasındakı Uilliston su anbarında təxminən 9 800 kvadratmetr ərazini əhatə edən, ağaclarla örtülü nəhəng torpaq sahəsinin suyun üzərində sürükləndiyi aşkarlanıb. Rəsmilər bu formalaşmanın rekord su səviyyəsi səbəbindən sahildən qopmuş ola biləcəyini düşünür. Qaynarinfo xəbər verir ki
07.09.2026 254