Taksi sürücülərinin vaksin pasportu belə yoxlanılacaq - RƏSMİ
Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən, taksi fəaliyyəti ilə məşğul olan şəxslərin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatına sahib olmaları xidmətə cəlb olunan polisin naryad qrupları tərəfindən seçmə yolu ilə yoxlanılacaq.
BiG.AZ xəbər verir ki, bunu Trend-ə Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, stasionar postlarda və yollarda avtopatrulda xidmət aparan YPX əməkdaşları tərəfindən bu qayda və tələblərə əməl edilməsi diqqətdə saxlanılacaq.
"İnzibati Xətalar Məcəlləsinin 211 –ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmas) maddəsinə uyğun olaraq, Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir".
Qeyd edək ki, oktyabrın 1-dən avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması ilə məşğul olanlardan, o cümlədən taksi sürücülərindən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunacaq. Həmin tarixdən etibarən COVID-19 pasportu olmayan taksi sürücülərinin müəyyənləşdirilməsi istiqamətində reydlər keçiriləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 914 Tarix: 23 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYaşıl iqtisadiyyatın inkişafında ABDF-in rolu və yaşıl investisiyalar
Azərbaycan Biznesinin İnkişafı Fondu (ABDF) ölkədə yaşıl iqtisadiyyatın inkişafına və ekoloji dayanıqlılığın gücləndirilməsinə müxtəlif maliyyə mexanizmləri vasitəsilə töhfə verir. Fond sahibkarların yaşıl biznes modellərinə keçidini təşviq edir və bu məqsədlə bərpa olunan enerji, resurslardan səmərəl
16:38 139 Daha 6 itkin-şəhid dəfn olunacaq
Birinci Qarabağ müharibəsinin daha 6 itkin-şəhidi dəfn olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında bildirilib. Nuriyev Yarməmməd Maqsud oğlu iyulun 1-
15:29 187 Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ
"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilib. -a istinadən xəbə
16:48 128 Bu halda 50 min manatadək cərimə olunacaqlar
Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə yeni cərimələr müəyyənləşdiriləcək. Axşam.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməs
12:09 212 Qızılın qiyməti 4000 dollardan da aşağı düşdü
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 1,03% azalaraq 3 997,1 ABŞ dollarına bərabər olub. "COMEX"də gümüşü
20:45 1 Zaxarova: Ermənistan AİB-lə Aİ arasında seçimini etməlidir
Ermənistan rəhbərliyi Avrasiya İqtisadi Birliyi-nə üzvlüklə Avropa Birliyi-nə inteqrasiya arasında strateji seçim məsələsinə mümkün qədər tez aydınlıq gətirməlidir. xəbər verir ki, bu barədə Mariya Zaxarova bildirib. Onun bəyanatı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunub. "Bun
11:14 191 Berat Mert Demir Bakıya gəlir!
Türkiyənin sevilən sənətçisi və enerjisi ilə dünya səhnələrinin diqqət mərkəzində olan Berat Mert Demir, çoxsaylı istəklərə əsasən yenidən Bakıya gəlir!. Bu dəfə o, dənizə 0 km məsafədə qurulacaq möhtəşəm böyük səhnədə, Sea Breeze White Beach-də sevənləri ilə görüşəcək. Dəniz mənzərəsi, açıq hava atmosferi
14:58 183 Virtual qumarın cəzası ağırlaşdı
Qumar oyunlarının təkrar keçirilməsi üçün yer təşkil etmə və ya saxlamanı virtual formada sosial şəbəkə platformalarından istifadə etməklə törədənlər 4 ilədək azadlıqdan məhrum olacaq. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksin
19:30 1 Nazir 2 min manat maaş alan müəllimlərin sayını açıqladı
"2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı 4 dəfəyə qədər artıb". "Qafqazinfo" xəbər verir ki, bunu "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bildirib. Nazir qeyd edib ki, ölkə üzr
10:53 215