"Bandotdel" əməliyyat keçirdi - 13 nəfər saxlanılıb - VİDEO

"Bandotdel" əməliyyat keçirdi - 13 nəfər saxlanılıb - VİDEODaxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək sosial şəbəkələrdə onlayn yolla satışının təşkil edilməsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Bu barədə BiG.AZ-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Astara rayonu ərazisində həyata keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Aqil Həbibov saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 75 qram tiryək, narkotik vasitələrin satışından əldə olunmuş pul vəsaitlərinin yükləndiyi plastik kart aşkar edilib.

Əməliyyat tədbirinin davamı olaraq onun yaşadığı evdən isə 12 kiloqram heroin, 910 qram tiryək, 2 kiloqram 60 qram "patı", "şüşə" adlanan psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Yasamal rayonunda həyata keçirilən digər əməliyyatlar zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Rüfət Əliyev və əvvəllər məhkum olunmuş Ülvi İsmayılov saxlanılıblar. Rüfət Əliyevdən 2 kiloqram 58 qram, Ülvi İsmayılovdan isə ümümilikdə 30 qrama yaxın heroin, metamfetamin, 4 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən paytaxtın Nizami rayonu və Sumqayıt şəhərində həyata keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Mir Museyib Yaqubov, tanışı Tehran Mustafayev, Dünya İsmayılova və Sumqayıt şəhər sakini Emil Məmmədov saxlanılıblar. Mir Museyib Yaqubov və Tehran Mustafayev üzərindən və yaşadıqları evlərdən ümimilikdə 1 kiloqram 766 qram heroin, tiryək, marixuana, metamfetamin, eləcə də 30 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkar edilib. Keşlə qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Dünya İsmayılovadan isə 12 qram, Emil Məmmədovdan isə 7 qram heroin aşkar edilib.

Qeyd edilən bu əməliyyatlar zamanı saxlanılan Aqil Həbibov, Rüfət Əliyev, Ülvi İsmayılov, Mir Museyib Yaqubov, Tehran Mustafayev, Dünya İsmayılova və Emil Məmmədovun ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdə yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə əlaqələr yaradaraq narkokuryerliyə cəlb ediliblər.

Onların əsas məqsədləri əldə etdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələri ölkə ərazisində müxtəlif şəxslərə çatdıraraq qanunsuz dövriyyəsini təşkil etmək, həmçinin narkotik maddələrin onlayn yolla satışından əldə olunan pul vəsaitlərini nağdlaşdırıb digər dəyərli əmtəə nişanları formasında ölkə xaricinə çıxarmaq olub. Bununla da onlar narkotik vasitələrin satışından əldə edilən çirkli pulların dövriyyəsinı həyata keçiriblər.

Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatları əsasında Xəzər və Binəqədi rayonlarında həyata keçirdikləri tədbirlər zamanı həyətyanı sahələrində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Xələfəli Rəhmanov və İlqar Mədətov saxlanılıblar. Xələfəli Mədətovun Türkan qəsəbəsində yerləşən evinə baxış zamanı 4 kiloqram 257 qram qurudulmuş marixuana, çətənə kolları və elektron tərəzi aşkar edilib.

İlqar Mədətovun Sulutəpə qəsəbəsindəki evindən isə 33 ədəd çətənə kolu və toxumları, həmçinin 1 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilib.

Bu şəxslər bir müddətdir ki, narkotik tərkibli bitkilərin kultivasiyasi ilə məşğul olduqlarını və çətənə kolları satmaq məqsədi ilə əkib-becərərək xüsusi qulluq etdiklərini bildiriblər.

Baş İdarənin Cənub və Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Astara, eləcə də Yevlax rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitlərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıblar.

Əməliyyat zamanı Astara rayon sakinləri əvvəllər məhkum olunmuş Şahin Məmmədov, İsfəndiyar Süleymanov və Yevlax rayon sakinləri İmran Qurbanovla, Babək Bağırov da saxlanılıblar. Şahin Məmmədovun üzərindən və yaşadığı evdən ümimilikdə 2 kiloqram 491 qram heroin və 1 ədəd tərəzi, İsfəndiyar Süleymanovdan isə 10 qrama yaxın heroin aşkar edilib.

Əməliyat zamanı saxlanılan Şahin Məmmədov Astara və ətraf rayonlarda narkotik vasitələrin satışı və qaçaqmalçılığı ilə ölkə ərazisinə gətirilməsini təşkil edən əsas şəxslərdən biri olub.

Onun atası "Tik-Tok" sosial şəbəkəsində barəsində guya ölkədə narkotik vasitələrin satışını həyata keçirməsinə baxmayaraq polis əməkdaşları tərəfindən saxlanılmaması barədə məlumatlar yayılan Rövşən Məmmədovdur.

Qeyd edək ki, narkotik vasitələrin qaçaqmalçılığı, eləcə də satışı ilə məşğul olan Rövşən Məmmədov bir neçə il əvvəl tutularaq məsuliyyətə cəlb edilib və məhkəmənin qərarı ilə həbs edilib.

Digər əməliyyat tədbirləri zamanı saxlanılan İmran Qurbanov və Babək Bağırovun ətraflarında keçirilən əməliyyat zamanı isə onlardan Yevlax rayonu ərazisində əkdikləri və xüsusi qulluq edərək yetişdirdikləri 25 ədəd çətənə kolu aşlar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 27 kiloqrama yaxın ağır tərkibli narkotik vasitələr və psixotrop maddələr və həblər, həmçinin 58 ədəd kultivasiya edilən narkotik tərkibli çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.

Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.

Bir daha vətəndaşları əmin etmək istəyirik ki, polis əməkdaşları tərəfindən ölkə ərazisində narkotik vasitələrin onlayn, yəni sosial şəbəkələr vasitəsi ilə, eləcə də digər yollarla satışı ilə məşğul olan şəxslərin tapılaraq saxlanılması və məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək.

Bu işdə əllərində məlumatı olan istənilən şəxs Nazirliyin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki səhifələrinə müraciət edərək həmin materialları təqdim edə bilərlər.

Əmin ola biərsiniz ki, istənilən müraciət hərtərəfli araşdırılır və anonimlik tam şəkildə təmin edilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1405   Tarix: 23 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

11.11.2026 302
.

Tikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?

Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy

11.11.2026 279
.

Messidən yeni rekord: dünyanın ən yaxşı futbolçularının simvolik komandası AÇIQLANDI

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı il üçün ulduzlar komandasını açıqlayıb. -ın xəbərinə görə, komandaya Lionel Messi də daxildir. Rəsmi FIFPro saytında bildirildiyi kimi, səsvermənin nəticələri noyabrın 9-da açıqlanıb. Ənənəvi olaraq, World 11 komandası yalnı

11.11.2026 195
.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

11.11.2026 296
.

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11.11.2026 422
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

11.11.2026 302
.

ABŞ tarixində ilk müsəlman senator: Bu, hansı dəyişikliklərin göstəricisidir?

ABŞ-da keçirilən aralıq seçkilərinin diqqətçəkən nəticələrindən biri Abdul El-Sayedin Miçiqan ştatından Senata seçilməsi olub. 42 yaşlı Demokratlar Partiyasının nümayəndəsi Respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək ABŞ tarixində senator seçilən ilk müsəlman olub. Ümumiyyətlə, son illərdə ABŞ v

11.11.2026 284
.

Mavi balinadan daha uzun: Hind okeanında qeyri-adi nəhəng aşkar edildi

Hind okeanının dibində uzunluğu 120 metrə çata bilən qeyri-adi dəniz canlısı aşkarlanıb. Alimlərin fikrincə, bu canlı planetdə indiyədək qeydə alınmış ən uzun heyvan ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Kertvar" portalı məlumat yayıb. Söhbət sifonofor adlanan dəniz canlısından gedir

11.11.2026 162
.

Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını

11.11.2026 206
.