İlham Əliyev "Dəmir yumruq" əməliyyatının ən vacib mərhələlərini açıqladı

İlham Əliyev "Dəmir yumruq" əməliyyatının ən vacib mərhələlərini açıqladı"Dəmir yumruq" əməliyyatının ən vacib mərhələlərindən biri, əlbəttə ki, ilk gün – 30 il ərzində yaradılmış və möhkəmləndirilmiş ilk müdafiə xəttinin yarılması oldu. İndi azad edilmiş əraziləri ziyarət edənlər bu sonsuz xəndəkləri, tank əleyhinə qurğuları, tikanlı məftilləri və yüz minlərlə piyada və tank əleyhinə minaları olan nəhəng mina sahələrini görürlər. İlk gündəcə düşmənin müdafiə xəttini yara bilməsəydik, sonradan bizim üçün daha çətin olacaqdı".

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Natsionalnaya oborona" ("Milli müdafiə") jurnalına verdiyi müsahibədə "Dəmir yumruq" əməliyyatının əsas mərhələləri barədə danışarkən deyib.

Ali Baş Komandan bildirib ki, beləliklə, həm hərbi əməliyyatların aparılması, həm də Azərbaycan Silahlı Qüvvələrinin mənəvi ruhu baxımından ilk uğurlar çox vacib rol oynadı:

"Fikrimcə, İkinci Qarabağ müharibəsi uğurla nəticələnmiş amillər baxımından çoxları üçün olduqca əlamətdardır.

Mən həmçinin, Hadrut əməliyyatının əhəmiyyətini də qeyd edərdim. Bizi orada gözləmirdilər və erməni tərəfi bu istiqamətdə hərəkət edəcəyimizi gözləmirdi, düşmən üçün bu, tamamilə gözlənilməz oldu. Hadrutu azad etməyimizdən bir neçə gün sonra da erməni tərəfi inadla israr edirdi ki, onlar Hadruta nəzarət edirlər. Hadrutda bütün hakim yüksəkliklərdə bizim döyüşçülərimiz olsa da, erməni rəhbərliyinin şəhərin alınıb-alınmamasını anlaması bir qədər diletant xarakter daşıdı. Hadrut ətrafındakı bütün hakim yüksəkliklərdə nəzarəti təmin etdikdən sonra mahiyyətcə bu şəhərin taleyi həll edilmişdi. Bizim oraya yenə də minimal itkilərlə girməyimiz sadəcə zaman məsələsi idi.

Yalnız televiziya efirində şəhər administrasiyasının binası üzərində bayraq qaldıran bir azərbaycanlı hərbçinin mənə Hadrutun alınması barədə məruzə etməsinin göstərilməsindən sonra erməni tərəfinin nağıllar qurmağa davam etmək üçün heç bir arqumenti qalmadı.

Hadrutdan əvvəl oktyabrın əvvəlində Cəbrayıl azad edilmişdi. Bu, simvolik baxımdan da vacib idi. Çünki Cəbrayıl ilk şəhər idi – buna qədər biz kənd və yaşayış məntəqələrini azad etmişdik. Əlbəttə ki, mühüm mərhələlərdən biri də 17 oktyabr 2020-ci ildə Füzuli şəhərinin azad edilməsi oldu, çünki Füzuli böyük bir şəhərdir, Qarabağ regionunda əhalisinə görə Ağdamdan sonra ikinci yerdədir.

Mən həmçinin Soltanlı və Əmirvarlı yaşayış məntəqələrinin alınmasını da qeyd edərdim. Nəyə görə? Orada çox güclü bir möhkəmləndirilmiş müdafiə rayonu vardı. Bir neçə gün ərzində düşmənin müqavimətini qırmaq üçün çox fəal hərbi əməliyyatlar aparmalı olduq. Bəzi istiqamətlərdə düşmən silahlarını yerə ataraq döyüş meydanından qaçdı – onlar özləri 10 min fərarinin olduğunu etiraf etdilər - , bəzi yaşayış məntəqələrində isə sona qədər dayandılar.

Soltanlı və Əmirvarlının azad edilməsi - Zəngilana gedən yol idi - hadisələrin sonrakı gedişi üçün böyük əhəmiyyət kəsb edirdi. Zəngilan şəhərinin alınmasına gəlincə, əslində onlar artıq oradan qaçırdılar. Çünki müqavimət göstərməyə güc yox idi. Üstəlik, hətta ilk dövrdəki hərbi əməliyyatlar zamanı da erməni tərəfi əks hücuma keçməyə cəhd etməklə səhvlərə yol verdi, bu da hərbi baxımdan tamamilə axmaqlıq idi. Müdafiələrini gücləndirmək əvəzinə bütün qüvvələrini əks hücuma yönəltdilər və tamamilə məhv edildilər.

Əlbəttə ki, sonrakı əməliyyatlar - Qubadlının azad edilməsi və Laçın rayonunun cənubuna çıxış, Laçın rayonunun kəndlərinin – Güləbird və digərlərinin azad edilməsi bizə Laçın dəhlizinə nəzarət etməyə imkan yaratdı. Əslində o, artıq bizim nəzarətimizdə idi.

Qələbəmizin tacı – Şuşa əməliyyatı idi. İndi Şuşaya gedən hər kəs bizim oraya hara ilə getdiyimizi görə bilərlər. Bu fiziki və mənəvi səylərin inanılmaz səfərbərliyi idi. Uzun, uzun və uzun günlər meşələrdə, yol olmayan ərazilərdə, yüngül silahlarla, yorulmadan irəli getmək və sonra Şuşanı azad etmək - bu, misilsiz bir cəsarət, əsl qəhrəmanlıqdır!

Əlbəttə ki, Şuşanın alınması düşmənin belini qırdı, bundan sonra düşmən praktiki olaraq təslim oldu".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1196   Tarix: 24 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?

Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy

11.11.2026 279
.

Adi su qan təzyiqini tənzimləyir - Siz də yoxlayın

Orqanizmdə su balansının qorunması ürək-damar sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Kifayət qədər maye qəbul etmək qan təzyiqinin sağlam səviyyədə saxlanmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər suyun dövr edən qanın həcmini qoruduğunu, normal qa

11.11.2026 200
.

Mavi balinadan daha uzun: Hind okeanında qeyri-adi nəhəng aşkar edildi

Hind okeanının dibində uzunluğu 120 metrə çata bilən qeyri-adi dəniz canlısı aşkarlanıb. Alimlərin fikrincə, bu canlı planetdə indiyədək qeydə alınmış ən uzun heyvan ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Kertvar" portalı məlumat yayıb. Söhbət sifonofor adlanan dəniz canlısından gedir

11.11.2026 162
.

Afrika İspaniya və Portuqaliyanı hərəkətə gətirir - Yer qabığında qeyri-adi dəyişiklik

İspaniya və Portuqaliyanın yerləşdiyi Pireney yarımadası Afrikanın tektonik plitəsinin təsiri ilə saat əqrəbi istiqamətində yavaş-yavaş fırlanır. Bu hərəkət ildə cəmi bir neçə millimetr təşkil etsə də, alimlərin fikrincə, regionun geoloji quruluşunda mühüm dəyişikliklərə səbəb olur. Qaynarinfo xəbə

11.11.2026 132
.

Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli

12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv

11.11.2026 283
.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

11.11.2026 296
.

Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək

"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər

11.11.2026 193
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11.11.2026 317
.

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11.11.2026 422
.