Müdafiə Nazirliyi vətəndaşın narazılığına münasibət bildirib
Müdafiə Nazirliyi vətəndaşın narazılığına münasibət bildirib.
Nazirlikdən BiG.AZ-a daxil olan məlumatda deyilir:
"Bəzi elektron KİV-lərdə vətəndaş Ağayev Rahib Savadxan oğlunun narazılığını əks etdirən videogörüntülər paylaşılıb. Bildiririk ki, vətəndaş Rahib Ağayev Baş Klinik Hospitalda müalicə olunmaq üçün Müdafiə Nazirliyinə müraciət edib. Vətəndaşın müraciətinə Müdafiə Nazirliyinin Tibb İdarəsində baxılmış və ona cari ilin fevral ayında müvafiq rəsmi cavab göndərilib.
Cavabda Müdafiə Nazirliyinin hərbi müalicə müəssisələrində hazırda həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların müayinə və müalicəsinin təmin edildiyi bildirilib. Hərbi xidmətdən tərxis olunan vətəndaşların isə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müalicə müəssisələrində ödənişsiz müalicə almaq hüququna malik olduğu qeyd edilib və vətəndaşın həmin qurumlara müraciət etməsi tövsiyə olunub".
"Rahib Ağayevin hərbi xidmətə yararlı olması ilə bağlı qərarla bağlı isə bildiririk ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin göndərişinə əsasən 23.04.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən "Hər iki gözün sadə miopik astiqmatizmi nəticəsində görmə itiliyinin azalması. İrsi hemoqlobinopatiya" diaqnozu ilə şəhadətləndirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"sinə uyğun olaraq, barəsində daxili orqanlarında funksiya pozulması olmadığından "Hərbi xidmətə yararlıdır" qərarı verilmişdir", - nazirliyin məlumatında qeyd edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1257 Tarix: 24 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKiçik biznesdən böyük iqtisadi gücə: Azərbaycan sahibkarının qarşısındakı yol
"Azərbaycan iqtisadiyyatının inkişafından danışanda adətən böyük layihələri, iri investisiyaları, sənaye müəssisələrini və dövlət proqramlarını ön plana çəkirik. Bu, təbiidir. Böyük layihələr yeni istehsal sahələrinin yaradılması, iqtisadi potensialın artırılması və ölkəyə investisiyaların cəl
10:32 151 Nyu-Delhidə bina çöküb, ölənlər var
Nyu-Delhidə (Hindistan) kollec və universitetlərin yaxınlığında yerləşən bina çöküb, azı altı nəfər ölüb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Nyu-Delhinin baş naziri Rexa Qupta bildirib. "Binanın zirzəmisində su yığılıb. Davam edən təmir işləri nəticəsində suyu
07.09.2026 244 "Ailənin təməli sevgi, divarları isə anlayışdır" - Təranə Paşayeva
Ailə haqqında danışarkən ilk ağla gələn sözlərdən biri sevgidir. Amma ailənin uzunömürlü, sağlam və mənəvi baxımdan dayanıqlı olması üçün təkcə sevgi kifayət etmir. Sevgi ailəni qurmağa səbəb ola bilər, anlayış isə onu qoruyan əsas dayaqlardan birinə çevrilir. İnsanlar bir-birini sevdikləri halda belə
10:35 156 Bakıda aylıq normanı aşan yağıntı qeydə alınıb - FAKTİKİ HAVA
Sentyabrın 8-i saat 9:00-a olan faktiki hava açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Bakıda və Abşeron yarımadasınd
10:20 149 Bakıda oyuncaq maşınla magistral yola çıxan şəxs cəzalandırıldı - Video
Bakıda elektrik mühərrikli oyuncaq avtomobillə əsas yolda şütüyən şəxs məsuliyyətə cəlb olunub. Axşam.az xəbər verir ki, həmin şəxsin görüntüləri sosial şəbəkələrdə yayılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, həmin şəxs məsuliyyətə cəlb edilib:. "Bakıda hərəkətin intensi
13:20 138 İranın dəstəklədiyi Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində onlarla insan yaralanıb
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməndə İran tərəfindən dəstəklənən Husi yaraqlılarının onlarla mülki şəxsin yaralanmasına və enerji obyektlərində yanğınlara səbəb olan hücumlarına qətiyyətli cavab verəcəyinə söz verir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanını
10:57 188 Nemo nöqtəsi: Yerin ən ucqar yeri haradır?
Cənub Sakit okeanında qurudan o qədər uzaq bir ərazi var ki, bəzən buraya ən yaxın insanlar Yer orbitində olan Beynəlxalq Kosmik Stansiyanın (BKS) astronavtları olur. Qaynarinfo xəbər verir ki, söhbət məşhur Nemo nöqtəsindən - okeanın əlçatmazlıq qütbündən gedir. "Mirror"un yazdığına görə
07.09.2026 252 Bakı ilk onluqda: Riyazi savadlılıq üzrə nəticələr AÇIQLANDI
"Bakı riyazi savadlılıq üzrə nəticələrdə bütün qiymətləndirmə dövrləri üzrə ən yüksək irəliləyiş göstərən 10 ölkə və region arasında yer alıb. Paytaxtın nəticəsi 2022-2025-ci illər ərzində 63 bal artıb". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramı
12:22 19 Bütün dövrlərin stil ikonası seçildi - Kimləri geridə qoydu? (SİYAHI)
Mərhum Britaniya şahzadəsi Diana yenidən ən nüfuzlu stil ikonlarının reytinqinə başçılıq edir. Ölümündən təxminən 30 il sonra o, Merilin Monro, Odri Hepbern, Beyons və digər əfsanəvi qadınları geridə qoyaraq modaya təsirinin hələ də azalmadığını nümayiş etdirib. Qaynarinfo xəbər verir ki, "Dail
07.09.2026 290