İqtisadi potensialı və beynəlxalq nüfuzu artan Azərbaycan

İqtisadi potensialı və beynəlxalq nüfuzu artan AzərbaycanAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 18 il ərzində müstəqilliyini yeni qazanmış dövlətimiz tarixinin ən qüdrətli ölkəsinə çevrildi, ən güclü inkişaf mərhələsinə yetişdi. Azərbaycanın sosial-iqtisadi inkişafı üçün misilsiz nailiyyətlərə imza atdı. Bütün mövcud resursları ən optimal qaydada ölkənin tərəqqisinə yönəldi. Azərbaycan başdan-başa abadlıq-quruculuq meydanına çevrildi. Prezident həyata keçrilən məqsədyönlü dövlət proqramları ilə bir sıra problemlərin qısa müddətdə həllinə nail oldu. Yeni yaradılan yüz minlərlə iş yeri ilə insanlarımızın işsizlik problemini aradan qaldırdı. Əhalinin maddi rifahı yaxşılaşdı, yaşayış səviyyəsi yüksəldi, yoxsulluq problemi minimal həddə düşdü.
Prezident İlham Əliyev Azərbaycanın sözün əsl mənasında həqiqi müstəqilliyini təmin etdi. Ölkənin sosial-iqtisadi cəhətdən kiminsə asılılığında olmasına imkan vermədi. Əksinə, Azərbaycanı ən önəmli, rəyi, mövqeyi ilə hamının hesablaşmağa məcbur qaldığı nüfuzlu ölkəyə çevirdi. Azərbaycan regionun lider dövləti kimi bölgədəki yeni reallıqların əsas müəllifi, iqtisadi-siyasi proseslərin başlıca iştirakçısı oldu. Ölkəmizin təşəbbüsü və yaxından iştirakı ilə həyata keçirilən qlobal enerji-kommunikasiya layihələri regionun geopolitik mənzərəsini yenidən müəyyənləşdirdi. Bu mənzərədə Azərbaycan qlobal inkişaf proseslərinin mərkəzindədir.
İşğalçılıq siyasəti üzündən getdikcə daha böyük problemlərlə üzləşən, əhalisinin böyük hissəsi ölkəni tərk etdiyindən demoqrafik böhran yaşayan Ermənistandan fərqli olaraq Azərbaycan bu illərdə dünyanın ən yüksək inkişaf dinamikasına malik ölkələrindən biri statusunu qazandı. Azərbaycan Prezidentinin məqsədyönlü siyasəti nəticəsində qazanılan nailiyyətlər ölkəmizə güclü bir ordu qurmaq imkanı yaratdı. Elə bir ordu ki Vətən müharibəsində tarix yazdı. Tətbiq etdiyi innovativ silahlar, döyüş metodları ilə XXI əsrin müharibəsini apardı və bu təcrübə indi dünyanın bir çox aparıcı hərbi məktəblərində öyrənilməkdədir.
Bütün bunların təzahürünü BMT-nin 76-cı sessiyasında cənab Prezident İlham Əliyevin çıxışında gördük. Azərbaycan Prezidenti 44 günlük müharibə ilə Cənubi Qafqazda vəziyyəti dəyişdiyi kimi, BMT arenasında da atmosferi dəyişib. Pandemiya, postpandemiya, artıq tarixə qovuşmuş hesab olunan Dağlıq Qarabağ münaqişəsi, düşmənin məkrli planları,Qarabağda bərpa və dirçəliş işləri kimi mövzulara toxunan ölkə başçısı dünya ictimaiyyətinə bir daha həqiqətləri çatdırdı.
30 il əvvəl Qarabağ münaqişəsi niyə başladı, Ermənistanın təcavüz siyasəti və illərlə dünyanı necə yalanların məngənəsində saxlaması,Ölkəmizin 30 illik mürəkkəb yolu hansı təmkinlə keçməsi, Ermənistanın sülh imkanlarını ən son xəttə qədər məhv etdiyini dəqiqliklə necə təyin etdik, dinc yolun bütün işartıları məhv olandan sonra öz ərazimizdə əks-hücum əməliyyatlarına necə başladıq, postmünaqişə dövrünün sülh quruculuğunun əsaslarını necə müəyyən etdik- bütün bunlar Prezident İlham Əliyevin BMT-yə təqdim etdiyi "münaqişə və postmünaqişə konsepsiyasının" əsaslarını təşkil edən istiqamətlərdir.
Azərbaycan indiyə qədər dövlət rəhbərliyimizin əzmkar siyasəti, düşünülmüş addımları sayəsində çox xəyalları reallaşdırmağa müvəffəq olub. İrəlidəki bir çox böyük perspektivlər də zaman-zaman gerçəkliyə çevriləcək və ölkəmiz dünyanın bugünü və gələcəyinə mühüm töhfələr verəcək.

Aysel Mənsimova YAP üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 626   Tarix: 25 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.