Ermənistan hakimiyyətinin "müstəqillik" şousu

Ermənistan hakimiyyətinin "müstəqillik" şousuBu il postsovet məkanına daxil olan ölkələrin əksəriyyəti sovet imperiyasından azad olmağın 30 illiyini qeyd edir. Və görünən odur ki, bir qisim bunu təntənə ilə qeyd edir, bir qisim də bu əlamətdar tarixin üstündən sükutla keçməyə çalışır. Bu 30 il bəziləri üçün əlamətdar olsa da, bir sıra dövlətlər sevinmək üçün bir əsas görmür. Sovet sisteminin çöküşü onlar üçün firavanlıq yox, torpaq itkisi, yüz minlərlə qurbanlar hesabına başa gəldi. Mənfur imperiya çöküşü ilə hələ də həllini tapmayan münaqişələr, qaçqın axını, yüz minlərlə qurbanlar gətirdi. Torpaqları işğalı altıda olan, ərazilərində qondarma qurumlar yaradılan dövlətlər, hələ də müstəqilliyin sevincini tam dada bilmir.

Mövzu ilə bağlı "Kaspi" qəzetində geniş yazı yayımlanıb.

Əminliklə demək olar ki, bu gün postsovet məkanına daxil olan ölkələrin sırasında müstəqil dövlət statusuna malik olan Azərbaycandır. 30 il ərzində torpağı işğal altında olsa da, heç bir beynəlxalq qurumdan asılılıq nümayiş etdirmədən öz siyasətini yürütdü. Müstəqil şəkildə beynəlxalq enerji, nəqliyyat layihələrini öz hesabına reallaşdırmağa müvəffəq oldu. Tək elə "Əsrin müqaviləsi" imzalananda, sənədə imza atanların tərkibi hər şeydən xəbər verir. Ardınca da saysız-hesabsız layihələr reallaşdırıldı. Bununla yanaşı, illər uzunu beynəlxalq hüquq normaları çərçivəsində həllə aparan yolla getdi və bu yolun mənasız olduğunu gördükdə torpaqlarını hərbi yolla azad etməyə üstünlük verdi. Cəmisi 44 gün çəkən İkinci Qarabağ müharibəsində özünün insani, maliyyə və hərbi potensialı ilə düşməni torpaqlarından qovmağa müvəffəq oldu. Təzyiq və hədələrə baxmayaraq, öz torpaqlarında suveren hüquqlarını bərpa etdi. Postsovet məkanında başqa belə bir nümunə ortada yoxdur.

Sovet rejiminin dağılması ərəfəsində Ermənistan əvvəlcə SSRİ, sonra da özünü onun varisi elan edən Rusiyanın köməyi ilə Azərbaycan torpaqlarını işğal edərək milyonlarla insanı ev-eşiyindən məhrum etdi. Lakin bu sevinc əbədi sürmədi. Xeyli ərazi tutmasına baxmayaraq, sahibi tərəfindən forpost dövlət elan olundu. 30 ildir bu damğa ilə də gəzir. İndi isə utanmadan özünü müstəqil dövlət kimi qələmə verməyə çalışır. 44 günlük müharibədə biabırçı məğlubiyyətə baxmayaraq, "müstəqillik günü" şousu düzəldir. Ən acınacaqlısı odur ki, ərazisində xarici ölkənin hərbi bazası olan, sərhədlərinin mühafizəsini öz əsgəri deyil, digər ölkənin qoruduğu Ermənistan indi təmtəraqla "müstəqillikdən" dəm vurur. Şübhəsiz ki, bu bayram tədbirlərini keçirməklə Ermənistan hakimiyyəti bir neçə hədəfə çatmağa çalışır. Ən əsası, xalqını məğlub sindromundan qurtarmağa cəhd göstərir. Erməni xalqını "heç nəyə qadir olmayan Ermənistan" damğasından azad etməyə çalışır. Lakin buna nail olacaqmı? Bax, bu, çətin görünür.

"Bayram" şousu ermənilərdə o qədər narazılıq doğurub ki, Nikol Paşinyan hətta jurnalistləri də tədbirlərə buraxmayıb. "Müstəqillik" bayramı keçirən baş nazir sərt etirazlarla üzləşib. Nikolun gəldiyi "Erablur" panteonuna jurnalistlərlə yanaşı vətəndaşları da buraxmayıblar. Baş nazir yaxşı bilirdi ki, həmin insanlar mərasim zamanı ondan ölən övladlarının, yaxınlarının hesabatını tələb edəcək. Etiraz və narazılıqları görən baş nazir yalnız klassik musiqilərin səslənmsi ilə kifayətlənib.

Görünən odur ki, 44 günlük müharibə və onun nəticələri erməni cəmiyyətini elə bir duruma salıb ki, bundan qurtulmağa onilliklər gərək olacaq. Bu müharibə "məğlubedilməz erməni" obrazını alt-üst etmiş olub. Bunun nəticəsidir ki, ermənilər kin və küdurətini baş nazirin üstünə tökürlər. "Müstəqillik" sözü gələndə belə bundan iyrənirlər. "Heç bir şəkildə təbrik etmirəm. Bizim dövlətimiz yoxdur. Müstəqilliyimiz yoxdur. Şərəfimiz yoxdur. 5000 adamımız yoxdur. Əsirlərimiz haradadır? İtkin düşənlər haradadır?" Bu sözlər sıravi bir vətəndaşa deyil, Ermənistan Respublikaçılar partiyasının rəsmisi Armen Aşotyana məxsusdur. O qeyd edib ki, yalnız itirilmiş ləyaqətin xəyal ağrıları var: "Bu, Müstəqillik Günü deyil, ölüxana günüdür". Bir vaxtlar özünü az qala "erməni Napoleonu" kimi qələmə verən Xocalı cəlladı, uşaq qatili Seyran Ohanyanın dilindən səslənən fikirlər daha maraqlıdır. "Ölkənin suverenliyi ilk növbədə sahib olduğu ərazi, əhalisi, iqtisadiyyatı ilə ifadə olunur, həmin ərazinin, sərhəd təhlükəsizliyi və ərazi bütövlüyünün sahibi olmalısan". Onun sözlərinə görə, bu gün suverenlikdən danışmaq çox çətindir.

Ən çox da övladları müharibədə məhv edilən erməni anaları qəzəblidir. Onlar bəyan edir ki, analar yas içindədir, övladlarının ili hələ çıxmayıb. "Bunun zamanı deyil, indi biz azad vətənə malik deyilik, biz müxtəlif ölkələrdən asılıyıq. Şeytanlar insanların yasına şadyanalıq edirlər. Nikol bu bayramla uşaqlarımızın tökülmüş qanını unutdurmaq istəyir", - deyə əsgər anası bildirib. "2018-ci ildən sonra ikinci dəfə qərar verdik ki, bizə nə müstəqillik, nə də ölkəmizi "izqoy" statusundan çıxarmaq lazım deyil". Bunu da ictimai xadim Diana Vasilyan yazıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1233   Tarix: 26 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11.11.2026 328
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

11.11.2026 302
.

ABŞ tarixində ilk müsəlman senator: Bu, hansı dəyişikliklərin göstəricisidir?

ABŞ-da keçirilən aralıq seçkilərinin diqqətçəkən nəticələrindən biri Abdul El-Sayedin Miçiqan ştatından Senata seçilməsi olub. 42 yaşlı Demokratlar Partiyasının nümayəndəsi Respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək ABŞ tarixində senator seçilən ilk müsəlman olub. Ümumiyyətlə, son illərdə ABŞ v

11.11.2026 284
.

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v

11.11.2026 408
.

Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"

Bəşəriyyət xüsusən də həddindən artıq istehlaka meyillilik səbəbindən tarixinin ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını

11.11.2026 160
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11.11.2026 254
.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

11.11.2026 293
.

Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir

Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric

11.11.2026 186
.

Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir

Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin

11.11.2026 291
.