Məktəblərdə baş verən silahlı basqınlarla internetin əlaqəsi açıqlanıb
"Məktəblərdə həyata keçirilən silahlı basqınlara internetin destruktiv təsiri böyükdür". Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Perm Universitetində baş verən qanlı faciə haqqından danışarkən bildirib.
"İnternetin dağıdıcı təsiri tələbənin öz oxuduğu universitetdə qırğın törətdiyi Perm hadisi kimi faciələrə gətirir", - deyə o, bildirib.
Onun fikrincə, bu və digər bənzər halların əsas səbəbləri yeniyetmələrin kifayət qədər təlim və tərbiyə ala bilməməsi ilə əlaqədardır.
"İnternet, televiziya, sosial şəbəkələr zorakılığı, həmyaşıdlarının problemlərinə biganə qalmağı, əxlaqsızlığı inkişaf etdirən tərbiyə mənbəyinə çevrildi. Uşaqlar internetdən çıxarılmalıdır", - deyə İK rəhbəri bildirib.
"Yeniyetmələrin internetdən aldıqları destruktiv məlumatlar uşaqların zehnində zorakılığın təbii və normal hala gəlməsinə gətirib çıxarır. Həmçinin onlar hücum edənlərin mediada və sosial şəbəkələrdə qəhrəmana çevrildiyini görürlər. Bu böyük bir təhlükədir", - deyə o, əlavə edib.
Bastrıkin hesab edir ki, yeniyetmələr, problemlərini düşmənləri zərərsizləşdirməklə həll edən kompyuter oyunları qəhrəmanlarından nümunə götürürlər:
"İndi isə sosial şəbəkərdə neqativ kontentlər dəbə minib. Mənfəət və şöhrət dalınca qaçan bloqerlər insanlara qarşı zorakılıqla bağlı videolar hazırlayır, hüquqazid hərəkətlər edirlər".
İK rəhbəri belə paylaşımların milyonlarla gəncə pis nümunə olduğunu vurğulayıb:
"Bütün bunları seyr edən yeniyetmələrdə hansı dəyərlər formalaşa bilər? Cavab aydındır. Çox vaxt mahiyyəti ictimaiyyəti qəzəbləndirən müəyyən filmlər və ya sərgilərlə bağlı xəbərləri oxuyanda da onlara diqqət yetirməyi, öyrənməyi tapşırıram, axı söhbət dəyərlərimizdən gedir, onları itirsək, insanlığımızı itirərik", - deyə Bastrıkin bildirib.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1517 Tarix: 26 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı
Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis
11.11.2026 328 İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi
8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind
11.11.2026 302 ABŞ tarixində ilk müsəlman senator: Bu, hansı dəyişikliklərin göstəricisidir?
ABŞ-da keçirilən aralıq seçkilərinin diqqətçəkən nəticələrindən biri Abdul El-Sayedin Miçiqan ştatından Senata seçilməsi olub. 42 yaşlı Demokratlar Partiyasının nümayəndəsi Respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək ABŞ tarixində senator seçilən ilk müsəlman olub. Ümumiyyətlə, son illərdə ABŞ v
11.11.2026 284 Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v
11.11.2026 408 Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
Bəşəriyyət xüsusən də həddindən artıq istehlaka meyillilik səbəbindən tarixinin ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını
11.11.2026 160 TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib
Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir
11.11.2026 254 Sabah 16° isti olacaq
Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ
11.11.2026 293 Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir
Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric
11.11.2026 186 Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir
Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin
11.11.2026 291