Dünya bazarında neft qiymətlərinin artmasının hansı riskləri var?

Dünya bazarında neft qiymətlərinin artmasının hansı riskləri var?Hər dəfə neft qiymətlərini izləyir, artan qiymətlərlə rastlaşdıqda pozitivə köklənirik. Düşünürük ki, neftin qiyməti nə qədər yüksək olarsa, iqtisadiyyatımız da bir o qədər çiçəklənər. Mütəxəssislər isə tamamilə başqa fikirdədir. "Artıq içiləndə dərd verir su da" deyimini əsas götürərək neftin də yüksək qiymətlərinin riskləri olduğunu vurğulayırlar. Bəs istehsalçı və istehlakçı üçün ideal qiymət necədir? Ümumiyyətlə, neftin yüksək qiymətinin yaratdığı risklər nədir?

Mövzu ilə bağlı "Kaspi" qəzetində araşdırma yazı yayımlanıb.

Neft maqnatı Vahid Ələkbərov deyir ki, neft qiymətlərinin 65-75 dollar səviyyəsində olması istehsalçılar və istehlakçılar üçün çox rahatdır. Onun sözlərinə görə, yüksək neft qiymətləri bazarda təhlükəlidir: "Neft qiymətlərini yenidən 100 dollardan yüksək görmək istəməzdik. Bu, aşağı rentabelli kiçik effektli layihələrə investisiyaları stimullaşdıra, daha sonra keçdiyimiz hər şeydən yenidən keçməyimizə şərait yarada bilər".

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyir ki, neft qiymətləri tələb, təklif balansı və maliyyə bazarlarındakı vəziyyətdən asılıdır: "Əgər bazarlarda tələbatdan artıq neft olarsa, o zaman neft qiymətləri aşağı yuvarlanır. Yaxud əksinə, tələbatdan az neft olarsa, təbii ki, neft qiymətlərində artım müşahidə olunur".

Ekspertin sözlərinə görə, qiymətlər 68-75 dollar civarında tənzimlənməlidir: "2014-cü ildən sonra neft qiymətlərində sürətli enmənin baş verməsi və bazarlarda qeyri-müəyyənliyin davam etməsi qarşıdakı illərdə də neftin qiymətinin üçrəqəmli ifadəsini sual altına aldı. İndiki neft bazarları idarə olunan bazarlardır. OPEK və müttəfiq dövlətlər də bazarda süni şəkildə tələb-təklif balansını nizamlamağa çalışır, neftin ağırlıq mərkəzinin qarşısını almaq üçün addımlar atırlar. Neftin qiyməti 68-75 dollar civarında tənzimlənməlidir".

Ekspert deyir ki, neftin bahalaşmasında OPEK və müttəfiq dövlətlər də maraqlı deyil: "Çünki süni qiymət artımları kövrək fiziki bazarları təhdid altına ala, hazırda bərpa prosesi gedən iqtisadiyyatda inflyasiya risklərini artıra bilər. Hesab edirəm ki, neft qiymətləri ən yaxşı halda 68-75 dollar olmalıdır. Digər alternativ yoxdur. Çünki yüksək neft qiymətlərinə neft bazarları hələ hazır deyil. Kövrək fiziki bazarlar qiymət artımını qəbul etməyəcək".

Həmsöhbətimiz vurğulayır ki, qiymət həm istehlakçını, həm də istehsalçını təmin etməlidir: "Bu ilin əvvəlindən başlayaraq neft qiymətlərində artımlar müşahidə olundu. Ötən il bu vaxt "Brent" markalı neftin qiyməti 42 dollar idi, bu gün 72 dollardır. Keçən ilin analoji dövrü ilə müqayisədə neft bazarlarında kifayət qədər artım var. Hazırkı qiymət normaldır. Baxın, həm neft qiymətləri, həm də təbii qaz qiymətləri artır. Bu artım Avropadan Asiyaya qədər bütün istehsalçıları düşündürən məsələdir. Bir neçə gün öncə yüksək qaz qiymətləri ilə bağlı Çində keramika zavodları öz istehsal güclərini aşağı saldılar. Fransada bir sıra şirniyyat fabrikləri öz fəaliyyətlərinə dəyişiklik etdilər. Bu, normal istehsalı təhdid altına alan faktordur. Buna görə də, bütün dünya artıma getməməlidir. Təbii ki, neft istehsal edən dövlətlər çalışırlar ki, bazarda qiymətlər yüksək olsun. Amma istehlakçılar da uyğun qiymətə almaq istəyirlər. Bunun üçün bazarda tələb-təklif balansı müəyyən edilməli və təmin edilməlidir".

Ekspert deyir ki, hazırda neft məhsullarına olan tələbat əvvəlki illərlə müqayisədə kifayət qədər aşağıdır: "Asiya, Avropa, Amerika bazarlarında mövcud neft emalı zavodlarının gündəlik xammalla yüklənməsi 92-93 faizi hələ keçməyib. Çində avqust ayında müstəqil neft emalı zavodlarının gündəlik xammalla yüklənməsi 65-67 faiz arasında dəyişirdi. Avropada isə bu rəqəm 75 faizi keçməyib. Bu da, əsasən, karantin tədbirləri səbəbindən dövlətlərin yeritdiyi siyasətlə bağlıdır. Xüsusilə, 2020-ci ildən başlayaraq dövlətlərarası hava nəqliyyat əlaqələrinin minimuma endirilməsi bu qiymətə təsir edir. Analitiklər iddia edirdilər ki, ilin sonuna qədər neftin qiyməti 80 dolları keçəcək, hətta 100 dollardan danışanlar var idi. Amma əslində belə deyildi. Biz ilin əvvəlindən deyirdik ki, neftin qiymətləri heç vaxt ilin sonuna kimi 80-100 dollara çata bilməz. Çünki hazırda neft məhsullarına olan tələbat əvvəlki illərlə müqayisədə kifayət qədər aşağıdır. Əgər pandemiyadan əvvəl dünya üzrə gündəlik aviasiya yanacağına olan tələbat 7,7 milyon barrel idisə, indi bu 4,5-4,6 milyon barrelə düşüb. Belə bir qeyri-müəyyən vəziyyətdə neft məhsullarının yüksək qiymətlərindən danışmaq tezdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 553   Tarix: 26 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.