Ermənistan MN öz xalqını "ordumuz" var deyə aldadır: Növbəti dəfə ifşa olundular - FOTO

Ermənistan MN öz xalqını "ordumuz" var deyə aldadır: Növbəti dəfə ifşa olundular - FOTOErmənistanda keçirilmiş hərbi təlimlər zamanı çəkilmiş foto sosial şəbəkənin erməni seqmentində rezonans doğurub.

Belə ki, qəzəbli ermənilər Müdafiə Nazirliyinin ünvanına sərt tənqidlər səsləndiriblər.

Fotoda hər zaman olduğu kimi bütün fiziki parametrləri ilə döyüşçüdən başqa hər şeyə bənzədə biləcəyimiz bir erməni hərbçisi guya təlimlərin hansısa mərhələsi barədə kompüterdə hansısa işlə məşğul olur. Lakin erməniləri qəzəbləndirən heç də bu "döyüşçü"nün zahiri görkəmi olmayıb. Yəqin ki, öz ordularındakı acınacaqlı "döyüş hazırlığı"ndan onsuz da xəbərdardılar. Biz fotolarda görsək də, onlar öz "adamyeyən" yekəqarın hərbçilərini də, real döyüşlərdə sadəcə qaçışları ilə yadda qalan əsgərlərini də daha yaxşı tanıyırlar.

Qəzəb və nifrət dalğasına səbəb olan fotonun sadəcə "görüntü" naminə çəkilməsi olub. Çünki fotodakı hərbçi kompüterdə "maus"la işləyirmiş kimi görünsə də, fotoya diqqət yetirdikdə onun kompüterə qoşulmadığı aydın şəkildə görünür.

Kiçik bir məqam kimi görünsə də, bu hal Müdafiə Nazirliyinin həyasızcasına öz xalqını aldatmasını, onun gözünü boyamaq naminə min bir oyundan çıxmasını sübuta yetirib. Çünki bu qurum onsuz da hələ müharibə dövründə saxta məlumatlarla erməniləri ələ salıb.

Yəqin ki, hər birimiz "taktiki olaraq geri çəkilmə" yalanının banisi Artsrun Ovannisyanı da yaxşı xatırlayırıq. Görünür ermənilər də Ovannisyanı unutmadıqları üçün artıq Müdafiə Nazirliyinin oyuncağına çevrilməyi həzm edə bilmirlər.

Döyüş meydanında rüsvayçı məğlubiyyətə düçar olan, hazırda isə hər vəchlə sadəcə "varlığını" sübuta yetirməyə çalışan Ermənistan MN-in bu cəhdlərinin məhz ermənilərin özləri tərəfindən ifşa olunması isə ölkədəki durumu daha acınacaqlı edir. Bu vəziyyət yalnız ortada "Ermənistan ordusu" deyə bir şeyin olmadığını sübuta yetirir. Şübhəsiz ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi mövcud həqiqəti dərk etməyəcəyi halda Ermənistan Müdafiə Nazirliyi bunun əksini iddia etməyə çalışdığı hər addımında məhz bu cür rüsvayçılığa düçar olacaq. Erməni xalqı isə kompüterə qoşulmayan "maus"la döyüşə hazırlaşan hərbçilərdən mədət umacaq...(oxu.az)

Ermənistan MN öz xalqını "ordumuz" var deyə aldadır: Növbəti dəfə ifşa olundular - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 996   Tarix: 26 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nikol Paşinyan Rusiyaya ixrac məhdudiyyətlərinə aydınlıq gətirdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin məhsullarının Rusiyaya ixracına tətbiq edilən məhdudiyyətlərlə bağlı danışıb. xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Paşinyan bildirib ki, mövcud vəziyyət sanksiyalarla əlaqəli deyil və bu ifadənin işlədilməsi yersizdir. "Heç bir sanksiy

11:41 194
.

Dəniz duzunun adi duzdan daha xeyirli olmasının SƏBƏBİ

Duz mətbəxdə ən çox istifadə olunan məhsullardan biridir. Lakin onun müxtəlif növləri var və onlar həm əldə edilmə üsulu, həm tərkibi, həm də dadı baxımından bir-birindən fərqlənir. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər dəniz duzu ilə adi xörək duzu arasındakı əsas fərqləri izah ediblər

29.06.2026 365
.

İsrailə qarşı kiberhücumlar kəskin artıb: Təl-Əviv Tehranı ittiham etdi

"Bu il İranın İsrailə qarşı kiberhücumlarının sayı kəskin artıb". xəbər verir ki, bu barədə "Reuters" agentliyi yüksək rütbəli İsrail təhlükəsizlik rəsmisinə istinadən məlumat yayıb. İsrailin Milli Kibertəhlükəsizlik İdarəsinin baş direktoru Yossi Karadi bildirib ki, 2025-ci ili

29.06.2026 305
.

Rusiyanın Krasnoyarsk diyarında meşə yanğınları davam edir: 253 mindən çox hektar ərazi alov içindədir

Rusiyanın Krasnoyarsk diyarı ərazisində genişmiqyaslı meşə yanğınları hələ də davam edir. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, rəsmi məlumata görə, hazırda bölgədə ümumi sahəsi 253 min hektardan çox olan 164 aktiv meşə yanğını qeydə alınıb. Bildirilib ki, son 24 saat ərzində yanğınların əhat

12:21 188
.

NBC ilə Sky telekanalları ayrılır

ABŞ-ın Comcast şirkəti media biznesində böyük restrukturizasiya aparacağını açıqlayıb. Şirkət NBCUniversal və Sky aktivlərini ayrıca, müstəqil ictimai şirkətə ayıracaq. Bununla da Comcast-ın media və əyləncə biznesi internet və telekommunikasiya fəaliyyətindən ayrılacaq. BİG.AZ Associated Press-ə istinadə

11:08 168
.

Azərbaycanda ilk dəfə "Biznesin Ritmi" konseptli Comelson Networking Festivalı keçirilib

2026-cı il iyunun 27-də Omar Atçılıq Mərkəzində ölkədə ilk dəfə "Biznesin Ritmi" konsepti əsasında Comelson Networking Festivalı təşkil olunub. xəbər verir ki, festivalın əsas məqsədi sahibkarları, şirkət rəhbərlərini, investorları, dövlət və özəl sektor nümayəndələrini, eləcə də müxtəlif sahələ

14:09 159
.

7 marşrutun hərəkət sxemi dəyişdirilir

Paytaxtın Hüseyn Cavid prospektində (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək) və Ayna Sultanova küçəsində (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək) aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir. Bu barəd

16:14 81
.

Ermənistanın AİB-də iştirakının dayandırılmasının nəticələri qiymətləndiriləcək

Ekspert komissiyası Ermənistanın Avrasiya İqtisadi Birliyi-də üzvlüyünün dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabat hazırlayır. xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI-yə verdiyi müsahibədə Yerevanın AİB-dəki statusunun dəyişdirilməsinin mümkün nəticələrin

11:33 178
.

İyulun ilk günü yağış yağacaq

Bakıda və Abşeron yarımadasında iyulun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanı

12:51 228
.

TOP MP3