Dünya mətbuatı Azərbaycan Ordusunun Qələbəsini işıqlandırır

Dünya mətbuatı Azərbaycan Ordusunun Qələbəsini işıqlandırırSentyabr ayının 24–də Rusiya Federasiyasının nüfuzlu "Nasionalnaya oborona" jurnalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin jurnalın baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko ilə müsahibəsi çap edilib. Bu müsahibə nəinki Pusiya, eləcə də dünyanın bir sıra ölkələrinin mətbuatında geniş şəkildə işıqlandırılıb, bütün aparıcı mətbuat orqanları Azərbaycan Liderinin müsahibəsindən mühüm məqamları ön səhifələrə çıxarıblar. Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsinin gedişinin, aparılan danışıqların, üçtərəfli Bəyanatın imzalanmasının detalları, azad olunmuş ərazilərdə quruculuq işləri barədə fikirləri rusiyalı və xarici ölkələrin rusdilli oxucularına təqdim olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya jurnalına verdiyi müsahibədə əsas tezislər bundan ibarətdir ki, Azərbaycan müharibədə çox böyük qələbə qazandı, işğalçını cəzalandırdı, işğalçı böyük itgilər verdi və yenə də əgər təxribat haqqında düşünərlərsə, Azərbaycan "Dəmir Yumruq" əməliyyatını dayandığı yerdən davam etdirməyə hazırdır.
Müsahibəsində cənab Prezidentin Ermənistana başqa ismarıcları da açıqladı. Bu da ondan ibarət idi ki, əsas şərtlərimiz bəllidir, sülh danışıqları başlamalı, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sərhədlərin müəyyənləşməsi istiqamətində danışıqlar başlamalı və Zəngəzur dəhlizi açılmalıdır. Hansı ki, bunlar edilməsə yenə də Ermənistanın vəziyyəti ağır olacaq, müharibə riski bölgədə yenə də artacaqdır.
Ölkə başçısı cənab İlham Əliyev müsahibəsində qeyd etmişdir ki, 44 gün ərzində Azərbaycan Ordusu dayanmadan ancaq irəlilədi. Ilk gün qazanılan uğurlardan sonra ordumuz yalnız irəli getdi. Müharibə günlərində qəbul olunan çevik qərarlar və peşəkar komandanlıq sayəsində Azərbaycan Ordusunun zərbə və hücumları Ermənistan tərəfi üçün əksər hallarda gözlənilməz idi. Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə birgə hər gün müşavirələr keçirilir, birgə qərarlar qəbul edilirdi.
Müharibənin ilk günlərində əldə olunan uğurlar Qələbənin yaxınlaşdırılması və Orduda yüksək döyüş ruhunun qorunmasında mühüm rol oynamışdı. Önəmli mərhələlərdən biri düşmənin təqribən 30 il ərzində möhkəmləndirdiyi birinci müdafiə xəttinin yarıldığı ilk gün oldu. Bu, həm hərbi əməliyyatların aparılması, həm də silahlı qüvvələrin ruh yüksəkliyi baxımından çox mühüm rol oynadı.
Cənab Prezident müharibənin gedişində bir neçə uğurlu əməliyyatı xüsusi qeyr etdi. Düşmənin gözləmədiyi Hadrut əməliyyatı, daha sonra Cəbrayıl şəhərinin, oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi mühüm mərhələ idi. Çünki bu, Qarabağ regionunda əhalisinin sayına görə Ağdamdan sonra ikinci böyük şəhərdir. Soltanlı və Əmirvarlı yaşayış məntəqələrinin alınması da qeyd olunmalıdır. Zəngilan şəhərinin alınması, Qubadlının azad edilməsi və Laçın rayonunun cənubuna çıxmağımız da xüsusi qeyd edilməlidir. Əlbəttə, bizim qələbəmizin zirvəsi Şuşa əməliyyatı idi. Şuşanın alınması düşmənin belini qırdı və bundan sonra düşmən praktiki olaraq təslim oldu.
Ölkə başçısı İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatlarının qələbədəki rolunu xüsusi qeyd etmişdir. Bu aparatlar ilk olaraq 2016-cı ilin aprelində qısamüddətli döyüş əməliyyatları zamanı tətbiq edildi. Daha sonra Azərbaycan İsraildə istehsal edilmiş "Sky Striker", "Orbiter" PUA-ları da almışdır. Daha sonra Türkiyədən "Bayraktar TB2"lər alındı. Bu da döyüşlərdə ən geniş və uğurla istifadə edilən PUA-lar oldu və Erməni ordusunun kabusuna çevrildilər. 10 noyabr tarixində imzalanmış Bəyanat 44 günlük müharibəyə son qoyaraq Azərbaycanın Şanlı Qələbəsini rəsmiləşdirdi.
Prezident İlham Əliyev müsahibəsində bildirmişdir: "Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram".
Azərbaycan Prezidenti cənab İlham Əliyev müsahibədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin münaqişənin həllində fəal rolunu yüksək qiymətləndirib. Azərbaycan Liderinin iki prezident arasında çox böyük etimada əsaslanan münasibətlərin olması barədə söylədiklərini gündəmə gətirən Rusiya KİV-ləri oxucularının diqqətini Prezident İlham Əliyevin "siyasətçilər arasında, xüsusən qonşu ölkələrin siyasətçiləri arasında bir-birinə bu cür etimadın olması çox vacibdir. Bizim aramızda məhz bu cür münasibətlər mövcuddur. Bir də, əlbəttə, dərin qarşılıqlı hörmət hissi. Bizim məqsədlərimiz tamamilə üst-üstə düşür" fikirlərinə cəlb edib.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Dünya mətbuatı Azərbaycan Ordusunun Qələbəsini işıqlandırır


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 693   Tarix: 26 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadə

10:00 125
.

Nemo nöqtəsi: Yerin ən ucqar yeri haradır?

Cənub Sakit okeanında qurudan o qədər uzaq bir ərazi var ki, bəzən buraya ən yaxın insanlar Yer orbitində olan Beynəlxalq Kosmik Stansiyanın (BKS) astronavtları olur. Qaynarinfo xəbər verir ki, söhbət məşhur Nemo nöqtəsindən - okeanın əlçatmazlıq qütbündən gedir. "Mirror"un yazdığına görə

07.09.2026 244
.

"Qalatasaray"ın keçmiş oyunçusu Braziliyada yeni klub tapdı

Mərakeşli yarımmüdafiəçi Avropa futbolundan ayrılır və tezliklə Braziliya klublarından birinə qoşulacaq. -ın xarici mediaya istinadən xəbərinə görə, "Vidad"ın yarımmüdafiəçisi Hakim Ziyeş Braziliyaya gedəcək. 33 yaşlı mərakeşli ötən yay azad agent olub. Nəticədə, "Botafogo" oyunçun

07.09.2026 230
.

Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib

Bakcell Peerstack Academy tələbələri üçün süni intellekt üzrə hakaton keçirib. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli çatbot hazırlayıblar. Komandalar süni intellekt alətləri, düzgün sorğu hazırlama və proqramlaşdırmadan istifadə edərək ideyalarını rea

11:44 100
.

Kiçik biznesdən böyük iqtisadi gücə: Azərbaycan sahibkarının qarşısındakı yol

"Azərbaycan iqtisadiyyatının inkişafından danışanda adətən böyük layihələri, iri investisiyaları, sənaye müəssisələrini və dövlət proqramlarını ön plana çəkirik. Bu, təbiidir. Böyük layihələr yeni istehsal sahələrinin yaradılması, iqtisadi potensialın artırılması və ölkəyə investisiyaların cəl

10:32 124
.

Bakıda yeni tikilən binada yanğın - Fotolar

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. "Qafqazinfo" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələr

07.09.2026 267
.

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır. 1 unsiya qızılın qiyməti 7 605,49 manat təşkil edi

07.09.2026 231
.

İlham Mirzəyevin vəziyyəti ağırdır

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten

07.09.2026 506
.

Qubada kanaldan meyit tapıldı

Quba rayonunun Gədikqışlaq kəndi ərazisində kanaldan meyit tapılıb. -ın məlumatına görə, meyiti tapılan şəxsin Xaçmaz rayon sakini 58 yaşlı Marina Bağırova olduğu bildirilir. Hadisənin təfərrüatları araşdırılır./APA

07.09.2026 247
.