İstanbulda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib – FOTO

İstanbulda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib – FOTOAzərbaycanın 44 günlük Vətən müharibəsinin başlamasının ildönümü münasibətilə Türkiyənin İstanbul şəhərində şəhidlərin anım tədbiri keçirilib.

Azərbaycan Respublikası Gənclər Fondu və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində əvvəlcə İstanbulun tarixi Ayasofya məscidində şəhidlərin ruhuna sübh namazı qılınıb.

Sonra Ayasofya qarşısında şəhərdə fəaliyyət göstərən yerli və xarici media qurumlarına Türkiyə gəncləri adından bəyanat səsləndirilib.

Bəyanatda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilən şanlı Qarabağ Zəfəri qızıl hərflərlə tarixə yazılarkən, Türkiyənin yenə də qardaşının yanında olduğu xatırladılıb.

Bildirilib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Qarabağ müharibəsinin qısa zaman ərzində Azərbaycanın leyhinə biltməsinin əsas səbəbi ölkə Prezidenti İlham Əliyevin qətiyyəti olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin ilk günlərindən ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu və qardaşının heç vaxt tək olmadığını söyləyib.

Türkiyə və Azərbaycan qardaşlığı tarix boyunca ən çətin dövrlərdən keçib. 103 il əvvəl, 1918-ci ildə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Azərbaycan üçün əhəmiyyətli dönüş nöqtələrindən biri olan Bakını işğaldan azad edib. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin dediyi kimi, "Türk ordusunun Bakıya gəlişi və şəhərin erməni quldur dəstələrinin hücumlarından xilas olması hər bir azərbaycanlının qəlbində yaşayır. Bu çətin dövrdə Azərbaycan türk xalqının köməyini heç vaxt unutmayacaq".

Bu tarixi bağın davamı olaraq Azərbaycan və Türkiyə Prezidentləri bir-birinə "qardaş" deyir, ay-ulduzlu bayraqlarımız bir yerdə dalğalanır. Bu isə dostlarımız üçün qürur, düşmənlərimiz üçün isə ən açıq qorxudur. Vətən müharibəsində əldə olunan qələbə regiondakı güc balansının dəyişməsinə səbəb olsa da, bu, Azərbaycan və Türkiyə arasında yeni birlik və həmrəyliyin növbəti nümunəsi olaraq tarixə düşüb.(oxu.az)

İstanbulda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib – FOTOİstanbulda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib – FOTOİstanbulda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib – FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 602   Tarix: 26 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11.11.2026 328
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

11.11.2026 302
.

ABŞ tarixində ilk müsəlman senator: Bu, hansı dəyişikliklərin göstəricisidir?

ABŞ-da keçirilən aralıq seçkilərinin diqqətçəkən nəticələrindən biri Abdul El-Sayedin Miçiqan ştatından Senata seçilməsi olub. 42 yaşlı Demokratlar Partiyasının nümayəndəsi Respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək ABŞ tarixində senator seçilən ilk müsəlman olub. Ümumiyyətlə, son illərdə ABŞ v

11.11.2026 284
.

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v

11.11.2026 408
.

Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"

Bəşəriyyət xüsusən də həddindən artıq istehlaka meyillilik səbəbindən tarixinin ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını

11.11.2026 160
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11.11.2026 254
.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

11.11.2026 293
.

Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir

Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric

11.11.2026 186
.

Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir

Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin

11.11.2026 291
.