Amin Musayevə avtomobil verildi – FOTO
27 sentyabr – Anım günündə Vətən müharibəsində 44 gün ərzində aparılmış uğurlu hərbi əməliyyatların iştirakçılarına – qazilərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 44 avtomobil təqdim edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərindən bəhs olunub və bildirilib ki, bu kateqoriyadan olan vətəndaşların rifah halının yaxşılaşdırılması Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ana xəttini təşkil edir.
Vətən müharibəsindən sonra şəhid ailələrinə və müharibə əlillərinə yönələn sosial ödənişlər növbəti dəfə olmaqla 2021-ci ilin əvvəlindən ciddi şəkildə artırılıb, həmçinin Vətən Müharibəsi Qəhrəmanları üçün aylıq təqaüd təsis olunub. Eyni zamanda, şəhid ailələri və qazilərimizlə bağlı geniş sosial dəstək paketi icra olunur.
Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələri və müharibə əlillərinə mərhələli şəkildə 11 min mənzil və fərdi ev verilməsinin nəzərdə tutulduğu qeyd edilib.
Bildirilib ki, o cümlədən 2021-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə 3 minədək mənzil və fərdi evin verilməsi işləri aparılır. 2021-ci il üzrə artıq 1600 mənzil verilib. Cənab Prezidentin 25 avqust 2021-ci il tarixli Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə də mənzillər verilir.
Avtomobillə təmin olunan vətəndaşlar Prezident İlham Əliyevin şəhid ailələrinə, müharibə əlillərinə xüsusi diqqət və qayğısından razılıqlarını qeyd edərək, həmişə dəstəklə əhatə olunduqlarına, bu gün avtomobillə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, qazilər arasında əsirlikdən azad olan Amin Musyev də var.











BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4906 Tarix: 27 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə məsələ Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-ü keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilə
07.09.2026 250 Xırdalanda Mədəniyyət evinin yaxınlığında yanğın başlayıb - VİDEO
Xırdalanda Mədəniyyət evinin yaxınlığında yanğın başlayıb. -ın məlumatına görə, yanğının güclü külək səbəbindən genişləndiyi bildirilir. Yanğının ərazidə hansı səbəbdən baş verdiyi və xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur
07.09.2026 252 Bakıda aylıq normanı aşan yağıntı qeydə alınıb - FAKTİKİ HAVA
Sentyabrın 8-i saat 9:00-a olan faktiki hava açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Bakıda və Abşeron yarımadasınd
10:20 79 Uşaqları internetin görünməz təhlükələrindən necə qorumalı?
Müasir dövrdə internet uşaq üçün artıq seçim deyil, həyatın ayrılmaz hissəsidir. Lakin rəqəmsal mühit fiziki parklar və oyun meydançaları kimi təhlükəsiz deyil. Bəs valideynlər övladlarını bu görünməz təhlükələrdən necə qoruya bilərlər?. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən Azərbaycan Kibertəhlükəsizli
10:54 58 "Uşağı dərsə məcbur etmək yox, öyrənməyə həvəsləndirmək lazımdır" - Təranə Paşayeva ilə MÜSAHİBƏ
Psixoloq Təranə Paşayeva: "Uşağın təhsilə marağı qiymətdən daha böyük məqsəddir". Yeni tədris ili ilə birlikdə valideynləri düşündürən əsas məsələlərdən biri uşaqların dərsə və ümumilikdə təhsilə marağının necə artırılmasıdır. Bəzi ailələrdə uşağın yüksək nəticə göstərməsi üçün ciddi nəzarə
07.09.2026 217 Müasir insan niyə daim TƏLƏSİR ? - AÇIQLAMA
Müasir insanın həyatı texnologiyanın inkişafı ilə asanlaşsa da, paradoksal olaraq vaxt çatışmazlığı hissi daha da artıb. İnsanlar səhərdən axşama qədər işə, mesajlara, sosial şəbəkələrə, görüşlərə və gündəlik öhdəliklərə çatmağa çalışır. Bəs bizi daim tələsdirən nədir? Sürətli həyatın görünməyən yükündə
07.09.2026 268 Rusiya ilə Ermənistan arasında gərginlik dərinləşir - Ekspertdən Paşinyanla bağlı açıqlama
Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Aleksandr Kamkin Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətləri pozmaq üçün əlindən gələni etdiyini bildirib. xəbər verir ki, -ya açıqlama verən Kamkin Rusiya-Ermənistan münasibətlərini
07.09.2026 205 Paşinyan Rusiyanın Gümrü bazasına "ya saxla, ya çıxar" mesajı verdi
Ermənistanda yerləşən Rusiyaya məxsus 102-ci hərbi baza ətrafında siyasi qalmaqal son günlər yenidən gündəmə gəlib. Buna səbəb Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın istəyəcəyi təqdirdə Gümrüdəki bazanı "günü sabah" çıxara biləcəkləri barədə açıqlaması, Ermənistan Baş naziri Niko
10:49 64 Kompüterlərin qiyməti bahalaşdı - İQTİSADÇIDAN AÇIQLAMA
Son dövrlərdə kompüter və noutbuk bazarında qiymət artımı diqqət çəkir. Qlobal bazarda yaddaş çiplərinə tələbatın artması, xüsusilə süni intellekt infrastrukturlarının sürətlə genişlənməsi kompüter istehsalına da təsir göstərir. "The Wall Street Journal"ın son məlumatına görə, 2026-cı ili
07.09.2026 354