Atlar məhv olur...At yarışları niyə keçirilmir? - Atçılıq Federasiyasından ŞİKAYƏT

Atlar məhv olur...At yarışları niyə keçirilmir? - Atçılıq Federasiyasından ŞİKAYƏTBir qrup atçı Azərbaycan Respublikası Atçılıq Federasiyasının bu sahəni bərbad günə salmasına etiraz əlaməti olaraq mərbuat konfransı keçirib.

BiG.AZ xəbər verir ki, mətbuat konfransında bəyan edilib ki, ölkədə atçılıq tamaməmilə sıradan çıxıb.

"Xan-xan" Atçılıq İdman Klubunun rəhbəri Rəşad Əhmədov jurnalistlərə açıqlamasında son illərdir acınacaqlı duruma düşdüklərini bldirib. Rəşad Əhmədov bildirib ki, Qarabağ, Dilboz, həmçinin yarışlarda iştirak etmək üçün ingilis atları yetişdirir:

"Atlarımız əsasən cıdır yarışlarında iştirak edirdi. Yarışlardan qazandığımız müəyyən vəsait hesabına həm atları, həm də özümüzü güclə də olsa saxlayırdıq. Hazırda iki ildir yarışlar keçirilmir. Ona görə də atlara yem ala bilmirik, məcburən atları dəyər-dəyməzinə adi insanlara, məsələn Gürcüstanda yaşayan kənd adamlarna satırıq, onlar da həmin cins atları kənddə-kəsəkdə işlədirlər. 50-100 min dəyərində olan atlarımızı 3-5 min manata Gürcüstana satmaq məcburiyyətinə düşmüşük. Son 10 ildə 30-dan çox ən gözəl atlarımızı Gürcüstandan gəlib alıb aparıblar".
R.Əhmədovun sözlərinə görə, pandemiya zamanı dövlət səviyyəsində tamaşaçıların iştirakı olmadan at yarışlarının keçirilə biləcəyinə göstəriş verilsə də, yarışlar yenə keçirilməyib: "Atçılıq Federasiyası cıdır yarışlarından tam imtina edib. Bu işə Kənd Təsərrüfatı Nazirliyinin nəzarət edəcəyi deyilir. Biz nazirliyin məsul şəxsləri ilə görüşmüşük, deyiblər ki, yarışlar bərpa ediləcək və vəziyyət əvvəlki qaydasından da daha yaxşı olacaq. Əvvəllər il ərzində 10-15 yarış olurdu. Yarışlar Binə Atçılıq Mərkəzində keçirilirdi. Tamaşaçıların çox böyük marağı var idi. Əvvəllər şəhərin mərkəzində keçirilirdi, onda 10 minlərlə insan gəlirdi. Son illər Binədə keçirilən yarışlara tamaşaçı sayı azalmışdı, buna baxmayaraq yarışlar keçirilir, 5-10 manat pul qazana bilirdik. Ümumiyyətlə, hazırda nə bizə hörmət qoymurlar, nə atçılara, nə at saxlayanlara, nə atlara. Vəziyyət çox ağırdır. Biz ölkə rəhbərliyinə müraciət edərək xahiş edirik ki, atçılıq tam məhv olub. Atçılıq bizim türklüyümüzün göstəricisidir. Hazırda iki atçılıq zavodu tikilib və orda yaxşı atlar yetişdirilir. Onlarla əlaqəmiz var, ancaq o atları harada sürək? Yarışlar olmadığına görə biz də dolana bilmirik, heç bir işimiz, gücümüz yoxdur. Bu sahəyə heç kim nəzarət etmir. Yeni kadrlar yetişmir. İppadromumuz yoxdur. Bizi Binədən çıxartdılar, şəhər ippodromu da çox bərbad gündədir, oranın təmirinə yüz minlərlə pul lazımdır. Jokeylər, məşqçilər, çaparlar işsiz-gücsüz qalıblar. İldə bir dəfə Çövkən yaraşı keçirirlər, 5-6 komanda iştirak edir. Əvvəllər isə 15-ə yaxın komanda olurdu. Yəni ki, atçılığın başında dayananlar, gözdən pərdə asırlar".

Atüstü Milli Çövkən oyunlarının iştirakçısı Xəyal Abdurrəhmanov Atçılıq Federasiyasının ünvanına tənqidlər səsləndirib. Bildirib ki, 2011-ci ildə Prezident Kuboku uğurunda keçirilən Atüstü Milli Çövkən oyunlarında birinci yerə layiq görülüb, 2019-cu ildə də həmçinin qalib olub: "Təsəvvür edin, yarış bitdi, bizi işdən çıxartdılar. Səbəb kimi göstərdilər ki, daha yarış yoxdur, bizə lazım deyilsiz. Bizim Federasiya Dövlət Sərhəd Qoşunlarına tabedir. Onlar dövlət rəhbərliyinin gözündən pərdə asmağa çalışırlar. İldə bir dəfə iki komanda ilə Çövkən yarışı keçirib, demək istəyirlər ki, Azərbacanda atçılıq var. Belə etməklə hansı məqsəd güddüklərini də bilirk. Ancaq imkan verə bilmərik ki, Azərbaycana məxsus atçılığı tamam məhv etsinlər. Hazırda biz heç kimə lazım deyilik. Federasiya rəsmilərinə müraciət edib deyirəm ki, bütün nəsillikcə atçıyıq, bundan sonra gedib nə işləyim, necə dolanım? Cavab vermirlər, sanki divara deyirik. Dekabrda Çövkən yarışı olacaq, indi bizi yığırlar ki, bir-iki gün oynayaq, onlar da dövləti aldatsınlar. Federasiya son 10 ildə bir dənə yerli cins at yetişdirməyib, bir jakey yaranmayıb. Elə atçılar var ki, atlarını qoyub gediblər. 10 il əvvəl Kənd Təsərrüfatı Nazirliyi atlara, atçılara yaxşı baxırdı. İndi atlar da acından ölür, atçılar da. Bir yarışda 23 min manat pul udmuşduq, yarısını Federasiyaya veririk, yarısı da aramızda bölünür. İndi hesablayın, bir ildə həmin məbləği aya böləndə nə qədər edir. Federasiyada bir nəfər də atçı yoxdur. Heç vaxt at minməyən adamı məşqçi qoyurlar. Gör nə gündəyik. Əsl atçılar çox pis yaşayırlar. Məşhur atçılar yoxa çıxıblar, çox ağır vəziyyətdə yaşayırlar. Necə olur, bizim atçılar Türkiyədə, ABŞ-da, müxtəlif ölkələrdə bir nömrəli atçı olurlar, bzidə isə heç kimə lazım deyillər. Hamımız xaricdən təklif gözləyirik. Belə də o qədər təklif olub ki, sadəcə milli atlarımızı atıb çıxıb gedə bilmirik. Atları təmizləməyə belə yerimiz yoxdur. Mehriban xanım min bir əziyyətlə Çövkən oynunu Azərbaycanın milli atüstü oyunu kmi YUNESKO-nun siyahısına saldırdı. İndi Çövkən oynayan idmançı da yoxdur, at da. Hamısı fəhlə işləyir, sənətlərini atıblar. Günahların hamısı Atçılıq Federasiyasının rəhbərliyindədir. Mən üzümü dövlət rəhbərliyinə tutub deyirəm: YUNESKO-ya salınan Çövkən oyunu ölür. Bizə kömək edin. Yarış olmayanda seleksiya aparmaq olmur. Yaxşı və pis atlar bir-birinə qarışır, sonra biz onları kor-koranə cütləşdirəcəyik və nə cinsi alınacağını da bilməyəcəyik. Beləliklə də cins atların nəsli kəsiləcək".
Atlar məhv olur...At yarışları niyə keçirilmir? - Atçılıq Federasiyasından ŞİKAYƏTAtlar məhv olur...At yarışları niyə keçirilmir? - Atçılıq Federasiyasından ŞİKAYƏT


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 857   Tarix: 02 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını

11.11.2026 206
.

Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə

11.11.2026 186
.

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v

11.11.2026 408
.

Mavi balinadan daha uzun: Hind okeanında qeyri-adi nəhəng aşkar edildi

Hind okeanının dibində uzunluğu 120 metrə çata bilən qeyri-adi dəniz canlısı aşkarlanıb. Alimlərin fikrincə, bu canlı planetdə indiyədək qeydə alınmış ən uzun heyvan ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Kertvar" portalı məlumat yayıb. Söhbət sifonofor adlanan dəniz canlısından gedir

11.11.2026 162
.

Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır

Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə

11.11.2026 229
.

Məktəblər üçün texniki dəstək xətti açıldı

Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib. Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, dəstək xətt

11.11.2026 180
.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11.11.2026 445
.

Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli

12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv

11.11.2026 283
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

11.11.2026 302
.