Saakaşvilinin yeni həyat yoldaşı kimdir? - FOTOLAR
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Tiflisdə saxlanıldıqdan sonra yeni həyat yoldaşının ukraynalı deputat Yelizaveta Yasko olduğunu açıqlayıb.
Yelizaveta Alekseyevna Yasko 17 oktyabr 1990-cı ildə Kiyevdə anadan olub. 2008-2012-ci illərdə Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəlsəfə fakültəsində təhsil alıb. Siyasi elmlər üzrə bakalavr və magistr dərəcəsi alıb.
2016-2017-ci illərdə Oksford Universitetində oxuyub və burada ictimai siyasət üzrə magistr dərəcəsi alıb. Oksford Universitetinin Blavatnik Dövlət İdarəçilik Məktəbini bitirən ilk Ukrayna vətəndaşı olub.
Yasko fortepiano sinfində peşəkar musiqi təhsili alıb, 50-dən çox kompozisiya və mahnı müəllifidir.
2017-ci ildə Britaniyanın Mədəniyyət, Media və İdman üzrə nazirliyində çalışıb. Ukraynaya qayıdaraq Britaniyanın Clover Films şirkəti ilə əməkdaşlıq edib, mədəni və təhsil layihələri, sənədli filmlərin yaradılması ilə məşğul olan "Yellow Blue Strategy" təşəbbüsünü qurub.
2019-cu ildə keçirilən erkən parlament seçkilərində Yelizaveta Yasko "Xalqın Xidmətçisi" siyasi partiyasından deputat seçilib. 17 sentyabr 2019 -cu ildən 11 yanvar 2021-ci ilə qədər Yasko AŞPA Daimi Nümayəndəliyinin sədri olub.
Onun Saakaşvili ilə yaxınlığı haqda informasiya 6 sentyabr 2020-ci ildə ortaya çıxıb. Həmin gün Prezident Aparatının keçmiş rəhbəri Andrey Boqdan Mixail Saakaşvili və Yasko ilə şərab içdikləri barədə foto yaymışdı.
Saakaşvili video mesajında Yasko ilə yeni ailə qurduğunu deyib. Yasko videonun Saakaşvilinin oktyabrın 1-də Gürcüstana gəlişindən əvvəl çəkildiyini bildirib.
Xatırladaq ki, daha əvvəl Saakaşvili Niderland əsilli Sandra Rulofs ilə evli olub. İki oğlu var - Eduard və Nikoloz.
Yasko isə rəsmi olaraq evlənməyib və uşağı yoxdur. Onun atası məşhur ukraynalı skripkaçı, Ukraynanın xalq artistidir. Yelizaveta Yasko həm media məkanında, həm də sosial şəbəkələrdə olduqca aktivdir. Facebook-da iki səhifəsi, ingilis dilində bir Twitter səhifəsi, bir Instagram hesabı, bir Telegram kanalı, bir Youtube kanalı və şəxsi veb saytı var. //Bizim.Media




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2679 Tarix: 02 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident və xanımının Türkiyəyə səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını
11.11.2026 206 Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə
11.11.2026 186 Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v
11.11.2026 408 Mavi balinadan daha uzun: Hind okeanında qeyri-adi nəhəng aşkar edildi
Hind okeanının dibində uzunluğu 120 metrə çata bilən qeyri-adi dəniz canlısı aşkarlanıb. Alimlərin fikrincə, bu canlı planetdə indiyədək qeydə alınmış ən uzun heyvan ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Kertvar" portalı məlumat yayıb. Söhbət sifonofor adlanan dəniz canlısından gedir
11.11.2026 162 Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır
Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə
11.11.2026 229 Məktəblər üçün texniki dəstək xətti açıldı
Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib. Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, dəstək xətt
11.11.2026 180 Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür
Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind
11.11.2026 445 Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli
12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv
11.11.2026 283 Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
11.11.2026 302