Bu payız o payızdan olmadı: COVID-19-u mövsümi xəstələliklərdən necə fərqləndirək? - ARAŞDIRMA

Bu payız o payızdan olmadı: COVID-19-u mövsümi xəstələliklərdən necə fərqləndirək? - ARAŞDIRMA2020-ci ildən koronovirusla mübarizə apardığımız üçün mövsümi xəstəlikləri, demək olar ki, unutmuşduq. Xüsusilə, tibbi maska, sosial məsafə və dezinfeksiyaedici məhsullardan istifadə koronovirusla mübarizə ilə yanaşı, ötən payız mövsümi xəstəlikləri arxa plana atdı. Lakin bu payız o payızdan olmadı. "Soyuqdəymə", "qrip" yenidən özünü xatırlatdı. Eyni simptomlardan şikayət edən insanlar koronavirus testinin neqativ olduğunu, lakin xəstəlikdən əziyyət çəkdiklərini deyirlər. Tənəffüs yollarında yaranan narahatlıqlar – öskürək, boğaz ağrısı və oxşar problemlərlə üzləşəndə ilk ağla gələn koronavirus infeksiyasına yoluxma ehtimalıdır. Bəs mövsümi xəstəliklərlə koronovirusu necə fərqləndirə bilərik?

Daha ətraflı "Kaspi" qəzetinin araşdırmasını təqdim edirik.

İnfeksionist İlahə Vəliyeva deyir ki, qriplə koronovirusun əlamətləri fərqlidir. Həkimin sözlərinə görə, qrip, əsasən, alın nahiyəsi və göz almalarının ağrıması, burun tutulması ilə müşahidə olunur:

"Qrip yüksək temperatur, baş ağrısı, halsızlıq, əzələ ağrısı verən virus infeksiyasıdır. Qısa bir inkubasiya dövründən sonra titrətmə ilə kəskin başlayır, daha sonra temperatur yüksəlir, baş ağrısı, halsızlıq, iştahasızlıq ilə özünü göstərir. Ağrı daha çox alın, gicgah nahiyəsində, qaşların üstündə, göz almalarında və bəzən beldə müşahidə olunur. Xəstədə boğaz ağrısı, burun axıntısı, əvvəlcə quru sonra selikli öskürək, səsin qalınlaşması, gözlərdə konyuktivaların qızarması, müayinə zamanı yumşaq damaqda və udlaqda səpgilər müşahidə olunur. Öskürək hətta hərarət endikdən sonra da davam edir. Xəstələrin üzü qırmızı və nəmli olur, burnu və dodaqları uçuqlayır. Bəzən boyun nahiyəsində limfa düyünləri böyüyür".

Həkimin sözlərinə görə, koronovirusda prosesə birbaşa aşağı tənəffüs yolları cəlb olunur:

"Xəstədə qızdırma, təngnəfəslik, halsızlıq olur. Qripin ağırlaşmış halları da koronovirusdan fərqlənir. Yuxarı tənəffüs orqanlarının ağırlaşması, qulaqda ağrılar, udqunma zamanı boğazda ağrı, sinusit, faringit, bronxit, astma, soyuqdəymə, sətəlcəm olur və bu kimi əlamətlər qripi koronovirusdan fərqləndirir. Yuxarı tənəffüs yollarının iltihab və allergiyası olanlar COVID-19-a yoluxma zamanı qripəbənzər əlamətlərlə üzləşə bilərlər. Qripəbənzər əlamətlər, məsələn, quru öskürək, boğaz ağrısı, ishal, temperatur yüksəlməsi olduqda, COVID-dən şübhələnmək olar. Lakin halsızlıq, yorğunluq, təngnəfəslik və temperatur yoxdursa, saturasiya 95-dən yuxarıdırsa, narahatlıq keçirməyə əsas yoxdur".

Həkim vurğuladı ki, insanlar özləri bunu ayırd etməyi bacarmaya bilərlər:

"Qızdırma, öskürək, əzələ ağrısı həm koronavirus, həm də qrip zamanı müşahidə oluna bilər: əgər xəstələnmisinizsə və diaqnozu dəqiq bilmirsinizsə, mütləq həkimə müraciət edin. Hər iki xəstəlik təhlükəlidir və hər hansı əlamət hiss etdikdə evdə qalın, COVID-19 testi verin. Testin cavabı çıxmayana qədər evdə qalın ki, xəstəliyi başqalarına keçirməyəsiniz".

Rusiyanın viral infeksiyaların qarşısının alınması və müalicəsi üzrə Elmi Məlumat Mərkəzinin direktoru Georgi Vikulov koronavirus və qripin simptomları haqqında məlumat verib. Mütəxəssisin sözlərinə görə, koronavirus, nəfəs darlığı, sinə tutulması, 37,5 və daha yüksək hərarət, yüngül boğaz ağrısı, quru öskürək ilə xarakterizə olunur. Əgər pnevmoniya yaranırsa, ağciyərin bir hissəsi ventilyasiyanı dayandıra bilər. Bundan əlavə, xəstədə qoxu və dad hissi itir.

Həkim vurğulayıb ki, qripin təzahürü koronavirus simptomlarından bir qədər fərqlidir:

"Qrip temperaturun kəskin yüksəlməsi, traxeit, quru öskürək ilə xarakterizə olunur. Burun axıntısı, şiddətli zəiflik, yorğunluq da müşahidə edilə bilər. Həmçinin xəstəliyin qrip, yoxsa koronovirus olmasını gözlər də bəlli edir. Qrip zamanı gözlər işığa reaksiya verir, dodaqlarda herpes olur".

Dünyada aparılan statistikalara əsasən, 2020-ci ildə mövsümi qrip epidemiyası olmayıb. Fransa, İspaniya və ABŞ-da qrip ikinci plana keçib. Bütün dünyada hava ilə yayılan müxtəlif viral xəstəliklərin hamısı, demək olar ki, yoxa çıxıb.

2020-ci ilin sonunda ABŞ Milli İmmunlaşdırma və Tənəffüs Xəstəlikləri Mərkəzinin tədqiqatçıları qripə yoluxma hallarının görünməmiş dərəcədə azaldığını elan ediblər. Onların fikrincə, amerikalılarda bu mövsümi infeksiyaya 98 faizdən az diaqnoz qoyulub. Mütəxəssislər bunun koronavirusla mübarizənin nəticəsi olduğunu düşünürlər. Alimlər sosial məsafənin, özünütəcridin, tibbi maskaların, əllərin və binaların dezinfeksiya edilməsinin mövsümi qripə qarşı koronavirusdan daha təsirli olduğunu sübut ediblər.

İngilis epidemioloqları isə bir xəstənin qrip virusuna, sonra isə SARS-CoV-2-yə yoluxmasının xəstəliyin ağırlaşmasına, beyin toxumasının iltihabına səbəb olacağını iddia edirlər. Amma zaman göstərdi ki, bu cür ikiqat infeksiyaya nadir hallarda rast gəlinir, yəni ya koronavirus əksər tənəffüs viruslarını boğur, ya da onlar koronavirusu məhv edir. Bundan əlavə, qripin və bir çox kəskin respirator virus infeksiyasının törədiciləri insanın immun sisteminə yaxşı məlumdur. İnsanların çoxu, demək olar ki, doğuşdan onlarla tanış olur. SARS-CoV-2 immuniteti isə yeni vaksin olunmuş və sağalmış insanlarda yenicə formalaşmağa başlayıb. Bu, onun əsas üstünlüyüdür.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1290   Tarix: 02 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını

11.11.2026 206
.

Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə

11.11.2026 186
.

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v

11.11.2026 408
.

Mavi balinadan daha uzun: Hind okeanında qeyri-adi nəhəng aşkar edildi

Hind okeanının dibində uzunluğu 120 metrə çata bilən qeyri-adi dəniz canlısı aşkarlanıb. Alimlərin fikrincə, bu canlı planetdə indiyədək qeydə alınmış ən uzun heyvan ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Kertvar" portalı məlumat yayıb. Söhbət sifonofor adlanan dəniz canlısından gedir

11.11.2026 162
.

Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır

Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə

11.11.2026 229
.

Məktəblər üçün texniki dəstək xətti açıldı

Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib. Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, dəstək xətt

11.11.2026 180
.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11.11.2026 445
.

Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli

12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv

11.11.2026 283
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

11.11.2026 302
.