Ölkədə pomidorun qiyməti niyə kəskin bahalaşıb?
Azərbaycanda pomidorun qiyməti kəskin bahalaşıb. Bir neçə gün əvvəl bir kiloqramı 1 manata təklif edilən pomidor artıq 3 manata satılır.
"Report" pomidorun qiymətinin bahalaşmasının səbəbi ilə bağlı araşdırma aparıb.
Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, artıq açıq şəraitdə yetişidirilən pomidorun istehsalı azalır: "Bundan sonra pomidorun satış qiyməti artacaq. İstixana şəraitində yetişdirilən pomidorun həcmi çox olacaqsa, qiymətlər nisbətən azala bilər. Bu il bizim örtülü təsərrüfatlarda pomidor istehsal edən sahibkarlar ciddi ziyana məruz qalıb. İndi onların əksəriyyətinin toxum, ştil almağa imkanları yoxdur. Bu səbəbdən istixana şəraitində yerləşdirilən pomidorun həcmi azala bilər. Bu il Rusiya tərəfindən pomidor ixracına ciddi maneələr yaradıldı. Pomidor istehsalçıları ciddi maddi ziyana məruz qaldı.
Daha çox istixana şəraitində pomidor yetişdirən Şəmkir sahibkarlarıdır. Onlarla daim müzakirələr aparıram, bu il onlar üçün çox çətin keçdiyini bildirirlər. Pomidor istehsalçıları əsaslı gəlirdən məhrum olublar, onlar Rusiyaya ixrac etdikləri məhsulun bir hissəsi sərhəddə, bir hissəsi yolda, bir hissəsi də bazarlarda xarab olub. İstixanalarda pomidor yetişdirən sahibkarların bir çoxu bu səbəbdən həm də həvəsdən düşüb. Buna görə də pomidorun qiyməti artmaqda davam edəcək".
V.Məhərrəmovun sözlərinə görə, Rusiya rəsmiləri Azərbaycana meyvə-tərəvəz ixracı ilə bağlı çağırış edib: "Lakin əsas məqam bundan ibarət idi ki, Rusiya tərəfi ilə ixracdan əvvəl müqavilələr imzalanmalı idi. Belə olan təqdirdə istehsalçıların ixrac məsələsi şübhə altında olmayacaqdı".
O deyib ki, ötən illərdə açıq şəraitdə yetişdirilən pomidoru oktyabrın ortalarına qədər tapmaq mümkün idi: "Həmçinin, əvvəlki illərlə müqayisədə bu il pomidorun keyfiyyəti də aşağı düşüb. Bu il həm təklif azalıb, həm də əldə olunan məhsulun keyfiyyəti aşağıdır. Bu il bol və keyfiyyətli məhsul istehsal etmək üçün hava şəraiti münbit idi. Təəssüf ki, bizim fermerlər, kəndlilər yaranmış şəraitdən bəhrələnə bilmədilər. Digər tərəfdən bu il ziyana məruz qalmış ixracatçı fermerlərə, sahibkarla hökumət tərəfindən dəstək göstərilməli idi. Lakin bu, olmadı."
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında sahələrdən 1 milyon 423,8 min ton tərəvəz yığılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 % çoxdur. Həmçinin, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 446,8 min ton bostan məhsulları yığılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 % çoxdur.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Report"a bazarlarda süni qiymət artımının olub-olmamasına münasibət bildirib: "Pomidorun qiyməti dövlət tərəfindən tənzimlənmədiyi üçün, bazar iqtisadiyyatı şəraitində rəqabət mühitində, tələb-təklif əsasında formalaşır".
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan 128,2 milyon ABŞ dolları dəyərində pomidor ixrac edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1915 Tarix: 02 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident və xanımının Türkiyəyə səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını
11.11.2026 206 Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə
11.11.2026 186 Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v
11.11.2026 408 Mavi balinadan daha uzun: Hind okeanında qeyri-adi nəhəng aşkar edildi
Hind okeanının dibində uzunluğu 120 metrə çata bilən qeyri-adi dəniz canlısı aşkarlanıb. Alimlərin fikrincə, bu canlı planetdə indiyədək qeydə alınmış ən uzun heyvan ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Kertvar" portalı məlumat yayıb. Söhbət sifonofor adlanan dəniz canlısından gedir
11.11.2026 162 Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır
Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə
11.11.2026 229 Məktəblər üçün texniki dəstək xətti açıldı
Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib. Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, dəstək xətt
11.11.2026 180 Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür
Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind
11.11.2026 445 Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli
12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv
11.11.2026 283 Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
11.11.2026 302